4 fevral 1939-cu ildə Ağstafa rayonunun köçəsgər kəndində doğulub. Orta məktəbi 1956-cı
ildə bitirərək Bədən Tərbiyəsi İnstitutuna daxil olub. Təhsil ala-ala müxtəlif dram dərnəklərində
Institutunun aktyorluq fakültəsində oxuyub. Tələbə ikən AMDT-nin tamaşalarında epizod rollar
Ali təhsil alan Tariyel Qasımov 1964-cü ildə GTT-nin truppasına daxil olub. 1967-ci ildə on
səkkiz illik fasilədən sonra fəaliyyəti bərpa edilən Irəvan Dövlət Azərbaycan Teatrına gedib. Bir
müddət sonra Naxçıvan DMDT-də işləyib. Bir il burada fəaliyyət göstərərək Bakıya qayıdıb və
"Azərbaycan-film" kinostudiyasında rejissor assistenti vəzifəsində çalışıb.
Tariyel Qasımov 1971-ci ildən yenə Gənc Tamaşaçılar Teatrının truppasındadır. Arada
Qazax DDT-də (1997 - 1998) və Dərbənd Dövlət Azərbaycan Teatrında (1999) direktor və bədii
rəhbər işləyib. "Azərbaycanfilm"də, Almaniyada və Tacikistanda müxtəlif bədii filmlərə çəkilib.
Tariyel Qasımovun GTT səhnəsində ifa etdiyi məşhur rolları: Cəfər Cabbarlı ("Aydınlığa
doğru", Seyfəddin Dağlı), Cəlal və Bəxtiyar, Söhrab, Məşədi Əzizbəyov ("Komsomol poeması",
"Söhrab və Rüstəm" və "Komissarlar", İsgəndər Coş-qun), İmran və Oruc ("Tamahkar" və "Qaraca
qız", Süleyman Sani Axundov), Məlik Məmməd ("Məlik Məmməd", Əyyub Abbasov), Zaur
("Yadmdamı?", Altay Məmmədov), Kazım ("Məhəbbət novellası", Şamil Xurşid və Əşrəf Hacıyev),
Səfər ("Kiçik təpə", Nəbi Xəzri), Qədim, Həsənzadə ("Büllur sarayda" və "Sən həmişə
mənimləsən", İlyas Əfəndiyev), Pərviz ("Sən nə üçün yaşayırsan?", Həsən Seyidbəyli və İmran
Qası-mov), Artur ("Ovod", Etil Voyniç), Ədalət ("Gəl qohum olaq", İsi Məlikzadə), Rəcəb
("Şirinbala bal yığır", Salam Qədirzadə), Polad ("Təzə şagird", Qılman İlkin), Antonio ("Sükut
divarı", Poalo Messina), Əşrəf bəy və Mahmud ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), kuzınınski
("Zəng səsləri", Ramiz Heydər), Senya koqan ("İnqilab naminə", Mixail Şatrov).
Tarıyel Qasımov işlədiyi teatrlarda bir neçə tamaşaya quruluş verib.
Bu baxımdan "Sən həmişə mənimləsən" (İlyas Əfəndiyev) tamaşası daha uyğundur.
Sənət uğurlarına görə Azərbaycan Respublikasının əməkdar artisti (9 fevral 1979) və xalq
artisti (22 may 1991) fəxri adları ilə təltif olunub.
Dostları ilə paylaş: