Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə420/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   416   417   418   419   420   421   422   423   ...   470
AĞAKİŞİ KAZIMOV (28 İYUN 1935

 

Teatrda yaradıcılığa aktyor kimi başlayıb. Sonradan ali ixtisas təhsili keçərək rejissorluq 

etmiş, baş rejissor kimi Sumqayıt Dövlət Dram Teatrının və Gənc Tamaşaçılar Teatrının müəyyən 

inkişaf dövrlərində səmərəli xidmətləri olmuşdur. 

Ağakişi  Şəmməd oğlu Kazımov 28 iyun 1935-ci ildə  Ağcabədi rayonunun Ağcabədi 

kəndində doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində  təhsil alıb. Milli 

Dram Teatrında aktyor işləyib (1952 - 1954). O, 1960 -1964-cü illərdə Sankt-Peterburq Dövlət 

Teatr, Musiqi və kinematoqrafiya İnstitutunun əyani rejissorluq fakültəsində oxuyub. Azərbaycana 

ali ixtisaslı rejissor diplomu ilə qayıdan Ağakişi Kazımov Sumqayıt Dövlət Dram Teatrında, 

Musiqili Komediya Teatrında, AMDT-də, Opera və Balet Teatrında işləyib. 

Ağakişi   Kazımov   Gənc   Tamaşaçılar   Teatrında   uzun müddət   baş   rejissor   işləyən   

sənətkarlardandır   (30   dekabr 1975 - 14 fevral 1983 və 20 aprel 1990 - 14 mart 2002). Ən çox və 

ən müxtəlif janrlı tamaşaya da quruluşu məhz bu teatrda verib. 

Onun GTT-də əsas quruluşları: "Söhrab və Rüstəm", İsgəndər Coşqun (1973), "Komsomol 

poeması",  İsgəndər Coşqun (Səməd Vurğunun eyniadlı poeması  əsasında. 1976), "Zoluşka", 

Yevgeni  Şvarts (rus bölməsində. 1976), "Məhəbbət novellası",  Şamil Xurşud və  Əşrəf Hacıyev 

(1977), "Məlik Məmməd",  Əyyub Abbasov (1978), "Hacı  Qəmbər", Nəcəf bəy Vəzirov (1978), 

"Qar qız", Teymur Elçin (1983), "Yazığam, sevmə məni", Əkrəm Əylisli (1990), "Kiçik təpə", Nəbi 

Xəzri (1991), "Sevirdim, çox sevirdim", Hidayət (1994), "Ağ div, qara div", Əli Səmədli (1995), 

"Şir qızı Luska", Vladimir Qusev (rus bölməsində. 1997), "Təlxəyin nağılı", Firuz Məmmədov 

(1999), "Büllur sarayda", İlyas Əfəndiyev (2000). 

1977-ci ildən bugünkü Mədəniyyət və  İncəsənət Universitetində aktyor və rejissor 

sənətindən dərs deyən Ağakişi Kazımov 18 iyun 2001-ci ildən bu ali məktəbin professorudur. 

Qazandığı sənət uğurlarına görə 20 mart 1987-ci ildə Azərbaycan Respublikasının əməkdar 

incəsənət xadimi, 28 oktyabr 2000-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   416   417   418   419   420   421   422   423   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin