Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


SOLMAZ QURBANOVA (13 NOYABR 1939)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə412/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   408   409   410   411   412   413   414   415   ...   470
SOLMAZ QURBANOVA (13 NOYABR 1939) 

 

Bakıda 13 noyabr 1939-cu ildə doğulub. 1953-cü ildə, 19 saylı orta məktəbdə oxuyanda ilk 



dəfə aktrisalıq edib və radioda Gənc Tamaşaçılar Teatrının "Qaraca qız" tamaşasında Qaraca qız 

surətini səsləndirib. Bu uğurlu yaradıcılıq addımından sonra onu GTT-nin aktyor truppasına dəvət 

ediblər. Elə o vaxtdan indiyədək bu sənət ocağının səhnəsində maraqlı yaradıcılıq yolu 

keçməkdədir. 

Solmaz Qurbanovanın teatrda yaratdığı onlarla səhnə obrazının daha uğurluları kimi bunları 

göstərmək olar: Dilarə ("Keçən ilin son gecəsi", Anar), Flaviya ("Sükut divarı", Paola Messina), 

Çobanyastığı ("Aycan", Xanımana Əlibəyli), Züleyxa xanım, Yetər ("Ağa Kərim xan Ərdəbili" və 

"Hacı  Qəm-bər", Nəcəf bəy Vəzirov), Səfa ("Ərizə",  Əli  Əmirli), Ana ("Unutınağa kimsə yox", 

Kamal Abdulla), Maral, Afəridə ("Durna qatarı" və "Söhrab və Rüstəm", İsgəndər Coşqun), Xəstə 

uşaq, Səlimə ("Anacan" və "Qonşular", Yusif Əzimzadə), Ceınına ("Ovod", Etil Voyniç), Culiya, 

Cülyetta ("İki veronalı" və "Romeo və Cülyetta", Vilyam Şekspir), Yaqut və Ziba ("Məlik 

Məmməd",  Əyyub Abbasov), Xanım  Şəcarət ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), klariçe 

("1ki ağanın bir nökəri", Karlo Haldoni), Xanəndə qız ("Bir saatlıq xəli-fə", Abdulla Şaiq), Nigar, 

Tutuquşu ("Gülən gözlər" və "Hind nağılı", Məmmədhüseyn Təhmasib), Xalidə və Sabirə, Əsınər 

("Son məktub" və "1ki həyat", Rauf İsmayılov), Eteri ("Ya-rımçıq  Şəkü", Adil Babayev), Xanım 

xala ("Ağ  dəvə", Elçin), Şərqiyyə ("Sən nə üçün yaşayırsan?", Həsən Seyidbəyli), Yol-çu beçə 

("Xoruz", Firudin Ağayev),  Ənbər ("Fudzi dağında qonaqlıq", Çingiz Aytınatov və Kaltey 

Məhəmmədcanov),  İo ("Zəncirlənmiş Prometey", Cahangir Məmmədov), Rəfiqə ("Məhəbbət, 

şeytan və lambada", Marat Haqverdiyev). 

Yaradıcılığının bir qolunu travesti rollar tutan aktrisa Oğlan ("Aqil və  Sərvinaz",  Əyyub 

Abbasov), Rəcəb,  Əliş ("Anacan" və "Nəsrəddin", Yusif Əzimzadə), Qavroş ("Qav-roş", Viktor 

Hüqonun "Səfillər" romanı  əsasında işləyənləri Zəfər Nemətov və  Əli Ismayılov), Petya ("İnqilab 

naminə", Mixail Şatrov) oğlan rollarını oynayıb. 

Yaradıcılıq nailiyyətlərinə görə Azərbaycan Respublikasının əməkdar artisti (9 fevral 1979) 

və xalq artisti (22 may 1991) fəxri adlarına layiq görülüb. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   408   409   410   411   412   413   414   415   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin