SÜSƏN MƏCİDOVA (1916 - 24.6.1985)
Duzlu yumoru, canlı dinamikası, güclü səhnə temperamenti, əlvan və realist ifadə vasitələri
vardı. Romantik ruhlu, monumental səpkili, epik pafoslu rolları da şövqlə oynayıb.
Çılğın ehtiraslı və qroteskii rollarda məharəti daha parlaq şəkildə səhnə təcəssümü tapırdı.
Bəzi afişa və proqramlar-da aktrisanın adı "Susanna" kimi də yazılıb.
Süsən Hacı Aslan qızı Məcidova 1916-cı ildə Bakıda doğulub. Dördillik ibtidai təhsil alıb.
Səhnəyə ilk dəfə 1929-cu ildə dram dərnəyində çıxıb. Tezliklə Türk İşçi Teatrının tamaşalarında
kütləvi səhnələdə iştirak edib, epizod rollar oynayıb. 1933-cü ildən GTT-nin aktyor truppasına daxil
olub və ömrünün sonuna kimi bu səhnədən ayrılmayıb. 17 iyun 1943-cü il-də Azərbaycan
Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
Teatrda yüzdən çox rol oynayan aktrisamn daha çox uğur qazandığı əsas səhnə obrazları
bunlardır: Yetər ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Nərgiz ("Nərgiz", Mirmehdi Seyidzadə),
Javklina, Zerbinetta ("Zorən təbib" və "Skapenin kələkləri", Jan Batist Molyer), Arabella Qlenervan
("Kapitan Qrantın uşaqları", Jül Vern), Qaraca qız, İfritə, Badam ("Qaraca qız", "Vətən" və "Xasay",
Abdulla Şaiq), Sevgül ("Azad", Əyyub Abbasov), Anacan ("Anacan", Yusif Əzimzadə), Nabat
("Tamahkar", Süleyman Sani Axundov), Şərəbanı ("Yaşar", Cəfər Cabbarlı), Səkinə xala ("Keçən
ilin son gecəsi", Anar), Sərvinaz ("Aqil və Sərvinaz", Əyyub Abbasov), Dayə ("Romeo və
Cülyetta", Vilyam Şekspir), Yuliya ("Ovod", Etil Voyniç), Məhəbbət ("Dağ seli", Əfqan Əsgərov),
Nabat ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli), Şaban nənə ("Danabaş kəndinin məktəbi", Cəlil
Məmmədquluzadə), Faina ("Qastello", İsidor Ştok), Ana ("Rübailər aləmində", Məmmədhüseyn
Təhmasib), Balaca ataman ("Qarlar Kraliçası", Yevgeni Şvarts), Sənubər ("İmtahan", Həsən
Seyidbəyli), Həlimə ("Etibar", Rauf İsmayılov).
Süsən Məcidova 24 iyun 1985-ci ildə Bakıda vəfat edib.
Dostları ilə paylaş: |