Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


OSMAN HACIBƏYOV (18.2.1924 - 14.6.1979)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə410/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   406   407   408   409   410   411   412   413   ...   470
OSMAN HACIBƏYOV (18.2.1924 - 14.6.1979) 

 


Osman İsmayıl oğlu Hacıbəyov 18 fevral 1924-cü ildə Şuşa şəhərində ziyalı ailəsində anadan 

olub.  Orta məktəbin yeddinci sinifini Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə 

daxil olub. Teatr məktəbində oxuduğu ilk dövrdən başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar 

Teatrmın səhnəsində oynanılan tamaşaların kütləvi səhnələrində  çıxış edib. 1942-ci ildə  təhsilini 

bitirəndə onu təyinatla GTT-yə aktyor göndəriblər. 

Ömrünün qırx ilə yaxın dövrünü bu teatrla bağlamış Osman Hacıbəyovun ifa etdiyi əsas 

rollar: El oğlu, Ayaz ("E1 oğlu" və "Ana", Abdulla Şaiq),  Əşrəf və  Qıdı kirvə ("Hacı  Qəmbər", 

Nəcəf bəy Vəzirov), Skapen ("Skapenin kələkləri", Jan Batist Molyer), Şahbaz bəy ("Müsyö Jordan 

və  dərviş  Məstəli  şah", Mirzə  Fətəli Axundzadə), Qəmküsar ("Yarımçıq  Şəkü", Adil Babayev), 

Yaşar ("Yaşar", Cəfər Cabbarlı), Elşən ("Çiçəkii dağ", Məmmədhüseyn Təhmasib), Protey ("İki 

veronalı", Vilyam Şekspir),  İmran, Nəsrəddin ("Anacan" və "Nəsrəddin", Yusif Əzimzadə), 

Bəxtiyar ("Komsomol poeması",  İsgəndər Coşqun), Fərhad ("Bəxtsiz cavan", Əbdürrəhim bəy 

Haqverdiyev), İsgəndər xan ("Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov), Florindo Aritun ("İki 

ağanın bir nökəri", Karlo Haoldoni), Şamdan bəy ("Şamdan bəy", Nəriman Nərimanov), İohannes 

("Qarlar Kraliçası", Yevgeni Şvarts),  Şirinbala ("Şirinbala bal yığır", Salam Qədirzadə), Tarverdi 

("Xırs quldurbasan", Mirzə  Fətəli Axundzadə), Tibalt ("Romeo və Cülyetta", Vilyam Şekspir), 

Süleyman ("Ötən ilin son gecəsi", Anar), Polkovnik Ferrari ("Ovod", Etil Voyniç), Keykavus 

("Söhrab və Rüstəm", İsgəndər Coşqun), MüküŞ ("Mənin nəğməkar bibim", Əkrəm Əylisli). 

Gənc Tamaşaçılar Teatrının 50 illiyi ilə  əlaqədar və milli teatr sənətinin inkişafında 

xidmətinə görə Osman Hacıbəyova 25 dekabr 1969-cu ildə Azərbaycan Respublikasının  əməkdar 

artisti fəxri adı verilib. 

Professional imkanlarının genişliyindən məharətlə barınan aktyor Osman Hacıbəyov 

müxtəlif xarakterli, hətta psi-xoloji cəhətdən ziddiyyətli rollarda çıxış edib. Komik rollarda ölçü 

hissini məharətlə qoruya bilib, oyunundakı güclü komizın və improvizasiya bacarığı onun ifasına 

əlvanlıq gətirib. 

Aktyor 1979-cu il iyunun 14-də Bakıda vəfat edib. 

 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   406   407   408   409   410   411   412   413   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin