"Nadir şah", 1896-cı ildə Əbdürrəhim bəy Haqverdiyev "Dağılan tifaq", 1900-cü ildə "Bəxtsiz
cavan", 1907-ci ildə "Ağa Məhəmməd şah Qacar", 1901-ci ildə "Pəri cadu" faciələrini yazdılar.
Milli dramaturgiyamızda olduğu kimi, teatrımızda da janr əlvanlığına meydan açıldı və tədricən bu
səpkili əsərlərin tamaşaya qoyulması üstünlük təşkil etməyə başladı. Bununla paralel olaraq,
tərcüməyə meyl göstərən ziyalılarımız ilk növbədə Osmanlı ədəbiyyatından, Avropa
dramaturgiyasından romantik dram faciələrini Azərbaycan dilinə çevirməyə başladılar.
XX əsrin birinci onilliyinin sonlarında Bakıda, Tiflisdə, İrəvanda və hətta az-az tamaşalar
göstərilən Şuşada və Gəncədə də romantik səpkili pyeslər repertuarda möhkəmlənməyə başladı.
Həmin tamaşalarda oynayan aktyorlara "traglk" deyilirdi. 1906-cı ildən başlayaraq milli teatrımız
mövcud olan bü-tün ərazilərdə Hüseyn Ərəblinski birinci "traglk" sayılırdı. Düzdür, Hüseyn
Ərəblinskidən əvvəl səhnəyə çıxmış və ondan qabaq faciə rollarını oynamış Mirzə Muxtar
Məmmədov, Əbülfət Vəli, Məhəmməd bəy Əlvəndi, Mirzəxan Quliyev kimi tanınmış aktyorlar var
aktyor məktəbinin banisi səviyyəsinə yüksələ bilməmişlər və bütün Qafqazda, Volqa (İdil və ya İtil)
çayı boyunda, Hacıtərxanda Hüseyn Ərəblinski qədər şöhrətlənib sevilməmişlər. Məhz Hüseyn
Ərəblinskinin Tiflisdə, İrəvanda, Hacıtərxanda, Batumda, Aşqabadda, krasnovodskda,
Vladiqafqazda, Dərbənddə, Məkərədə (Nijni Novqorodda), Temirxanşurada göstərdiyi qastrol
tamaşalarının yüksək bədii-estetik təsiri sayəsində yüzlərlə gənc ömürlərini əbədi olaraq səhnə
sənətinə bağlamışlar.
Hüseyn Ərəblinski "Müsəlman dram artistləri şirkəti"ndə, "Nicat", "Səfa" mədəni-maarif
cəmiyyətlərinin truppalarında, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"
dəstəsində rejissorluq və aktyorluq etmişdir. Xarakterik və komik obrazlara da səhnə həyatı vermiş
Hüseyn Ərəblinskinin yaradıcılığının cövhəri romantik rolların ifası ilə bağlıdır.
Romantik aktyor məktəbinin görkəmli simalarından biri Sidqi Ruhulladır (28.3.1886 -
5.5.1959). Ruhulla Fətulla oğlu Axundov (Sidqi Ruhulla) Volqa çayı boyunda, İranın, Orta Asiyanın
əksər şəhərlərdə teatr sənətinin bünövrəsmi qoyub. İyirminci illərə qədər müxtəlif teatr dəstələrində,
həmçinin Özünün təşkil etdiyi truppada aktyorluq və rejissorluq edən Sidqi Ruhulla 1920-ci ildən
ömrünün son gününə qədər Milli Dram Teatrında çalışmışdır. Üç yüzdən çox komediya, vodevil,
dram, opera, operetta rolları oynayan Sidqi Ruhullanın yaradıcılığının əsas ruhunu romantik faciə
rolları təşkil edir.
Abbasmirzə Rəsul oğlu Şərifzadə (9.3.1891-16.11.1938) romantik aktyor məktəbinin ən
layiqli davamçılarından sayılır. O, Azərbaycanda fəaliyyət göstərən məşhur truppalarda həm aktyor,
həm də rejissor olmuş, bir müddət Milli Dram Teatrının baş rejissoru işləmişdir. Ancaq o, Elxan,
Aydın, Oqtay, İblis, Knyaz, Şeyx Sənan, Səyavuş, Otello, Hamlet, Maqbet obrazlarının ifası ilə
məhz romantik aktyor kimi teatr tariximizin ən parlaq səhifələrini yazmışdır.
Romantik aktyor məktəbinin MDT-də kazırn Ziya, Rza Əfqanlı, Mərziyə Davudova, Ülvi
Rəcəb, Fatma Qədri, Sona Hacıyeva, Əjdər Sultanov, Ağadadaş Qurbanov, Hökümə Qurbanova,
Məmmədrza Şeyxzamanov, Leyla Bədirbəyli, Həsənağa Salayev, Gəncədə Əşrəf Yusifzadə,
Rəmziyyə Veysəlova, Tiflisdə İbrahim İsfahanlı, Naxçıvanda Zəroş Həmzəyeva, Roza Əlixanova,
Mir İbrahim Həmzəyev, GTT-də Yusif Vəliyev, Firəngiz Şərifova kimi sənətkarlar olmuşlar.
Bu məktəbin başlıca estetik göstəriciləri, poetika əlamətləri olan xüsusiyyətləri var ki, illər
boyu onlar cilalanır, dövrün ruhuna uyğunlaşır və yeni-yeni məziyyətlərlə zənginləşir.
Romantik aktyor üçün ən səciyyəvi xüsusiyyət pafoslu səs, bəlağətli danışıq tərzi, hisslərin
qabarıq və çılpaq verilməsi sayılıb.
Romantik aktyor ehtiraslar toqquşmasını, hisslərin coşqunluğunu zahiri ifadə vasitələri ilə
qabarıq, parlaq və sirayətedici şəkildə canlandırır.
Romantik aktyor məhəbbət duyğularının poetikiiyini gurultulu səslə, dramatizmə əsaslanan
qaynar lirizmlə, daxili duyğuları hərəkət gərginliyində təcəssüm etdirməklə romantizmə
monumentallıq, genişlik gətirir.
Romantik aktyor rolu daxildən qızdırmağa, miqyaslı mizanlara, qabarıq sifət ifadələrini
sözün ekvivalentinə çevirməyə, tragizının mahiyyətini səslə və iti, aydın nəzərə çarpan hərəkətlərlə
tamaşaçıya çatdırmağa üstünlük verir.
Romantik aktyor monumental səpkili tamaşada oynayırsa, onun ifa etdiyi qəhrəmanın daxili
ehtiraslarının siqləti, danışıqlarındakı coşqunluq, hakimanəlik, vüsətli temperament, sözlərin
gurultulu deyilişi bir istiqamətdə birləşməli, xarakterin tamlığına, canlılığına xidmət göstərməlidir.
Bu gün Azərbaycan teatrında hazırlanan realist üslublu və ya lirik-psixoloji səpkili
tamaşalarda da romantizının poetika xüsusiyyətlərindən, emosional lətafətindən istifadə olunur. Bu
məktəbi ləyaqətlə təmsil edən aktyorlar da kifayət qədərdir və ənənəni davam etdirirlər.
Dostları ilə paylaş: