Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


ƏMİNƏ YUSİFQIZI (24 SENTYABR 1936)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə411/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   407   408   409   410   411   412   413   414   ...   470
ƏMİNƏ YUSİFQIZI (24 SENTYABR 1936) 

 

Bakıda 24 sentyabr 1936-cı ildə doğulub. Azərbaycan Dövlət Pedaqoji Dillər  İnstitutunu 

bitirib. 1956-cı ildə gənc qiraətçilərin respublika festivalında birinci yeri tutub. Aydın diksiyasma, 

səhnə  sərbəstliyinə  və emosional davranışına görə GTT-nin baş rejissoru Zəfər Nemətov onu 

kollektivə aktrisa dəvət edib. O, tezliklə ifasının psixoloji dərinliyi ilə seçilib və lirik-dramatik 

aktrisa kimi formalaşıb. 

Əminə Yusifqızı 1964-cü ilə kimi GTT-də  işləyib və on bir il də AMDT-nın truppasında 

çalışıb. 1975-ci ildən bədii qiraət ustasıdır. Azərbaycanın klassik və çağdaş şairlərinin yaradıcı-lıq 

nümunələrindən ibarət  əlvan və  zəngin repertuarı var. Dün-ya dühalarının lirik nümunələrini də 

məharətlə ifa edə bilir. 

Aktrisa CTT-də Sabirə  və  Şəfqət bacısı, Təranə ("Son məktub" və "iki həyat", Rauf 

İsmayılov), Sima ("Ayrılan yollar", Cabbar Məcnunbəyov), Xatirə ("Ürək yanarsa...", Teymur 

Məmmədov), Ülkər, Humay ("Durna qatarı" və "Komsomol poeması",  İsgəndər Coşqun), 

Müzəyyən ("Gülən gözlər", Məmmədhüseyn Təhmasib), Yetər ("Hacı  Qəmbər", Nəcəf bəy 

Vəzirov), Ploşeyanu ("Ümid nəğməsi", V.Stonesku və O.Sava), Ceyran ("Qonşular", Yusif 

Əzimzadə), Rəna ("Yanmış planetin sərvətləri", Novruz Gəncəli), Qartal ("Göyərçinlər", Yusif 

Əzimzadə) rollarını ifa edib. 

Əminə Yusifqızı  həmçinin teatrın travesti aktrisası olub. O, GTT-nin səhnəsində Yusif 

Əzimzadənin "Anacan" (Qulu), Viktor Hüqonun "Səfillər" romanı  əsasında Zəfər Nemətovla  Əli 

İsmayılovun işlədikləri "Qavroş" (Qavroş), Mixail Şatrovun "İnqilab naminə" (Vasya), tərcümə 




edilib səhnələşdirilmiş "Cikor" (Gikor), Vladimir Qubarevin "Pavlik Morozov" (Pavlik Morozov), 

Qeybulla Rəsulovun "Əlvida, Hindistan!" (Balaca Ramo) əsərlərinin tamaşalarında müxtəlif 

xarakterli oğlan rollarını şövq və bacarıqla oynayıb. 

Sənətdə qazandığı nailiyyətlərə görə Azərbaycan Respublikasının əməkdar artisti (1 dekabr 

1982) və xalq artisti (24 may 1998) fəxri adları ilə təltif olunub. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   407   408   409   410   411   412   413   414   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin