HÜSEYN SULTANOV (23.12.1923 - 30.3.1993)
Rejissor Hüseyn Musa oğlu Sultanov 23 dekabr 1923-cü ildə Bakıda doğulub. Moskva
Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini 1952-ci ildə bitirib. Gəncə teatrına göndərilən
Hüseyn Sultanov əvvəlcə burada quruluşçu rejissor, sonra baş rejissor işləyib (1952 - 1962).
Yaradıcılığı müasirlik axtarışları ilə səciyyəvidir. Realist teatr məktəbinin estetik prinsiplərinə
üstünlük verib. Quruluş verdiyi əsərlərin əksəriyyətini lirik-psixoloji üslubda hazırlayıb.
Gəncə DDT-də göstərdiyi xidmətlərə görə 20 may 1958-ci ildə Azərbaycan Respublikasının
əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. Yaradıcılığının sonraki dövrü GTT ilə bağlıdır.
Hüseyn Sultanov Gəncə teatrında Aşaq Tuqayevin "Adaxlılar" (diplom işidir. 1952), Səməd
Vurğunun "Vaqif", İlo Mosaşvilinin "Qərq edilmiş daşlar", Cəfər Cabbarlının "Solğun çiçəklər",
"Nəsrəddin şah" və "Almaz", Sergey Mixalkovun "Xərçənglər", Mirzə Fətəli Axundzadənin "Hacı
Qara", Sabit Rəhmanın "Toy", İslam Səfərlinin "Göz həkimi", Cabbar Məcnunbəyovun "İldırım",
Səməd Vurğunun "Vaqif", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu", Nazim Hikmətin "Kəllə",
Hüseyn Cavidin "Şeyx Sənan" və "Səyavuş", Bəxtiyar Vahabzadənin "Vicdan", Həsən Seyidbəyli
və İmran Qası-movun "Böyük ürək", Lütfəli Həsənovun "Günəş", Lope de Veqanın "Kələkbaz
sevgili", Tsao Yuyun "Tufan", Aleksandr Şirvanzadənin "Namus", Eqon Rannetin "Azmış oğul",
Əlyar Yusiflinin "Ürək sevərsə", Gilerma Fiqeyredunun "Tü1kü və üzüm" ("Ezop"), İsgəndər
Coşqunun "Komsomol poeması" pyeslərinə orijinal üslublarda səhnə quruluşları verib.
Ömrünün sonlarında teatrda işləməyən Hüseyn Sultanov 30 mart 1993-cü ildə Bakıda vəfat
edib.
* * *
Dostları ilə paylaş: |