1964-cü il, noyabr ayının 14-də ilk tamaşası göstərilən "Sən həmişə mənimləsən" pyesinin
üslubun əsasını qoyublar. Tədricən Tofiq Kazımov bu üslubun poetika göstəricilərini, ifadə
vasitələrinin estetik mahiyyətini zənginləşdirdi, dərinləşdirdi və onu Milli Dram Teatrının aparıcı
üslubu kimi reallaşdırdı. O, hətta Mirzə Cəlil Məmmədquluzadənin "Ölülər" traglkomediyasını və
Vilyam Şekspirin "Antoni və Kleopatra" faciəsini də lirik-psixoloji üslubda hazırlayıb. Əlbəttə ki,
hər iki bədii materialın monumental dəyərini, klassik romantik vüsətini saxlamaq şərtilə.
Tofiq Kazımovun bünövrəsmi qoyduğu yeni məktəb tezilklə milli səhnə sənətimizin aparıcı
rejissorlarının yaradıcılığına da sirayət etdi və Akademik teatrda Əşrəf Quliyev, bir qədər sonra
Ağakişi Kazımov, İrəvan teatrında Nəsir Sadıqzadə, Naxçıvan teatrında Vəli Babayev, Gəncə
teatrında Vaqif Şərifov, GTT-də Zəfər Nemətov, Ulduz Əliyeva-Rəfili həmin üslubda dəyərli
tamaşalar hazırlayıblar. Ötən əsrin yetmişinci illərindən rejissorluq fəaliyyətinə başlayan Azər Paşa
Nemət, Vaqif Abbasov, Vaqif İbrahimoğlu, Hüseynağa Atakişiyev, Baba Rzayev, Mərahim
Fərzəlibəyov, Oruc Qurbanov, Bəhram Osmanov, Əsgər Əsgərov lirik-psixoloji üslubu əsas
götürərək, özləri orijinal janr axtarışlarında uğurlar qazanıblar.
1960-cı illərin axırlarında və daha sonraki dövrlərdə açı-lan İrəvan (yenidən bərpa),
Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran, Ağdam, Füzuli, Qazax, Dövlət Gənclər teatrlarında da
rejissorların məzmun və forma axtarışlarının əsas məğzi lirik-psixoloji üslubdan şirələnmişdir.
Tədricən bu üslub "romantik təbiətli", "universal tipli", "fəlsəfi təmayüllü" və bu kimi ye-ni qollara
ayrılaraq daha da monumentallaşmış, estetikləşmiş və möhtəşəm məktəb kimi özünün klassik
poetika xüsusiyyət-lərinin elmi əsaslarını yaratmışdır. Elə buradaca qayıdıram o fikrə ki, haqqında
söhbət gedən üslubun milli teatrımızda ba-nisi və formalaşdıranı rejissor Tofiq Kazımovdur
(14.1.1923 -2.8.1980).
Sonralar İlyas Əfəndiyev məişət mövzulu mənəvi-əxlaqi problemli tarixi pyeslərini, sosial və
məhəbbət komediyalarını da məhz lirik-psixoloji üslubda yazıb. Bu pyeslər lirik-psixoloji janrda
dramaturgiyamızın nailiyyətləri kimi dəyərləndiriliblər. Onların müxtəlif rejissorlar tərəfindən
hazırlan-mış tamaşaları teatrda, aktyor oyımunda lirik-psixoloji üslubun təşəkkülünü və
formalaşmasını təminatlandırıb, əldə olunmuş nailiyyətlər, estetik yeniliklər, fəlsəfi-psixoloji də-
rinliklər, ifadə zənginliyi gətirib.
İlyas Əfəndiyev ənənəsini dramaturgiyada Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Adil Babayev,
İslam Səfərli, Şıxəli Qurbanov, Anar, Əkrəm Əylisli, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov,
Altay Məmmədov, Əli Əmirli, Ramiq Muxtar, Kəmalə Ağayeva, Kamal Abdulla, Elçin, Kamal
Aslanov və başqaları müxtəlif fərdi üslublarda davam etdirdilər. Lirik-psixoloji üsluba yeni janrlar,
mövzu-problemlər, ictimai-sosial konfliktlər, müxtəlif sosial mənşəli xarakterlər gətirdilər. Nəticədə
lirik
psixoloji üslubun poetikası müəyyənləşib. Onun bədii-estetik məziyyətlərindən bir neçəsini ayrıca
qeyd etmək olar.
Lirik-psixoloji üslub insanın öz daxili konfliktinin dramatizınınə geniş meydan verir.
Şəxsiyyət və zaman, insan və cəmiyyət, vicdan və məslək azadlığı, məhəbbət və sədaqət, əmək və
səadət kimi mühüm məsələlərin həllində, habelə gündəlik həyatımızda, məişətimizdə ortaya çıxan
kiçik qüsurların islahmda, adamlar arasındakı münasibətlərdə nisbi anlaşılmazlıqların köklərinin üzə
çıxarılmasında, bir sözlə, insanlarınmənəvi-əxlaqi tərbiyəsində dramaturgiyanı fəallaşdırır.
Lirik-psixoloji üslub insanları mənən kamilləşdirmək, əxlaqi görüşlərimizin antipodlarına,
hər cür sosial bəlalara və mənfiliklərə, mənəvi naqisliklərə qarşı mübarizədə kəskin ifşa gücünə,
yüksək potensial səhnə imkanlarına, incə ştrixlərə meydan verən lirizminə, qlobal məsələlər doğuran
psixoloji dərinliyinə, təfəkkürləri saflaşdırmasma görə milli dramaturgiyamızın aparıcı
üslublarından biri kimi müəyyənləşib. Lirik-psixoloji üslublu pyeslərin müdrik fəlsəfi və estetik
qənaətləri olur.
Lirik-psixoloji pyeslərdə obrazların mübarizələrinin və münaqişələrin psixoloji mahiyyətini
bədii dərinliklə açmaqda söz dominant rol oynayır. Psixologizının fəlsəfi mahiyyətini, ictimai
mənasını açmaq məqsədilə güclü, dərin sözaltı mənadan (ikinci plandan) istifadə edilir. Sırf dram
sənətinin tələbləri baxımından hadisələri kəskinləşdirib, konflikti qabardıb dramatizm yaradan
ekstremal situasiyalar əsas götürülür. Lirizmqolunu gücləndirmək üçün isə konflikt "ailə-məişət"
mövzusunun kontekstində həll olunur.
Dramaturqun fəal həyat mövqeyi baxımından lirik-psixoloji üslubda yazdığı pyeslərdəki
şəxsi, intim konflikt bilavasitə mövcud olan siyasi-iqtisadi, ictimai, mədəni, mənəvi-əxlaqi və sairə
problemlərlə üzvi şəkildə bağlıdır. Həmin pyeslərdə fərd, insan ilkin götürüldüyünə görə ictimai-
siyasi fona pəncərə şəxsiyyətin mənəvi aləmindən açılır, böyük bəşəri problemlər bu istiqamətdə
həll olunur.
Dostları ilə paylaş: