SƏHNƏQRAFİYADA
FORMA AXTARIŞLARI
Birinci dərs
Milli teatrımızda səhnəqrafiyanın inkişafı MDT-nin təsisatlı mədəniyyət faktına
çevrilməsindən (1919) sonra başlayıb. 1919-1930-cu illərdə oynanılan tamaşaların bədii
tərtibatlarını əcnəbi rəssamlar versələr də, daha çox səhnə əsərlərində geyim eskizlərini Əzim
Əzimzadə işləyib. əksər hallarda onun adı tamaşa proqramlarına yazılmayıb, lakin Əzimzadə milli
teatr rəssamlığında geyim estetikasının dəyərli ənənəsini yaradıb. Keçən əsrin otuzuncu illərindən
bir sıra boyakar rəssamlar dram və opera teatrlarında da səmərəli fəaliyyət göstəriblər. Eyni
zamanda milli mədəniyyətimizdə sırf teatr rəssamlığı ilə məşğul olan sənətkarlar da yetişiblər və
onlar bu sənətdə möhtəşəm yaradıcılıq nailiyyətləri qazanıblar.
* * *
Dostları ilə paylaş: |