AĞADADAŞ QURBANOV (8.3.1911 - 25.6.1965)
Ağadadaş Qurbanov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən biridir.
1927-ci il martın 15-də "Dənizçilər klubu"nda Lətif Kərimlinin "Fırtına" pyesinin tamaşası
oynanılıb. Bu tamaşanı, başda Ağadadaş Qurbanov olmaqla, talelərini teatra bağlayan Muxtar
Dadaşov, Məmmədağa Dadaşov, Kərim Həsənov və başqaları (4-cü dəstənin pionerləri)
hazırlamışdılar. Bununla da Bakıda Fəhlə Uşaqlar Teatrının (Bakı Uşaq Teatrı kimi də yazılıb.
Sonralar Gənc Tamaşaçılar Teatrı adlandırılıb) bünövrəsi qoyulub.
Ağadadaş Qurbanov həmin vaxtdan 1952-ci ilədək bu teatrda işləyib. Qısa müddətdə
kollektivin əsas ifaçı qüvvələrindən biri olub. Aktyorun GTT-də oynadığı çoxsaylı səhnə
surətlərindən baş qəhrəmanlar Aydın ("Aydın", Cəfər Cabbarlı), Molla İbrahimxəlil ("Molla
İbrahimxəlil kimyagər", Mirzə Fətəli Axundzadə), Hacı Qəmbər ("Hacı Qəmbər", Nəcəf bəy
Vəzirov), Karl Moor ("Qaçaqlar", Fridrix Şiller), Xlestakov ("Müfəttiş", Nikolay Qoqol), Babək
("Babək", Əbil Yusifov), Fərhad ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Bəhram, Elman
("Fitnə" və "Vətən", Abdulla Şaiq), Piri baba ("Qaraca qız", Süleyman Saninin eyniadlı hekayəsi
əsasında Abdulla Şaiqin işləməsi), Qlenervan ("Kapitan Qrantın uşaqları", Jül Vern), Tom dayı
("Tom dayının koması", Biçer Stou), Məlik Məmməd ("Məlik Məmməd", Əyyub Abbasov), Ayaz
("Ayaz", Mirmehdi Seyidzadə), Qaneş ("Əfilər", Rabindranat Taqorun "Qaneşin yolu" hekayəsi
əsasında) səhnə surətləri teatrın və aktyorun yaradıcılığında xüsusi yer tutub. Ağadadaş Qurbanov
1952-ci ildən ömrünün sonunadək (25 iyun 1965) Milli Dram Teatrında işləyib.
Dostları ilə paylaş: |