AKTYOR MƏKTƏBLƏRİ
Azərbaycan milli peşəkar teatrının janr və üslub nai-liyyətləri zəngin, əlvan və estetik
baxımdan çoxqatlıdır. Teatr tariximiz aktyor yaradıcılığının müxtəlifliyinə,
fəlsəfi-estetik tutumlarına, bədii-psixoloji səciyyələrinə görə fərqlənir. Ayrı-ayrı fərdi yaradıcılıq
üslublarının öz poetika göstəriciləri formalaşıb və bu proses çağdaş dövrdə də davam etməkdədir.
Bununla belə, Azərbaycan teatrının inkişafında üç əsas aktyor məktəbi vardır: realist aktyor
məktəbi, romantik aktyor məktəbi və lirik-psixoloji üslublu aktyor məktəbi. Bu məktəblərin hər
birinin ayrılıqda öz estetik prinsipləri və öz poetika səciyyələri vardır.
Dostları ilə paylaş: |