Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


ƏZIM ƏZIMZADƏ (7.5.1880 - 15.6.1943)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə433/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   429   430   431   432   433   434   435   436   ...   470
ƏZIM ƏZIMZADƏ (7.5.1880 - 15.6.1943) 


 

Milli incəsənətimizdə satirik qrafika, illüstrasiya, siyasi plakat janrlarının yaradıcısıdır. 7 

may 1880-ci ildə Bakıda doğulub. Xüsusi rəssamlıq təhsili görməyib. "Molla Nəsrəddin" jurnalının 

ən fəal rəssamlarından idi. Əzim Aslan oğlu  Əzimzadə 1919-cu ildən başlayaraq teatr-dekorasiya 

sahəsində də məhsuldar çalışıb. Əsasən müasir və klassik əsərlərin tamaşaya hazırlanmasında geyim 

eskizlərini çəkib. Tərtibatçı  rəssam Rüstəm Mustafayevin işlədiyi  əsərlərdə  Əzim  Əzimzadənin 

yaradıcılıq nailiyyətləri daha qabarıq nəzərə çarpır. 1921 - 1923-cü illərdə Bakı Azad Tənqid və 

Təbliğ Teatrının ideoloji-təbliğat xarakterli satirik tamaşalarında müxtəlif məişət tiplərinin qrim və 

geyim eskizlərini verib 

Əzim  Əzimzadə AMDT-də "Hacı Qara", "Mürafiə  vəkilləri", "Müsyö Jordan və  dərviş 

Məstəli şah" (Mirzə Fətəli Axundzadə), "Dağılan tifaq", "Ağa Məhəmməd şah Qacar" (Əbdürrəhim 

bəy Haqverdiyev), "Əntərə" (Şükri Qazi), "Özgə  uşağı" (Vasili Şkvarkin), "Mirzə Rza kirmani" 

(Əzim  Əzimzadə), "Həyati-bəşər" (Leonid Andreyev), "Bayquş" (Xalid Fəxri), "Aydın", "1905-ci 

ildə" (Cəfər Cabbarlı), "Ölülər" (Cəlil Məmmədquluzadə), "Maral" (Hüseyn Cavid) dram 

əsərlərinin, Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" "Əsli və  Kərəm", "Şah Abbas və Xurşid 

banu" operalarının, "Arşın mal alan", "Məşədi  İbad" operettalarının, Müslüm Maqomayevin "Şah 

İsmayıl" və "Nərgiz" operalarının, GTT-də "Partizan Məmməd" (Ədil İsgəndərov və Sabit Rəhman) 

pyesinin tamaşalarında geyim rəssamı olub. 

Əzim  Əzimzadə 15 iyun 1943-cü ildə bakida vəfat edib. Məzarı  Fəxri xiyabanda olan 

rəssamın adına orta ixtisas sənət məktəbi və küçə var. 

 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   429   430   431   432   433   434   435   436   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin