GƏNC TAMAŞAÇILAR TEATRI
Milli teatrımız institusional mədəniyyətin faktı olmamışdan əvvəl onun yaradıcılıq qayəsində
uşaqlar, məktəblilər və yeniyetmə gənclər üçün tamaşalar hazırlamaq məqsədi olmayıb.
Ümumiyyətlə, səhnə mədəniyyəti və yeniyetmə nəslin tərbiyəsi teatrın maraq dairəsmdə olmayıb,
çünki onu əsasən geniş kütlənin maariflənməsi məsələsi düşündürürdü. Bakıda, Tiflisdə, İrəvanda,
Naxçıvanda, Aşqabadda, Dərbənddə, Şuşada, Gəncədə... müxtəlif teatr truppaları qadınlar, həmçinin
məktəb şagirdləri üçün tamaşalar göstəriblər. Lakin göstərilən əsərlər ya məşhur faciə və
komediyalar, yaxud da böyüklər üçün təbdil edilmiş vodevillər olub.
1920-ci ilə qədər Mirzə Ələkbər Sabirin, Abbas Səhhətin uşaqlara həsr etdikləri şeirlər çap
olunmuşdu, Süleyman Sani Axundov müxtəlif nağıl-hekayələr yazmışdı. Müxtəlif jurnallar məhz
məktəb həyatını işıqlandırırdı. Müəyyən dərsliklər də yazılırdı, məxsusi uşaqlar üçün folklor
nümunələri tədris və təbliğ olunurdu. Bütün bunlara baxmayaraq, sırf uşaq və yeniyetmələrin estetik
maraq dairəsmi ehtiva edən, onların dünyagörüşlərinin formalaşmasma təkan verən pyeslər hələ
yaranınamışdı və bu işə göstərilən maraqlar da hələlik səmərəli nəticə verməmişdi.
Uşaqlar üçün ilk dram əsərini Abdulla Şaiq yazdı. "Gözəl bahar" adlı poetik janrlı bu dramı
Akademik Milli Dram Teatrında tamaşaya Abbasmirzə Şərifzadə hazırladı. İlk tamaşa 7 aprel 1922-
ci ildə göstərildi. "Gözəl bahar" Dövlət təsisatında olan teatrımızın ilk uşaq tamaşası sayılır.
Akademik teatr ilk uğurlu sınaqdan sonra Mustafa Mərdanovla Aslan Tahirovun tərcüməsində Jül
Vernin "Kapitan Qrantın uşaqları" (1 mart 1926-cı il), "80 gün dünya səyahəti" (17 fevral 1927-ci il)
və Qafarovun çevirməsində Biçer Stounun "Tom dayının koması" (3 noyabr 1927-ci il) dramları
əsasında uşaqlar üçün tamaşalar hazırlayıb öz repertuarına daxil etdi. Tamaşaların üçünün də
quruluşunu teatrın baş rejissoru Aleksandr Tuqanov vermişdi.
Bu adamlar gələcəkdə uşaqlar üçün xüsusi səhnə sənəti ocağının yaranınasma təkan verdilər.
Həmin istiqamətdə yaradıcılıq prosesinin genişlənməsi üçün 1923-cü ildən başlayaraq Bakı dəniz
limanında, keçmiş Tağıyev toxuculuq kombinatında, bügünkü Səttərxan adına zavodda və bir sıra
digər müəssisələrdə, uşaq evlərində pioner təşkilatları fəaliyyətə başladılar. Onların nəzdində dram
dərnəkləri yaradıldı. Yaradıcılıq ehtirası, sənətə məhəbbət və rəğbət bəsləmələri, müxtəlif əsərlərdən
hazırladıqları səhnələrin sayı baxımından Dənizçilər klubunun 40 saylı pioner dəstəsinin özfəaliyyət
dərnəyi daha fəal görünürdü. Müəyyən fəaliyyət dövründən sonra dərnəyə məktəbli Ağadadaş
Qurbanov rejissor təyin olundu. Sonralar xalq artisti kimi şöhrətlənən sənətkarın təşəbbüsü ilə
dərnək ilk dəfə tam əsəri tamaşaya hazırlamağı qərara aldı. 15 mart 1927-ci ildə dərnəyin üzvləri
pioner-dəstə rəhbəri Lətif Kərimlinin "Fırtına" pyesini tamaşaya hazırladılar.
"Fırtına" tamaşasında sonradan ömürlərini teatr və kino sənətinə bağlayaraq şöhrətli
yaradıcılıq yolu keçən Muxtar Dadaşov, Məmmədağa Dadaşov, Kərim Həsənov, Cəvahir
İsgəndərova, Yusif Dadaşov və başqaları iştirak etdilər. Tamaşa on gün sonra Bakı İşçi Teatrının
binasında fəhlələrə göstərildi. Bu, respublikanın həyatında böyük mədəni hadisə kimi
dəyərləndirildi. 1928-ci il oktyabr ayının 5-də Xalq Maarif komissarlığının qərarı ilə Bakı Uşaq
(Cocuq da yazılıb) Teatrının rus bölməsi yaradıldı.
1929-cu ilin əvvəllərində teatrın Azərbaycan bölməsini yaratmaq üçün müsabiqə elan edildi.
Noyabr ayında müsabiqə yekunlaşdırıldı və truppaya iyirmi üç nəfər teatr həvəskarı qəbul olundu.
"Fırtına"nı oynayan aktyorların əksəriyyəti, o cümlədən sonralar şöhrətli rejissor olan Məhərrəm
Haşımov truppaya götürüldülər.
Teatr özünün ilk pərdələrini 30 yanvar 1930-cu ildə Mustafa Mərdanovla Rza Təhmasib
tərəfindən tərcümə olunmuş "Qırmızı qalstuk əleyhinə" tamaşası ilə açdı. Tamaşanın rejissoru
Qriqori kornelli idi. Məşq prosesində pyes təbdil olundu və hadisələr Azərbaycana köçürüldü.
Məhərrəm Haşımov (Karl), Məmmədağa Dadaşov (Dadaş), Zinyət Abbaszadə (Faşist qız), Yusif
Dadaşov (Musa), Mina Abdullazadə (Türk qızı) əsas rolları oynayıblar.
Milli dramaturgiyamız uşaq pyesləri yazınaqda hələ müəyyən təcrübə toplamamışdı və nəsr
əsərlərini, xalq nağılları-nı səhnələşdirməyə də meyil göstərilmirdi. Boşluğu doldurmaq üçün teatrın
rəhbərliyi repertuarı tərcümə pyeslərinin əsasında qururdu. Məktəbliləri düzlüyə, mehribanlığa,
səmimiliyə, çalışqanlığa, böyüklərə ehtirama, Vətənə məhəbbətə səsləyən və eyni zanıanda siyasi
ideya yükü qabarıq olan "Vur köhnəliyi", "Altay Robinzonları", "Uzaq yaylaqda", "Pambıq verək",
"Təkbaşına gəzən pişlk", "Əfilər", "Beş illiyi iki il yarıma" pyesləri tamaşaçılara göstərilirdi.
1932-1933-cü il teatr mövsümündən başlayaraq teatrın üzvləri Zəfər Nemətov, Əliməmməd
Atayev, Cəfər Cəfə-rov, Şamil Məlikyeqanov, Məmmədağa Dadaşov kiçik həcmli tərbiyəvi-
didaktik, siyasi ruhu qabarıq verilən, ideyası çılpaq olan pyeslər yazıb teatra təqdim etdilər.
1936-cı il iyun ayının 18-də Xalq Maarif komissarlığının əmri ilə teatrın adı dəyişdirildi.
Müəyyən bitkin repertuar qura bilmiş kollektiv Gənc Tamaşaçılar Teatrı adlandı. Bu, adicə
addəyişmə deyildi. Eyni zamanda teatrın növbəti yaradıcılıq qayəsinin estetik prinsiplərini, tamaşaçı
auditoriyasının tərkibini müəyyənləşdirdi. Sözsüz ki, təzə adla fəaliyyətə başlayan kollektiv oyun-
üslubunda, ifadə vasitələrində, janr axtarışlarında, forma həllində də yeni yaradıcılıq pilləsinə qədəm
qoydu. Həmin keçid dövrü və 1940-cı illər Gənc Tamaşaçılar Teatrı üçün aşağıdakı sənət
nailiyyətləri və yaradıcılıq uğurları ilə xarakterizə olunur.
GTT öz ətrafında məktəblilərin, yeniyetmələrin zövq və psixologiyasının formalaşmasma
xidmət göstərən dramaturqlar dəstəsi toplaya bildi. Bir-birinin ardmca Mirmehdi Seyidzadənin
"Nərgiz", "Qızıl quş", "Ayaz", Abdulla Şaiqin "Xasay", "Eloğlu", "Vətən", "Ana", "Fitnə", Əbil
Yusifovun "Babək", "Ramiz", "Od içində", Əyyub Abbasovun "Azad", "Cəbhəyə əmr", "Məlik
Məmməd", "Bahar nəğməsi", "Sevinc", Səttar Axundovun "Çətin dərə", "Tayqa", "Dönməz"
pyesləri tamaşaya qoyuldu.
Teatr janr əlvanlığına və mövzu-problematika genişliyinə nail olmaq məqsədilə milli kiassik
dramaturqlarımızdan Cəfər Cabbarlının, Nəcəf bəy Vəzirovun, Mirzə Fətəli Axundzadənin, dünya
ədiblərindən Fridrix Şillerin, Jan Batist Molyerin, Nikolay Qoqolun seçmə əsərlərini repertuara daxil
etdi.
GTT özünün yaradıcılıq spesifikasına uyğun olan milli rejissorlarımızı yetişdirdi. Teatrda
Soltan Dadaşov, Məhərrəm Haşımov, Zəfər Nemətov, Kərim Həsənov, Şüa Şeyxov, Həsən Əliyev
kimi səriştəli rejissorlar fəaliyyət göstərirdilər. Onlar teatrın üslub və forma prinsiplərinin estetik
səciyyələrini zənginləşdirməklə yanaşı, özlərinin fərdi rejissor üslublarını da formalaşdırırdılar. Bu
baxımdan Məhərrəm Haşımovla Zəfər Nemətovun yaradıcılıqlarının estetik dəyərləri, psixoloji ifadə
vasitələrinin əlvanlığı və zərifliyi daha diqqətəlayiqdir.
Gənc Tamaşaçılar Teatrı müxtəlif yaradıcılıq mərhələlərindən və sınaqlarından keçərək
özünün estetik prinsiplərinə uyğun olan aktyor ansamblı formalaşdıra bilmişdi. Teatrda Süleyman
Ələsgərov, Əliağa Ağayev, Məmmədağa Dadaşov, Rüxsarə Ağayeva, Susanna Məcidova,
Hüseynağa Sadıqov, Ağadadaş Qurbanov, Yusif Dadaşov, Əliməmməd Atayev kimi aktyorlar
yetişmişlər.
Teatrın repertuarında janr əlvanlığı gündən-günə artırdı və bu istiqamətdə cəsarətli səylər
uğursuz cəhdlərdən çox idi. Nağıl, dram, məişət komediyası, satirik komediya, qəhrəmanlıq dastanı,
məzhəkə, oyun-əyləncə, ictimai-sosial faciə və bu kimi janrlarda tamaşalar oynanılırdı.
Teatr tərtibat-forma axtarışlarında öz estetik prinsip və xüsusiyyəti olan ifadə vasitələrini
sınaqdan çıxara-çıxara və Gənc Tamaşaçılar Teatrına xas olan səhnəqrafiya ənənəsi ya-ratınışdı. Bu
işdə rəssamlardan Ə. Həsənov, Fyodor Qusak, Həsən Mustafayev, Sadıq Şərifzadə səmərəli
nailiyyətlər qaza-na bilmişdilər.
1930-cu ilin sonrarından başlayaraq teatr tamaşaların estetik təsir gücünü artırmaq, ifadə
vasitələrini zənginləşdirmək, emosional duyğulara təkan vermək üçün milli bəstəkarlarımızla
yaradıcılıq əlaqəsi qurdu. Tofiq Quliyev, Niyazi, Fikrət Əmirov, Cahangir Cahangirov, Şəfiqə
Axundova, Sol-tan Hacıbəyov, Əşrəf Abbasov mürəkkəb tamaşalara musiqi bəstələdilər.
1950-ci ildən başlayaraq teatrın yaradıcılığında yeni estetik mərhələnin inkişafına təkan
verildi. Teatr öz repertuarını dörd məqsəd-prinsipdə qururdu:
məktəbəqədər uşaqlar üçün tamaşalar;
azyaşlı məktəblilər üçün tamaşalar;
yuxarı sinif şagirdləri üçün tamaşalar;
yeniyetmə gənclər üçün tamaşalar.
İlbəil teatrla yaradıcılıq ünsiyyəti yaradan dramaturqların sayı Yusif Əzimzadənin, Cabbar
Məcnunbəyovun, Səttar Axundovun, Rauf İsmayılovun, Əfqan Əsgərovun, İsgəndər Coşqunun,
Xanımana Əlibəylinin, Qeybulla Rəsulovun, Məmmədhüseyn Təhmasibin, Əkrəm Əylislinin, Əli
Əmirlinin, Elçinin müxtəlif janrlı, müxtəlif mövzulu pyeslərinin tamaşaları ilə artıb genişləndi.
Dövrlə, şəraitlə, ideoloji problemlərlə, mənəvi-əxlaqi dəyişmələrlə bağlı olaraq teatrın estetik
ifadə vasitələri də dəyişirdi. Yeni mövzular təbii ki, yeni də janrlar, forma-üslublar tələb edirdi.
Bütöv şəkildə teatr həmin sınaq-proseslərdən uğurla keçməyə nail ola bilirdi. Artıq teatrda Altay
Səidov, Fuad Xəlilov, Fuad Qafarov, Tahir Tahirov, Elçin Məmmədov kimi rəssamlar psixoloji-
romantik, realist-psixoloji, romantik-monumental tamaşa formalarında təcrübə toplaya bilmişdilər.
Rejissorlardan Ulduz Əliyeva (Rəfili) yaradıcılığının monumental səciyyələri, Azər Paşa
Nemət cəsarətli janr axtarışları, milli teatr poetikası ilə çağdaş Avropa teatrı prinsiplərini qovuşuq
harınoniyada həll edə bilməsi, Ağakişi Kazımov psixoloji realizmə lirik və emosional duyğular
aşılaması ilə seçilirdilər. Müharib Tağıyev, Həsən Əbluc, Möhsün Mürsəlov, Vaqif Əsədov, Rafiq
Merdinli (Əliyev) teatrda müxtəlif üslublarda tamaşalar hazırlayıblar.
Mərhum sənətkarlardan Yusif Vəliyev, Osman Hacıbəyov, Hüseynağa Sadıqov, Süleyman
Ələsgərov, Məmmədağa Dadaşov, Süsən Məcidova uzun illər teatrın repertuar ağırlığını öz
çiyinlərində daşımışlar. Hazırda teatrda kollektivin ifaçılıq ənənələrini ləyaqətlə davam etdirən və
fərdi oyun estetikası ilə seçilən Firəngiz Şərifova, Solmaz Qurbanova, Sona Babayeva, Xuraman
Hacıyeva, Tariyel Qasımov, Ağaxan Salmanov, Rafiq Hüseynov, Mübariz Əlixanoğlu, Rahib
Əliyev, Lətifə Əliyeva, Almaz Əhmədova (Mustafayeva), Yasin Qarayev, Ədalət Məmmədov,
Nübar Novruzova kimi ayrı-ayrı yaş nəslinə mənsub aktyorlar vardır.
Müxtəlif yaş dövrlərini əhatə edən tamaşaçıların estetik təfəkKürlərinin, zövqlərinin, gözəllik
duyumlarının, sənət anlamlarının formalaşmasında Gənc Tamaşaçılar Teatrı mühüm rol oynayıb və
bu istiqamətdə səmərəli fəaliyyətini davam etdirməkdədir. Həmin sənət ocağı təkcə zövqləri
formalaşdırmır, daha geniş mənada cəmiyyətin sabahmı təmsil edəcək nəslin Vətən məhəbbəti
hisslərinin gözəllik, ləyaqət, saflıq, mənəvi pakiıq estetik duyğularının tərbiyə olunmasında
fundamental yaradıcılıq məktəbi rolunu oynayır.
GTT-nin nəzdində rus bölməsi fəaliyyət göstərir. Bu bölmənin özünün müstəqil aktyor
truppası və müstəqil repertuarı var.
Dostları ilə paylaş: |