Əliağa Ağayev
(1913 — 1983)
Yaradıcılığının ikinci dövrü AMDT iləbağlı olan xalq artisti Əliağa Ağayev əvvəllər Gənc
Tamaşaçılar Teatrında aktiyorluq edib. 1936-cı ildə bu kollektivin aktyor truppasına daxil olub və
1961-ci ilə qədər burada işləyib. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin "Kapitan Qrantın
uşaqları" dra-ınının tamaşasında Dlk rolu ilə çıxıb. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq
iqlimini mənimsəyən Əliağa Ağa-yevə tədricən repertuarın əksər tamaşalarında rollar tapşırılıb.
Aktyor GTT-də son dərəcə duzlu, koloritli və gülməli rollar yaradıb.
Uzun illər teatrın əsas komik aktyoru olan Əliağa Ağayevin Nökər ("Nərgiz", Mirmehdi
Seyidzadə), Keşiş ("Keşiş və onun key nökəri", Aleksandr Puşkin), Sqanarel ("Zorən təbib", Jan
Batist Molyer), Molla Həmid ("Molla İbrahimxəlil kimyagər", Mirzə Fətəli Axundzadə), Rəcəb
("Xasay", Abdulla Şaiq), Şpigelberq ("Qaçaqlar", Fridrix Şiller), Balaxan ("Aydın", Cəfər Cabbarlı),
Əmirqulu ("Yaşar", Cəfər Cabbarlı), Hacı Qəmbər ("Yağışdan çıxdıq, yağmura düşdük", Nəcəf bəy
Vəzirov), Dombagöz ("Məlik Məmməd", Əyyub Abbasov), Bələdiyyə rəisi ("Müfəttiş", Nikolay
Qoqol), Hacı Murad ("Tamahkar", Süleyman Sani Axundov), Tarverdi, Məstəli şah ("Xırs
quldurbasan" və "Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Launs ("İki
veronalı", Vilyam Şekspir), Rüstəmov ("Anacan", Yusif Əzimzadə) rolları tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanıb.
Dostları ilə paylaş: |