Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


HÜSEYNAĞA SADIQOV (21.3.1914 - 23.2.1983)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə405/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   401   402   403   404   405   406   407   408   ...   470
HÜSEYNAĞA SADIQOV (21.3.1914 - 23.2.1983) 

 

Bənzərsiz səsi və xarakterik sifət cizgiləri vardı. Bəstəboy idi və bu xüsusiyyət onun tipik 

Gənc Tamaşaçılar Teatrının aktyoru kimi formalaşmasında başlıca amillərdən olub. 

Duzlu komizıni vardı  və bu ifadə vasitəsindən xarakterik və tipik obrazlar yaratmaqda 

məharətlə istifadə edirdi. 

Uşaqların sevimli səhnə personajları ayı, tülkü, xoruz rolundan tutınuş, el qəhrəmanlarına 

qədər  ən mürəkkəb ob-razların ifasında uğurlar qazana bilib. Ancaq qroteskii satirik və karnaval 

estetikalı yumoristik obrazların ifasında aktyorluq imkanları daha bədiiliklə pardaxlanıb. 

Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda doğulub. Gənc Tamaşaçılar 

Teatrı yaranandan bir il sonra, 1930-cu ildə müsabiqə ilə kollektivin aktyor truppasına sınaq 

müddətinə qəbul olunub. 1931-ci il iyunun 1-də teatr truppasına aktyor götürülüb. İlk vaxtlardan ona 

məsul rollar tapşırılıb. 

GTT-də  əlli ildən çox aktyorluq etmiş  sənətkarın  əsas rolları bunlardır: Pitli ("Əfilər", 

Rabindranat Taqor), Xasay, El oğlu, Məlik ibn Səid ("Xasay", "E1 oğlu" və "Bir saat xəlifəlik", 

Abdulla  Şaiq), Bobçinski, Jevakin ("Müfəttiş" və "Evlənmə", Nikolay Qoqol), Seryoja Streltsov 

("Seryoca Streltsov", Valentina Lyubimova), Azad ("Azad", Əyyub Abbasov), Mirzə Qoşunəli 

("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Həsən ("Yaşar", Cəfər Cabbarlı), Trufadino ("İki 

ağanın bir nökəri", Karlo Haldoni), Rəcəb ("Şirinbala bal yığır", Salam Qədirzadə), Səlim 

("Anacan", Yusif Əzimzadə), Spid ("iki veronalı", Vilyam Şekspir), Qey ("Qar Kraliçası", Yevgeni 

Şvarts), Hacı Murad ("Tamahkar", Süleyman Sani Axundov), Ceyms Berten ("Ovod", Etil Voyniç), 

Jiront ("Skapenin kələkləri", Jan Batist Molyer), Məşədi Cabbar, Tarverdi ("Molla İbrahimxəlil 

kimyagər" və "Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Cəbi, Əhməd ("Hacı Qəmbər" və "Ağa 

Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov), kapitan ("Qavroş", Viktor Hüqonun "Səfillər" romanı 

üzrə səhnələş-dirənləri Zəfər Nemətov və Əli İsmayılov), Mirpaşa ("Komsomol poeması", İsgəndər 

Coşqun),  Şah  Ələmgir ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Aptekçi ("Romeo və Cülyetta", 

Vilyam  Şekspir),  Şamdan bəy ("Şamdan bəy", Nəriman Nərimanov), Abbas ("Mənim nəğməkar 

bibim", Əkrəm Əylisli). 

"Komsomol poeması" tamaşasında oynadığı Mirpaşa roluna görə 1967-ci ildə Respublika 

Lenin komsomolu mükafatına layiq görülüb. 

Teatr sənətinin inkişafında, xüsusən gənc tamaşaçıların, məktəb şagirdlərinin, yeniyetmələrin 

estetik zövqlərinin münbit zəminə düşməsində göstərdiyi səhnə xidmətlərinə görə 1 iyul 1956-cı ildə 

Azərbaycan Respublikasının  əməkdar artisti, 9 fevral 1979-cu ildə xalq artisti fəxri adları ilə 

təltiflənib. 

Hüseynağa Sadıqov 23 fevral 1983-cü ildə Bakıda vəfat edib. 

 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   401   402   403   404   405   406   407   408   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin