Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


XURAMAN HACIYEVA (7.3.1945 - 15.2.2005)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə414/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   410   411   412   413   414   415   416   417   ...   470
XURAMAN HACIYEVA (7.3.1945 - 15.2.2005) 

 

Musiqili, lətafətli və lirik səsi var. Yaradıcılıq yönümünə görə lirik-psixoloji üslublu aktyor 

məktəbinə mənsubdur. Dramatik və faciə obrazlarının ifasında da lirizmdən, psixoloji vasitələrdən 

həssaslıqla, yaradıcı məharətlə istifadə edir. 

7 mart 1945-ci ildə Bakıda doğulub. Orta məktəbdən dram dərnəklərində iştirak edib. 

Xuraman Hacıyeva 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə 

daxil olub. İkinci kursda oxuyanda "Arşın mal alan" bədii filmində Asya roluna çəkilib. 1966-cı ildə 

təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və buradakı DDT-də aktrisa işləməyə başlayıb. Gəncədəki 

Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. 

Aktrisa Gəncə teatrında maraqlı rollar qalereyası yaradıb. 1972-ci ildə  Gənc Tamaşaçılar 

Teatrının truppasına daxil olub. Bir müddət Naxçıvan DMDT-də aktrisalıq edərək (1998 - 2001) və 

maraqlı rollar yaradaraq yenidən GTT-yə qayıdıb. 

Xuraman Hacıyevanın GTT-də oynadığı Ceyran ("Yolda", Hüseyn Arif), Qızılgül ("Aycan", 

Xanımana  Əlibəyli), Rəna ("Təzə  şagird", Qılman  İlkin), Eyzəngül ("Şirinbala bal yığır", Salam 

Qədirzadə), Gülsüm ("Yadındamı?", Altay Məmmədov), Gülzar ("Tamahkar", Süleyman Sani 

Axundov), Ceınına ("Ovod", Etil Voyniç), Humay, Ceyran ("Komsomol poeması" və "Çaloyna", 

İsgəndər Coşqun), Firəngiz ("Məhəbbət novellası", Şamil Xurşud və Əşrəf Hacıyev), Yetər ("Hacı 

Qəmbər", Nəcəf bəy Vəzirov), Mərcan,  Şirin ("Mənim nəğməkar bibim" və "Yazığam, sevmə 

məni",  Əkrəm  Əylisli), Cəvahir xanım, Nəzakət ("Büllur sarayda" və "Sən həmişə  mənimləsən", 

İlyas Əfəndiyev), Səkinə ("Ərizə", Əli Əmirli), Zərnigar ("Sınaq pillələri", Ramiz Heydər), Nərgiz 

("Bir sahilin adamları", Xalidə Hasilova), Pəri ("Yastı  təpə", Nəbi Xəzri), Sona xanım ("Qonşu 

qonşu olsa...", Rəşid bəy Əfəndiyev) səhnə obrazları aktrisanın yaradıcılıq nailiyyətləri sayılır. 

Xuraman Hacıyeva teatrdakı  fəaliyyətinə görə Azərbaycan Respublikasının  əməkdar artisti 

(9 fevral 1979) və xalq artisti (28 oktyabr 2000) fəxri adlarına layiq görülüb. 15 fevral 2005-ci ildə 

Bakıda qəflətən vəfat edib. 

 



 

 YUSİF VƏLİYEV 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   410   411   412   413   414   415   416   417   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin