Gənc Tamaşaçılar Teatrının veteranlarından sayılır. Bu sənət ocağında fasiləsiz olaraq altmış
üç il səhnəyə çıxmışdır. Dramlarda, komediyalarda, faciələrdə, nağıllarda, nağıl-dastan süjetli
pyeslərdə bir-birindən əlvan rollar yaradıb. Səksən üç yaşında da səhnədə canlı, dinamik və təravətli
görünürdü. Səhnə məntiqini həmişə həssaslıqla gözləyib.
Süleyman Ağababa oğlu Ələsgərov 20 iyun 1915- ci ildə Bakıda doğulub. Yeddiillik təhsilini
başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan
sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub. O, səhnəyə 1933-
cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə
təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov GTT-yə müsabiqə yolu ilə
aktyor götürülüb.
Onun Gənc Tamaşaçılar Teatrında ifa etdiyi əsas rollar bunlardır: Polad ("Qızıl quş",
Mirmehdi Seyidzadə), Fərzəli bəy ("Nəsrəddin", Yusif Əzimzadə), Aqşin ("Babək", Əbil Yusifov),
Vəzir, Oruc ("Fitnə" və "Qaraca qız", Abdulla Şaiq), kaçkaryov, Poçt müdiri ("Evlənmə", və
"Müfəttiş" Nikolay Qoqol), Arqant ("Skapenin kələkləri", Jan Batist Molyer), Müşavir ("Qarlar
Kraliçası", Yevgeni Şvarts), Eldostu ("Çiçəkii dağ", Məmmədhüseyn Təhmasib), Hacı Nuru və
Molla Salman ("Molla İbrahimxəlil kimyagər", Mirzə Fətəli Axundzadə), Valentin və Pontolone
("İki ağanın bir nökəri", Karlo Haldoni), Molla Səfi və Hacı Qəmbər ("Hacı Qəmbər", Nəcəf bəy
Vəzirov), Lorenso ("Romeo və Cülyetta", Vilyam Şekspir), Yaşar ("Yaşar", Cəfər Cabbarlı), Musa
("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev), Valentin ("İki veronalı", Vilyam Şekspir), Çuxray
("Polad necə bərkidi", Nikolay Ostrovski), komissar ("Anacan", Yusif Əzimzadə), Zeynalabdm
Şirvani ("Əlvida, Hindistan!", Qeybulla Rəsulov), Səməd Vurğun, Baba, Əfrasiyab ("Komsomol
poeması", "Açıl bənövşəm, açıl" və "Rüstəm və Söhrab", İsgəndər Coşqun), Montanelli ("Ovod",
Etil Voyniç), Namaz ("Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə), Mahmud ("Dağ seli", Əfqan
Əsgərov), kaplar ("Qavroş", Viktor Hüqonun "Səfillər" romanı üzrə səhnələşdirənləri Zəfər
Nemətov və Əli İsmayılov), Murtuz ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli), Naçalnik
("Danabaş kəndinin məktəbi", Cəlil Məınındquluzadə)
Süleyman Ələsgərov "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan bir neçə
kinolentlərində çox kiçik epizodlara çəkilib. Onun ən populyar və iri həcmli ekran obrazı "Bizim
Cəbiş müəllim" filmində əsas qəhrəman olan Cəbiş müəllim roludur.
Aktyor Gənc Tamaşaçılar Teatrının inkişafında xidmətlərinə görə 27 fevral 1954-cü ildə
Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə isə xalq artisti fəxri adlarına
layiq görülüb.
1961-ci ildə oynadığı Səməd Vurğun ("Komsomol poeması", İsgəndər Coşqun) roluna görə
Respublika Lenin komsomolu mükafatı laureatı olub.
Yaradıcılığının özəyi, mayası əsasən realist aktyor məktəbinin estetik prinsipləri ilə
yoğrulmuşdur. Qəhrəman perso-najlarının ifası psixoloji dramatizmi, komik və satirik rolları
təbiiliyi, koloritli gülüşü, estetik zərifliyi ilə səciyyəvi idi.
Süleyman Ələsgərov 10 dekabr 1998-ci ildə Bakıda vəfat edib.
* * *
Dostları ilə paylaş: