Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə425/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   421   422   423   424   425   426   427   428   ...   470
AZƏRBAYCAN  DÖVLƏT  

KUKLA TEATRI 

 

Azərbaycanda Kukla Teatrının dövlət səviyyəsində təşəkkülünün təşəbbüskarı və yaradıcısı 



Mollağa Bəbirli olub. O, 15 sentyabr 1905-ci ildə Bakıda doğulub. On yeddi yaşından AMDT-nin 

yardımçı heyətində  çıxış edib, 1927-1928-ci illərdə Moskvada qrim və Kukla teatrı ixtisası üzrə 

təhsil alıb. Bakıya qayıdaraq Akademik Milli Dram Teatrının truppasında aktyorluq edib. 

1930-cu ilin may ayında teatrın yığcam briqadası Ağdam rayonuna qastrola gedib. Mollağa 

Bəbirli burada aktyor dostları Musa Hacızadə, Fazil Dadaşov və Abbas Rzayevlə birgə ilk Kukla 

tamaşasını göstəriblər. Məktəbdə oynanılan tamaşa uğurlu keçib və bu nailiyyət Mollağanı öz arzusu 

uğrunda daha inamla çalışmağa sövq edib. 

Dramaturq Cəfər Cabbarlının yaxından köməyi və Xalq Maarif komissarlığının əmri ilə 16 

may 1931-ci ildə Bakıda Türk Kukla Teatrı yaradılıb. Teatr "Sirk" adlanan ilk tamaşasını 1932-ci 

ilin aprelində oynayıb. Sira-məsxərə elementli həmin oyun-tamaşa çox qısa olsa da, məzəli, 

əyləncəli və uşaqlar üçün maraqlı idi. 

Mollağa Bəbirli "Zərgərpalan küçəsi, 84" ünvanlı evində kiçik bir otağı emalatxana etmişdi 

və burada özü Kuklalar düzəldirdi. Kuklaları  həm müxtəlif ağaclardan yonurdu, həm də  gəlincik 

tipli  Əlcək (qolçaq) Kuklaları hazırlayırdı.  Əvvəllər Kukla teatrının daimi binası olmadığına görə 

tamaşalar Bəbirlinin evində, məktəblərdə, yay aylarında pioner düşərgələrində göstərilib. 

Tamaşalara quruluşçu rejissorluğu əsasən Bəbirli edib. 

Kollektivdə Mollağa Bəbirli,  Əli  Əsgərov, Zinyət Abbasova, Münəvvər Dadaşova,  Əliağa 

Qasımzadə, Püstə Rzayeva, Bəyim Əliyeva, Əli Məmmədov, Həcər Ələsgərova, Ağamehdi Əliyev, 

Tofiq Hüseynov, Əyyub Rzayev, aktyor-rejissor Süley-man Nəzəroğlu, rəssam Həsən Mustafayev 

çahşıblar.  İlk illər məxsusi Kukla teatrı üçün nağıl-pyeslər olmadığına görə truppa tərcümə  və 

təbdillər əsasında "Ayıq ol", "Əsil vəsait", "Kolxoz bazarı", "Zərbəçi briqada" kimi ideoloji təbliğat 

əsas götürülən tamaşalar hazırlayıb. Teatr Ali Baş Siyasi Maarif İdarəsmin nəzdində olub. 

1933-cü ildə kollektiv Gənc Tamaşaçılar Teatrının nəzdində Kukla şöbəsi kimi fəaliyyətini 

davam etdirib. Repertu-arda tərcümələr  əsasında məhz Bakı teatrı üçün işlənmiş "Pişik və it", 

"Balaca Muk", "Məşhur İvan", "Ələddinin sehrli lampası" tamaşaları əsas yer tuturdu. 

Kukla teatrı illər boyu formalaşdıqca bu janra maraq göstərən yazıçıların əsərləri repertuarda 

üstünlük təşkil edirdi. Bu sahədə ilk addımı  gənc  şair Mirmehdi Seyidzadə atıb. Onun "Nərgiz" 

pyesi uzun illər teatrın repertuarında müxtəlif quruluşlarda göstərilib. 1930-cu illərin ikinci yarısında 

Mollağa Bəbirli dramaturq Mirzə Fətəli Axundzadənin "Hacı Qara" və Cəlil Məmmədquluzadənin 

"Ölülər" pyeslərinin Kukla teatrı variantlarını  işləyib və özü də tamaşaya hazırlayıb. Məhərrəm 

Əlizadənin "Qoçaq Nazlı",  Əli  Əsgərovun "Lina Oden", Nikolay Qoqolun "Evlənmə", M. 

Abbasovun  "Cəsur dovşan", "Qoçaq canavar", Baba Qubinskinin "Almaz", Cəfər Cəfərovun 

"İsgəndərin buynuzu", Mirmehdi Seyidzadənin "Fitnə", təbdil olunmuş "Tın-tın Mirzə", "Eldar 

kosa" pyeslərinin tamaşaları da repertuara daxil olub. 




1938-ci ildə Dövlət Kukla Teatrı müstəqil sənət ocağı kimi iki il indiki Mahnı Teatrının 

binasında fəaliyyət göstərib. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi ilə  əlaqədar olaraq 

kollektiv yenə GTT-nin nəzdinə keçib. 1946-cı ildə Kukla Dövlət Teatrı Mollağa Bəbirlinin 

direktorluğu və  bədii rəhbərliyi ilə yenidən müstəqil kollektivə çevrilib. Teatr 190 saylı  məktəbin 

binasında yerləşib. Vaxtilə  Dərbənd Dövlət Azərbaycan Teatrında aktyorluq etmiş Nadir 

Zamanovun kollektivə gəlişi rejissurada və üslub axtarışlarında təkanverici rol oynayıb. 

1949-cu ildə teatrların özlərini maliyyələşdirmə  iş sisteminə keçməsi ilə  əlaqədar olaraq 

Azərbaycanda ondan çox dövlət teatrı, o cümlədən Kukla teatrı bağlanıb. Nadir Zamanovun 

fədakarlığı  və  rəhbərliyi ilə kiçik heyətdə teatr dəstəsi yaranıb və truppa 1 yanvar 1950-ci ildə 

Azərbaycan Dövlət Filarmoniyasının nəzdində  fəaliyyətə başlayıb. 1962-ci il noyabr ayının 15-də 

Kukla teatrı  dəstəsi yenə GTT-nin kollektivinə daxil olub. Həmin kollektiv 6 may 1963-cü ildə 

Bakıdakı Orkestr Musiqiçiləri Bürosunun sərəncamına verilib. 

Azərbaycan Respublikasının Nazirlər Soveti 1964-cü il aprel ayının 15-də truppanın dövlət 

statusunun bərpa edilməsi barədə  qərar imzalayıb. Bunun əsasında Mədəniyyət Nazirliyi 

Azərbaycan Dövlət Kukla Teatrının fəaliyyətə başlaması barədə 3 fevral 1965-ci ildə 17 saylı əmr 

verib. Hazırda teatrın Dənizkənarı bulvardakı binası kollektivin sərəncamına keçib. 

Teatr 1965-ci il sentyabrın 25-də Mirvarid Dilbazinin "Göyçək Fatma" nağıl-pyesinin 

tamaşası ilə  pərdələrini açıb. Tamaşaya quruluşu Musiqili Komediya Teatrının rejissoru Niyaz 

Şərifov verib və ikinci rejissorluğu ADTİ-nin diplomçusu Maqbet Bünyadov edib. "Göyçək 

Fatma"nın rəssamı Faiq Əhmədov, bəstəkarı Oqtay Zülfüqarov idi.  Əsas rolları Şəfiqə Axundova 

(Qarı nənə), Münəvvər Zamanova (Fatma), Oqtay Dadaşov (Xoruz və Qızıl inək), Sona Həsənova 

(Xanım), Nadir Zamanov (Xanımın əri) ifa ediblər. 

Qırx ildə teatr öz yaradıcılığının təkamül dövrünü keçib, fərdi sənət estetikasını 

müəyyənləşdirib, poetika səciyyələrini təsdiqləyib. İlk növbədə isə bu yaradıcılıq uğurlarına üslubca 

zəngin, formaca əlvan, mövzuca müxtəlif tamaşaları əhatə edən repertuar əsasında nail olub. Teatr 

həm kiçik yaşlı  uşaq-lar, həm yuxarı sinif şagirdləri, həm yeniyetmələr, həm də yaşlılar üçün 

tamaşalar hazırlayıb. Sənət ocağı öz ətrafında  Əli Səmədli, Tofiq Mütəllibov, Xanımana  Əlibəyli, 

Anar, Firuz Məmmədov, Fikrət Sadıq, Kəmalə  Ağayeva, Rəhman  Əlizadə, Kamal Aslan kimi 

dramaturqları  cəmləşdirib. 1966-cı il-də ilk tamaşası göstərilən  Əli Səmədlinin "Artıq tamah baş 

yarar" (quruluşçu rejissor Əfrasiyab Məmmədovdur) 1000 dəfədən çox oynanılıb. 

Son qırx ildə, yəni növbəti bərpadan sonra teatrın oynadığı onlarca tamaşalar arasında 

aşağıda göstərilən səhnə  əsər-ləri daha dəyərli və  məzmunlu olub. "Keçinin qisası" (Əyyub 

Abbasov. 1965), "Cırtdan" (Mirmehdi Seyidzadə. 1967), "Tələ quran özü düşər" (Firuz Məmmədov. 

1969), "Sehrli nar" (Mirmehdi Seyidzadə. 1970), "Bu ev kimindir?" (Samuel Marşak. 1973), "əkiz 

qardaşlar" (nağıl-tamaşa. 1974), "Qoçaq Polad" (Tofiq Kazımov. 1974), "Üç nağıl" (Abdulla Şaiq. 

1975), "Qaravəlli" (Anar. 1975), "Danışan qayalar" (Tofiq Mütəllibov. 1976), "Məşədi  İbad" 

(Üzeyir bəy Hacıbəyovun  əsəri  əsasında. 1977), "Hara qaçırsan, dayça?" (Rada Moskova. 1978), 

"Cunquş" (Xanımana  Əlibəyli. 1979), "Hamam hamam içində" (Rəhman  Əlizadə. 1980), "Ac 

qulağım, dinc qulağım" (Firuz Məmmədov. 1981), "Məlik Məmməd" (Eldar Baxışm işləməsi. 

1982), "Yumaq top" (Fikrət Sadıq. 1983), "Basat və  Təpəgöz" (Eldəniz Quliyev və Azər  Əbilov. 

1984), "Sehrli güzgü" (Şahmar Hüseynov. 1984), "Gözəllər gözəli" (Xanımana  Əlibəyli. 1985), 

"Ları Xoruz" (Əli Səmədli. 1989), "Müsyö Jordan və dərviş Məstəli şah" (Mirzə Fətəli Axundzadə. 

1990), "Bakı  həyətinin rekviyemi" (Namiq Ağayev. 1991), "Bilqamıs  əfsanəsi" (Rəhman  Əlizadə. 

1992), "Keçəlin toyu" (Rəhman Əlizadə. 1993), "Canım Qırat, gözüm Dürat" (Firudin Qurbansoy və 

Bəhram Basqallı. 1993), "Pırpız Sona" (Rəhman  Əlizadə. 1994), "Cubbulunun çərpələngi" (Əli 

Səmədli. 1995), "Ulamaqdan mələməyə" (Həsənağa Hüseynov), "Ay dəli..." (Rəhman  Əlizadə. 

1997), "Dəcəl çəpişlər" (Rəhman Əlizadə. 1998), "Ələkbər əmi divin qəsrində" (Aygün Ələddinqızı. 

2000), "Hərb və sülh" (Abdulla Şaiqin "Ovçu Məstan" poeması əsasında), "Cik-Cik" (Əli Səmədli. 




2001), "Ləpələrin nağılı" (Xanımana  Əlibəyli. 2002), "Keçəl pəhləvan" (Fərman Rzayev. 2003), 

"Qız qalası" (Rəhman Əlizadə. 2004). 

Son illər teatrda əsərləri daha çox tamaşaya qoyulan dra-maturq Rəhman Əlizadədir. Teatr 

əsasən dramaturq-rejissorun öz quruluşlarında onun "Sindbadın xoşbəxtlik ada-sına səyahəti", 

"Mayınaq", "Əzrayıl", "Eramızdan milyon il əvvəl", "Damdabaca", "Ələkbər əmi Gülüş planetində" 

və sairə əsərlərinin tamaşalarını da oynayıb. 

Mövzu rəngarəngliyinə, uşaqların maraq dairələrinin genişlənMəsmə can atan teatr tərcümə 

əsərlərinə öz repertuarın-da xüsusi yer ayırıb.  İngilis yazıçısı, Nobel mükafatı laureatı kiplinqin 

"Riki-Tiki-Tavi", Danimarka yazıçısı Hans Xristian Andersenin "Bülbül", "O1oye Lukoye və yaxud 

sehrli çətirlər", fransız yazıçısı Şarl Perronun "Göy saqqal", alman ya-zıçısı Bertolt Brextin "Kuraj 

ana", rus klassikləri Aleksandr Puşkinin "Qızıl xoruz" Mixail Lermontovun "Aşıq Qərib", macar 

mütəfəkkirləri Zoltan kodayın "Xari Yanoş", Edi Tarbainin "Qarınqulu zürafə", yuqoslav Vaymil 

Rabadanın "Zəncirlənmiş Pəri", norveç Eyvind Şayyenin "Od oğlan" əsərləri müxtəlif illərdə Dövlət 

Kukla Teatrında tamaşaya qoyulub. 

Teatrda müxtəlif fasilələrlə 1936-cı ildən rus bölməsi də  fəaliyyət göstərir. Dövlət Kukla 

Teatrında müxtəlif illərdə Mollağa Bəbirli, Nadir Zamanov, Əfrasiyab Məmmədov, Tamilla 

Məhərrəmova, Eyvaz Vəliyev, Namiq Ağayev baş rejissor işləmişlər. Bu Kürsünü 1993-cü ildən 

dramaturq-rejissor Rəhman Əlizadə tutur. 

İstedadlı fırça ustaları Solmaz Musayeva, Faiq Əhmədov, Solmaz Haqverdiyeva teatrda baş 

rəssam işləyiblər. Hazırda həmin vəzifədə Lətifə Quluzadə işləyir. 

Sənət ocağının 1965-ci ildəki bərpa dövründən sonra Dövlət Kukla Teatrının truppasında 

Azərbaycan Respublikasının  əməkdar artistləri Oqtay Dadaşov,  Şəfiqə Axundova, Həsənağa 

Hüseynov, Lyubov Adamova, aktyorlardan Şahmar Hüseynov, Ruslan Həsənov, Xədicə  Səidova 

kimi təcrübəli sə-nətkarlar çalışmışlar. Truppada hazırda tanınmış aktyorlar Mansur Mansurov, 

Tamilla Bünyadova, Rəhilə  İbadova, Elmi-ra Hüseynova, Əlibala  Ələsgərov, Rəhman Rəhmanov, 

Sona Rəhimova, Ələkbər Hüseynov ilə yanaşı, istedadlı gənclər də işləyiblər və əksəriyyəti indi də 

kollektivdə çalışır. 

Azərbaycan Dövlət Kukla Teatrı Moskvada (1937, 1977 və 1995), Yəmən  Ərəb 

Respublikasında (1973), Özbəkistan Respublikasında (1979), Hindistanda (1980), İrəvanda (1982), 

Tiflisdə (1984), Arxangelskdə (1988), Türkmənistan Respub-likasında (1989), İran  İslam 

Respublikasında (1990 və 1992), Türkiyənin Ankara (1991) və  İstanbul (1998) şəhərlərində 

qastrollarda olub, beynəlxalq festivallarda, müxtəlif sənət bayramlarında iştirak edib. 

Kukla teatrı özünün fəaliyyəti dövründə "mil", "Əlcək" ("qolçaq"), "döşəmə" (hündür), 

marionet Kuklalarla yanaşı, aktyor-Kukla formalarında da tamaşalar hazırlayıb. Müəyyən 

tamaşalarda milli xalq oyunlarında işlənmiş Kuklalarla bərabər maskalardan, maska-gəlinciklərdən, 

maska-bəbəklərdən istifadə edilir. İllər boyu teatrda müəyyən ifaçılıq üslubu formalaşıb. Həmin 

üslub bütövlükdə milli kilimarası oyunlarının  əlvanlığını, Qərb Kukla estetikasının səciyyəvi 

prinsiplərini özündə təcəssüm etdirməklə orijinal yaradıcılıq yolunu müəyyənləşdirib. 

Milli,  Şərq və  Qərb xalqları Kukla oyun-tamaşalarının və teatrlarının nailiyyətlərindən 

bəhrələnən kollektiv forma axtarışlarında müəyyən ölçü "sədlərini" cəsarətlə  sındırıb. Hə-min 

cəhdlərin nəticəsində epik, lirik, poetik, nağıl, dastan... Kimi mürəkkəb janrlarda, karnaval, məsxərə, 

buffonada estetikalarında maraqlı tamaşalar oynanılıb. Bu baxımdan kollektivdə  əvvəllər də 

quruluşlar verən, 1993-cü ildən Dövlət Kukla Teatrına baş rejissorluq edən Rəhman  Əlizadə 

musiqili macəra-məzhəkə ("Sindbadm xoşbəxtlik adasma səyahəti"), dastan tamaşa ("Bilqamıs"), 

tragifars ("Pırpız Sona"), lirik və müasir nağıl ("Damdabaca"), musiqili him-cim ("Eramızdan 

milyon il əvvəl"), nağıl-qrotesk ("Qızıl Xoruz"), musiqili şou ("Ələkbər  əmi gülüş planetində") 

janrlarında orijinal tamaşalar hazırlayıb. 



Azərbaycan Dövlət Kukla Teatrı illər boyu formalaşdırdığı poetika göstəricilərini 

zənginləşdirmək, aktyorların yaradıcılıq  əlvanlığını canlandırmaq üçün daha məzmunlu repertuar 

uğrunda inamlı axtarışlar aparır. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   421   422   423   424   425   426   427   428   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin