Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


MƏMMƏDAGA DADAŞOV (12.4.1912 - 3.12.1996)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə404/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   400   401   402   403   404   405   406   407   ...   470
MƏMMƏDAGA DADAŞOV (12.4.1912 - 3.12.1996) 

 

GTT-nın yaradıcılarındandır. Aktyor kimi xarakterik və tipik obrazların ifasında nailiyyətlərə 



daha çox müvəffəq olub. Məmmədağa Ağakərim oğlu Dadaşov 12 aprel 1912-ci ildə Bakıda 

doğulub. Səhnəyə ilk dəfə on dörd yaşında, oxuduğu məktəbdə  çıxıb. 40 saylı pioner dəstəsinin 

dram dərnəyinə üzv olub. GTT məhz həmin dərnəyin bazası  əsasında ya-ranıb və truppanın ilk 

aktyorlarının sırasında Məmmədağa Dadaşov da olub. Ömrünün sonuna qədər səhnədən və bu 

kollektivdən ayrılmayıb. 

Məmmədağa Dadaşov komediya, faciə, dram əsərlərində  və nağıl-tamaşalarda müxtəlif 

səciyyəli rollar oynayıb. Azad ("Azad", Əyyub Abbasov), Valer, Leandr ("Zorən təbib" və 

"Skapenin kələkləri", Jan Batist Molyer), Vəhşi pişik ("Özbaşına gəzən pişlk", Reyhard kiplinq), El 

oğlu ("E1 oğlu", Abdulla Şaiq), Çingiz ("Nərgiz", Mirmehdi Seyidzadə), Məhkəmə  sədri 

("Müfəttiş", Nikolay Qoqol), Ağa Zaman, Məşədi Qurban, Hatəmxan ağa ("Molla İbrahimxəlil 

kimyagər", "Xırs quldurbasan" və "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), 

Hacı Saleh ("Tamahkar", Süleyman Sani Axundov), İmran ("Anacan", Yusif Əzimzadə), Nüsrət 

("Yaşar", Cəfər Cabbarlı), Simnar xan ("ÇİÇəkiİ dağ", Məmmədhüseyn Təhmasib), Casus 

("Qavroş", Viktor Hüqonun "Səfillər" romanı  əsasında səhnələşdirənləri Zəfər Nemətov və  Əli 

İsmayılov), Qasım xan ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Milan Hersoqu, Montekki ("iki 

veronalı" və "Romeo və Cülyetta", Vilyam Şekspir), Mirbağır ağa ("Yarımçıq şəkil", Adil Babayev), 

Molla Səfi ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Mirzə Qoşunəli ("Bəxtsiz cavan", Əbdürrəhim bəy 

Haqverdiyev),  Jandarına polkovniki  ("Ovod",  Etil  Voyniç), Tağı müəllim ("Şirinbala bal yığır", 

Salam Qədirzadə) rollarında özünün aktyorluq bacarıq və qabiliyyətini daha ifadəli şəkildə göstərə 

bilib. 



27 fevral 1957-ci ildə Məmmədağa Dadaşova əməkdar artist fəxri adı verilib. Aktyor Bakıda 

vəfat edib. 

 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   400   401   402   403   404   405   406   407   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin