ULDUZ RƏFİLİ-ƏLİYEVA (15 DEKABR 1922)
"Rəfili" qızlıq soyadıdır. Bir sıra afişa və proqramlarda imzası belə yazılıb: Ulduz Rəfili-
Əliyeva. Ata tərəfi Gəncənin məşhur Rəfililər, ana tərəfi isə şöhrətli Rəfibəylilər nəslindəndir.
Ulduz xanım Saleh bəyin qızıdır. 15 dekabr 1922-ci ildə Gəncədə doğulub. Qızcığazın 12 yaşı
olanda nəsilləri sovet represiyasına məruz qalıb. O, böyük bacısı Səmayə xanımla l934-cü ildə
Bakıya köçüblər.
Orta məktəbi Moskvada bitirən Ulduz xanım 1941-ci il-də orada Dəmiryol Mühəndisliyi
İnstitutuna daxil olub. 1945-ci ilin yazında, dördüncü kursda oxuyanda yenicə yaranmış Azərbaycan
Dövlət Teatr İnstitutuna daxil olub. Ali məktəbi 1950-ci ildə bitirib və ilk Azərbaycan qadın teatr
rejissoru kimi Gənc Tamaşaçılar Teatrının rus bölməsində fəaliyyətə başlayıb. 1972-1975-ci illərdə
teatrın baş rejissoru vəzifəsini daşıyıb.
Ulduz Rəfili 1975-ci ilin sentyabrından pedaqoji fəaliyyətə keçib. Uzun illərdir Musiqi
Akademiyasının vokal və op-ra hazırlığı kafedrasının professorudur.
Ulduz xanım Rəfili-Əliyeva Gənc Tamaşaçılar Teatrında həm Azərbaycan, həm də rus
bölmələrində tamaşalar hazırla-yıb, forma və məzmunca müxtəlif əsərləri fərqli janrlarda quruluşlar
verib.
Rejissor Azərbaycan bölməsində Hüseyn Muxtarovun "Ailə namusu" (1955), Viktor
Hüqonun "Şəfillər" romanı əsasında Əli İsmayılovun və Zəfər Nemətovun səhnələşdirdikləri
"Qavroş" (1963), Salam Qədirzadənin "Şirinbala bal yığır" (1965), Xanımana Əlibəylinin "Dovşanın
ad günü" (1966), Karlo Haldoninin "İki ağanın bir nökəri" (1968), Məmmədhüseyn Təhmasibin
"Rübailər aləmində" (1968), Süleyman Sani Axundovun "Qaraca qız" (1971), Xanımana Əlibəylinin
"Aycan" (1973), rus bölməsində Sezar Solodarın "Ulduzlar aləmi" (1950), Nikolay Qoqolun
"Evlənmə" (1952), Pavel Malyarevskinin "Turp" (1953), Sergey Mixalkovun "Əziz oğlan" (1972),
Aleksandr Puşkinin "Kiçik faciələr" (1974) əsərlərinə verdiyi səhnə təfsirləri daha orijinal və
maraqlı olub.
Ulduz xanım Rəfili Gənc Tamaşaçılar Teatrının inkişafındakı xidmətlərinə, rejissor sənətində
qazandığı nailiyyətlərə görə 29 iyun 1964-cü ildə Azərbaycan Respublikasının əməkdar incəsənət
xadimi fəxri adı ilə təltif olunub.
Rejissurasına incə lirizm və emosional cazibədarlıq xasdır. Ən yaxşı tamaşaları lirik-
psixoloji üslubda hazırlanıb. Bu baxımdan Əkrəm Əylislinin "Mənim nəğməkar bibim" (1975),
Anarın "Keçən ilin son gecəsi" (1968) pyeslərinin tamaşaları yüksək bədii səviyyələri, estetik ifadə
vasitələrinin zənginliyi ilə daha parlaq sənət qələbələri sayılır.
Uşaq tamaşaları içərisində isə Xanımana Əlibəylinin "Aycan" nağıl-pyesinə verdiyi quruluş
poetik hüsnü və ifadəli səmimiyyəti ilə seçilir.
Ulduz xanım quruluş verdiyi tamaşaların əksəriyyətini realist, bir qisınıni isə romantik-realist
üslublarda hazırlayıb.
Canlı və dinamik kompozisiya qururdu və bütün formalarda aktyor oyunu öndə olurdu.
Bitkin, tamaşanın ali məqsədini, fikir yükünü tamlıqla Çəkə bilən aktyor ansambh
yaratmaqda yüksək səriştəli idi.
Dostları ilə paylaş: |