Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


MƏHƏRRƏM HAŞIMOV (2.2.1912 - 2.5.1969)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə418/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   414   415   416   417   418   419   420   421   ...   470
MƏHƏRRƏM HAŞIMOV (2.2.1912 - 2.5.1969) 

 

Yaradıcılığı daha çox realist monumental rejissor məktəbinin estetik prinsiplərinə uyğundur. 



Rejissor poetikasında psixoloji dərinlik və  fəlsəfi-bədii mahiyyət üstünlük təşkil edir. 

Azərbaycan teatrına forma yeniliyi, üslub-ifadə orijinallığı gətirən sənətkarlardandır. 

Tamaşaları  bədii-estetik kamilliyi, yüksək peşəkarlıq xüsusiyyətləri və poetik səhnə 

mədərıiyyəti, ansambl bütövlüyü, forma ilə  məzmunun harınonik vəhdəti ilə daha dəyərli 

görünürdü. 

Müxtəlif teatrlarda hazırladığı tamaşalarda qroteskdən, kəskin satiradan və sərt sarkazından 

cəsarətlə və dərin məzmunlu bədiiliklə istifadə edib. 

İlk ali savadlı milli peşəkar rejissorlarımızdan olan Məhərrəm Kazım oğlu Haşımov yaradıcı 

sənətkar kimi hazırladığı səhnə əsərlərini "aktyor tamaşası" kimi qurmaqda xüsusi səriştə sahibi idi. 

Tamaşada güclü aktyor ansambh yaratmaqda onun peşəkarlıq qabiliyyəti Aleksandr Tuqanovun və 

Ədil İsgəndərovun möhtəşəm rejissorluq qüdrətlərinə tay tutula bilər. 



Məhərrəm Haşımov 1912-ci il fevral ayının 2-də Bakıda ziyalı ailəsində doğulub. Dörd il 

Alekseyev adına Ali ibtidai məktəbdə oxuyub. Sonra yeni yaranan sovet məktəbində təhsilini davam 

etdirib. 

Səhnə  fəaliyyətinə  məktəb yaşlarından başlayıb və  Gənc Tamaşaçılar Teatrının 

yaradıcılarından biridir. Moskvada Dövlət Teatr Sənəti  İnstitutunun rejissorluq fakültəsini bitirib 

(1936). Diplom işi Bakının Gənc Tamaşaçılar Teatrında hazırladığı Valentina Lyubimovanın 

"Seryoja Streltsov" dramınm tamaşası olub. Həmin vaxtdan 1944-cü ilə  qədər GTT-də az müddət 

quruluşçu rejissor, sonra isə baş rejissor işləyib. Kollektivin repertuar qurumunda əsaslı dönüş 

yaradıb, teatra yeni-yeni istedadlı gənclər dəvət edib. 

Baş rejissor kimi teatrda təkcə uşaqlar və məktəblilər üçün deyil, gənclərin bədii zövqlərinə, 

dünyagörüşlərinə, həyat hadisələrini qavrama qabiliyyətlərinə uyğun dramları da cəsarətlə 

hazırlayıb. Bu baxımdan "Ayaz" (Mirmehdi Seyidzadə), "Xasay" (Abdulla Şaiq), "Hünərli kikel" 

(Qriqori Qamrekeli və Georgi Naxutsrişvili), "Partizan Məmməd" (Sabit Rəhman və  Ədil 

İsgəndərov), "Eloğlu" və "Vətən" (Abdulla Şaiq), "Qaçaqlar" (Fridrix Şiller), "Cəbhəyə  əmr" 

(Əyyub Abbasov), "Dönməz" (Səttar Axundov), "Aydın" (Cəfər Cabbarlı) pyeslərinə verdiyi səhnə 

quruluşları forma əlvanlığına və ideya-bədii dəyərinə görə seçilirlər. 

Məhərrəm Haşımov AMDT-də bir neçə tamaşa hazırlayıb. Müəyyən fasilələrlə Azərbaycan 

Dövlət Rus Dram Teatrında baş rejissor işləyib. 

Görkəmli rejissor teatr sənətinin inkişafında göstərdiyi xidmətlərə görə 23 fevral 1940-cı ildə 

Azərbaycan Respublikasının  əməkdar incəsənət xadimi, 27 fevral 1954-cü ildə xalq artisti fəxri 

adları ilə təltif olunub. 

Məhərrəm Kazım oğlu Haşımov 2 may 1969-cu ildə Bakida vəfat edib. Məzarı  Fəxri 

xiyabandadır. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   414   415   416   417   418   419   420   421   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin