Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə426/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   422   423   424   425   426   427   428   429   ...   470
KOLXOZ VƏ SOVXOZ TEATRI 

 

Keçmiş SSRİ-də kollektivləşmə siyasəti başlayanda dövlət özünün ideologiyasını 



gücləndirmək və eyni zamanda rayon mərkəzlərində, kolxozlarda və sovxozlarda mədəni xidmətin 

səviyyəsini artırmaq üçün müəyyən tədbirlər planı hazırladı. Bunlardan biri də Dövlət Səyyar 

Kolxoz və Sovxoz Teatrı yaratmaq barədə Xalq komissarları Sovetinin qərarı oldu. Bu teatr Bakıda 

1934-cü ilin əvvəllərində yarandı və onun xüsusi nizamnaməsi təsdiqləndi. 

Teatrın iş prinsipi belə idi ki, aprel və may aylarında truppa yığılır, əsasən birpərdəli təbliğati 

pyeslərdən, kollektivləşməni təbliğ edən dramlardan, sosializm quruluşuna mane olan ünsürləri 

tənqid edən komediyalardan ibarət repertuar təsdiqlənirdi. Müxtəlif dram dərnəklərindən, Akademik 

teatrın, Gənc Tamaşaçılar Teatrının yardım heyətindən ibarət tərtib olunan truppa tamaşaları 

hazırlayır və iyun ayında Azərbaycanın rayonlarına səfərlərə çıxırdı. 

Bu teatra ilk rejissor rəhbərliyini Moskvada təhsil almış və Akademik teatrda işləyən Ələsgər 

Şərifov edib. Teatr sentyabrın axırlarında və noyabrın  əvvəllərində xüsusi əmrlə  ləğv edilir və 

növbəti ilin yaz aylarında yenidən təşkil olunurdu. Hər dəfə də direktorun təyin olunması barədə əmr 

verilir və sonra, o, truppa heyətinin üzvlərini müqavilə ilə işə qəbul edirdi. 

Səyyar Kolxoz və Sovxoz Teatrında direktor Ağası Zeynalov idi və rejissorluğu  Ələsgər 

Şərifov, Cəlal Rəcəbov, Səttar Sadıqzadə edirdilər. Kollektivin aparıcı aktyorları Sənan Ağabəyov, 

İsmayıl Quliyev, Məmməd Tağızadə,  Əzizağa Məmmədov idilər. Teatrın repertuarında Ağasəlim 

Manaflının "Azad və Günəş", "Din", "Leyla", "Sayıqlıq" (Aslan Tahirovla birgə), "Bilərəkdən 

ZƏVZəkük", Dadaş Məmmədovun "Ecazkar heyvanlar" 1 və ya 2 pərdəli pyesləri əsas yer tuturdu. 

Əsərlərdə iştirakçılar az olurdular. Hətta "Leyla"nın ikicə personajı və çox sadə süjeti vardı. 

Teatr 1936-cı il mövsümündən başlayaraq irihəcmli dramlar da hazırlamağa başladı. 1938-ci 

ildə kollektivin səy-yar repertuarında Cəfər Cabbarlının "Almaz", "Sevil", "1905-ci ildə" 

dramlarının, Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan", "Məşədi  İbad" komediyalarının, Mirzə 

İbrahimo-vun "Həyat", Valentin katayevin "Dövlətli gəlin" pyeslərinin tamaşaları da vardı. Dövlət 

statusu olan teatr dəstəsi müxtəlif kompozisiyalı konsert proqramları da hazırlayırdı və bu, repertuar 

planına daxil edilir, tamaşa kimi göstərilirdi. Konsert proqramına müxtəlif tamaşalardan yumorlu 

səhnələr, satirik intermediyalar, məzəli səhnəciklər  əlavə olunurdu. Teatrın tamaşaları  əsasən 

tarlalarda,  əkin sahələrində, taxıl xırmanlarında, axşamlar kəndin ortasında qurulmuş müvəqqəti 

səhnədə, açıq havada göstərilirdi. Rayon mərkəzlərində çıxış-lar klublarda olurdu. 

Dövlət Səyyar Kolxoz və Sovxoz Teatrının müstəqil  şəkildə rus truppası da fəaliyyət 

göstərirdi. 1938-ci il avqustun birində Xalq komissarları Sovetinin qərarı ilə rus teatrı ləğv olundu 

və kollektiv Gəncəyə köçürüldü. Onlar xeyli müddət Gəncə Dövlət Dram Teatrının rus bölməsi kimi 

çalışdılar. Azərbaycan Xalq komissarları Sovetinin 5 avqust 1939-cu il tarixli, 3649 saylı qərarı ilə 

Bakıdakı  Səyyar kolxoz və Sov-xoz Teatrı  Şəmkir rayonuna köçürüldü. Şəhərdəki kilsə  təmir 

olunub və müəyyən inşaat əlavələri edilərək, oktyabr ayında bina kimi teatrın sərəncamına verildi. 

Şəmkirə köçəndə teatrın üç rejissoru, iyirmi üç aktyoru və dörd musiqiçisi vardı. Musiqiçilər 

əsasən konsertlərdə çalışırdılar. Repertuardakı operettalar ancaq komediya kimi oynanılırdı, nadir 

hallarda bəzi vacib ariyalar və kupletlər musiqi ilə ifa olunurdu. Teatrın baş rejissoru Yusif Yulduz, 

sıravi rejissoru isə İsmayıl Hüseynov idi. 

Dövlət Səyyar Kolxoz və Sovxoz Teatrının Şəmkirə köçürülməsinin kökündə o dururdu ki, 

ayrı-ayrı bölgələrin özündə bu tipli teatrlar açılsın. 1933-cü ildən Gəncədə İşçi Dövlət Dram Teatrı, 

1933-1936-cı ildən (kiçik fasilələrlə) Şəkidə Dövlət Dram Teatrı fəaliyyət göstərirdi. 1937-1938-ci 



illərdə Qaryagində  (İndiki Füzuli rayonu), Ağdamda,  Şamaxıda,  Şuşada, Lənkəranda, Qazaxda, 

Qubada, Ağdaşda təxminən eyni ştatda Dövlət Kolxoz və Sovxoz Teatrı yaradıldı. Teatrların 

truppaları yerli həvəskarlardan, Bakı Teatr Məktəbinin (Texnikumunun) məzunlarından və Bakı 

aktyorlarının müəyyən qüvvələrindən təşkil olunurdu. 

kollektivlər  əlverişsiz binalarda yerləşirdilər, tamaşaçı salonları çox kiçik idi, səhnənin 

texniki inikanları yox dərəcəsindəydi. Səhnə tərtibatlarının əksəriyyətini teatr səriştəsi olmayan yerli 

həvəskarlar verirdilər. Bakının teatrlarının  şöhrətli sənətkarları vaxtaşırı rayonlara ezam edilir və 

onlar orada kollektivə yaradıcılıq yardımı göstərir, hətta onların repertuardakı tamaşalarında iştirak 

edirdilər. 

1939-cu ildə Kolxoz və Sovxoz Teatrlarına respublika baxışı keçirildi. Onlarca tamaşa 

göstərildi və qaliblər müəyyənləşdirilib Bakıya dəvət aldılar. Baxışm yekunu Milli Dram Teatrının 

binasında oldu. Burada Şamaxı teatrı  İsmayıl Hü-seynovun quruluşunda Üzeyir bəy Hacıbəyovun 

"Məşədi İbad" (27 iyun), Mirzə İbrahimovun "Həyat" (28 iyun), Qaryagin teatrı Cəmil Vəzirovun 

rejissorluğunda Məhərrəm  Əlizadənin "İftira" (29 iyun) və Zülfüqar bəy Hacıbəyovun "Evliykən 

subay" (1 iyul. Rejissor Mürşüd Haşımlı) əsərlərinin tamaşalarını göstərdilər. 

Teatr sənətində göstərdikləri xidmətlərə görə əyalət (rayon) teatrlarından Qaplan Muradov və 

Heydər Şəmsizadə (Ağdam), İsa Musayev (Quba), Cəlil Bağdadbəyov və Əziz Məmmədov (Şuşa), 

Kamal Nəcəfov və  Qəni Vəliyev (Lənkəran),  Əliheydər Həsənzadə (Qazax), İbrahim Qaradağlı 

(Ağdaş), Cəmil Cəfərov (Qaryagin) 1943-cü il, iyunun 17-də Azərbaycan Respublikasının əməkdar 

artisti fəxri adına layiq görüldülər. 

1943-cü ilin payız mövsümünün açılması ərəfəsində hökumətin qərarı ilə bütün rayonlarda 

Kolxoz və Sovxoz Teatrı  ləğv olundu və onların bazasında Dövlət Dram Teatrı yaradıldı. Bir 

müddət sonra Şuşa teatrı "Dövlət Musiqili Dram Teatrı" adlandı və ona Üzeyir bəy Hacıbəyovun adı 

verildi. Qaryagin teatrı Hüseynqulu Sarabskinin, Şəmkir teatrı Mirzağa  Əliyevin, Qazax teatrı 

Səməd Vurğunun, Ağdam teatrı  Əbdürrəhim bəy Haqverdiyevin, Quba teatrı Abbasqulu ağa 

Bakıxanovun,  Şamaxı teatrı Seyid Əzim  Şirvaninin, Ağdaş teatrı  Nəcəf bəy Vəzirovun adlarını 

daşıdı. 

Artıq teatrlarda əsasən səriştəli baş rejissorlar çalışırdılar. Xüsusi təhsil almış Yusif Yulduz, 

Məcid Zeynalov, Ağəli Dadaşov, Əsəd Cəfərov və başqaları teatrlarda ya baş rejissor işləyir, ya da 

dəvətlə teatrlarda müxtəlif janrlı tamaşalara qu-ruluşlar verirdilər. Bakı Teatr Məktəbi məzunlarının 

hesabına ilbəil peşəkar aktyorların sayı da artırdı. Hətta 1942-ci ildə Bakıda iki aylıq aktyorluq 

kursu açılmışdı və məvacib almaqla yerlərdən gələn həvəskarlar burada müəyyən təcrübə keçirdilər. 

Respublikada teatr prosesinin canlanınası,  əhalinin maariflənməsində göstərdiyi xidmətlər 

nəzərə almaraq, 1944-cü ildə Bərdə, Salyan, Sabirabad, Zaqatala, Ordubad və 1946-cı ildə Göyçay 

rayon mərkəzlərində Dövlət Dram Teatrı  təşkil olundu. Müxtəlif təcrübəli teatrların yardımı ilə 

tezliklə gənc kollektivlər özlərinin repertuarlarını qurub formalaşdırdılar. 

Adları  çəküən teatrların fəaliyyət göstərdikləri dövrlərdə respublikada mədəniyyət nazirliyi 

yox idi. Teatrlar Xalq Maarif komissarlığı  nəzdindəki  İncəsənət  İşləri  İdarəsinə tabe idi. İnzibati 

tabeçilikdən  əlavə, idarə bütün teatrların repertuar təşkilini də  mərkəzləşdirmişdi.  Əsasən Bakı 

teatrlarında oynanılan orijinal və  tərcümə  əsərlərinin nüsxələri çoxaldılır, siyahısı  tərtib olunur və 

ildə iki dəfə rayon teatrlarına göndərilirdi. Bəzən əsərləri Bakıda oynanılmayan və yaradıcılıqlarının 

ideoloji yönümü aydın olan Rza Şahvələdin "Qız qalası", Həsən Qasımovun "Kür sahilində", 

Ağasəlim Manaf-lının "Yasəmən", Əzizağa Məmmədovun "İki cəbhə", Səttar Axundovun "Bayram 

günü", "Çətin dərə", Rza Təhmasibin təbdil etdiyi "Fəlsəfə Kərim", Qurban Musayevin "Hücum" və 

bu səpkili pyesləri də teatrlarda oynanılırdı. 

Teatrlar hazırladıqları tamaşalara ictimai baxış keçirirdilər və Bakıdan göndərilən xüsusi 

komissiya əsərə baxıb qəbul aktı yazırdı. Bu akt əsasında tamaşanın oynanılmasma icazə verilirdi. 

İldə iki dəfə Bakıya hesabat yazılırdı. Həmin hesabatlarda hazırlanan təzə  əsərlər və  bərpa edilən 

tamaşalar, onlara çəkilən xərclərin mənbəyi, pul məsrəfinin prosesi göstərilirdi. 



Bütün bunlara görə, hazırlanmasında müəyyən il fərqləri olsa da, teatrların hamısının 

repertuarında, demək olar, eyni əsərlər əsas yer tuturdu. Repertuar üç prinsip üzrə qurulurdu: milli 

klassik və çağdaş dramaturqların əsərləri, tərcümə pyesləri, opera və operettalar. Müəyyən istisnalar 

edilməklə, bütün teatrların repertuarında aşağıdakı əsərlər oynanılıb. 

Milli dramaturqlardan Mirzə  Fətəli Axundzadənin "Hacı Qara", "Müsyö Jordan və  dərviş 

Məstəli  şah", Nəcəf bəy Vəzi-rovun "Hacı  Qəmbər", "Müsibəti-Fəxrəddin", "Ağa Kərim xan 

Ərdəbili", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu", "Bəxtsiz cavan", "Dağılan tifaq", Süleyman 

Sani Axundovun "Tamahkar", "Eşq və intiqam", Cəfər Cabbarlının "Sevil", "A1maz", "Aydın", 

"Oqtay Eloğlu", "Od gəlini", "1905-ci ildə", Cəlil Məmmədquluzadənin "Ölülər", Sabit Rəhmanın 

"Toy", "Xoşbəxtlər", Abdulla Şaiqin   "Vətən",  Süleyman Rüstəmin "Qaçaq Nəbi", "Çimnaz xanım 

yuxudadır", Səməd Vurğunun "Vaqif", "Fərhad və Şirin", Zeynal Xəlilin "Qatır Məmməd", Mirzə 

İbrahimovun "Həyat", "Məhəbbət", Mehdi Hüseynin "Nizami", "Şöhrət", "İntizar" (İlyas 

Əfəndiyevlə müştərək), Məmmədhüseyn Təhmasibin "Bahar", "Aslan yatağı",  Əyyub Abbasovun 

"Məük Məmməd", "Barışıq", Əbil Yusifovun "Od içində" əsərləri teatrlarda təkrar-təkrar oynanılıb. 

Opera və operettalardan daha çox Üzeyir bəy Hacıbəyovun "Leyli və  Məcnun", "Əsli və 

Kərəm", "Arşın mal alan", "Məşədi İbad", "Ər və arvad", Müslüm bəy Maqomayevin "Şah İsmayıl", 

Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib", "Evliykən subay", "Əlli yaşında cavan", Səid Rüstəmovun 

"Durna" (dramaturq Süleyman Rüstəm), "Beş manatlıq gəlin" (dramaturq Məhərrəm  Əlizadə) 

əsərləri repertuarın əsasını təşkil edib. 

Tərcümə  əsərlərindən müntəzəm göstəriləni Aleksandr Şirvanzadənin "Namus", Georgi 

Mdivaninin "Vətən namusu", Konstantin Simonovun "Praqanın şabalıd ağacları altında", Jan Batist 

Molyerin "Cancur Səməd", Vilyam Şekspirin "Otello", Ceyms Qou və Arno D'Nyussonun "Dərin 

köklər", Vsevolod Rokkun "Mühəndis Sergeyev" dramlarının tamaşaları olub. 

Teatrlar opera və operettaları  əsasən tar, balaban və ka-manın müşayiətilə göstərirdilər. 

Vokal imkanları baxımından  Şuşa, Ağdam və Qaryagin teatrlarının daha güclü aktyorları vardı. 

Ağdamda Simuzər Hətəmova (Əmirova), Qaflan Muradov, Qaryagində  Ağabala Abdullayev, 

Şuşada Suğra Bağırova,  Ənvər Məmmədov, Salyanda Pənah Pənahov (Aşıq Pənah) ki-mi aktyor-

xanəndələr vardı. Yerlərdə Heydər  Şəmsizadə, Cəlil Bağdadbəyov, Cəmil Vəzirov,  İbrahim 

İsfahanlı (o, Tiflisdən Zaqatalaya gəlmişdi), Cahangir Məmmədov (Aslanoğlu), İsa Musayev, Ağası 

Zeynalov, Mikayıl Ağayev, Süleyman Səlim-bəyov, Mürşüd Haşımlı kimi bacarıqlı rejissorlar 

işləmişlər. 

O dövrdə belə bir ənənə vardı ki, bütün teatrlar dəvətlə rejissorlar çağırır və onların quruluş 

verdikləri tamaşaları oynayırdılar. Milli Dram Teatrının  şöhrətli aktrisa və aktyorları  Şirin, Vaqif, 

Nizami, Kərəmov, Oqtay və digər rollarda rayon teatrlarının tamaşalarında çıxış edirdilər. 

1948-ci ilin axırlarında SSRİ hökuməti belə bir qərar çıxartdı ki, bütün dövlət teatrları 

hökumətin dotasiyasından azad olunsun və özünü maliyyələşdirmə sisteminə keçsinlər. Mövcud 

maddi-texniki təchizatla bağlı olaraq Azərbaycan İncəsənət İşləri İdarəsmin müdiri Ayna Sultanova 

əmr verdi ki, yeni ildən Ordubad teatrı Naxçıvanla, Ağdaş və Şamaxı teatrları Göyçayla, Şuşa teatrı 

Ağdamla, Zaqatala teatrı  Şəki ilə, Salyan teatrı Sabirabad ilə,  Şənikir teatrı Qazaxla birləşdirilsin. 

Bu, o məqsədlə edildi ki, bəlkə teatrlar birləşib güclü heyətdə özlərini yaşada bildilər. Ancaq bunun 

səmərəsi olmadı, çünki teatrların tamaşalardan əldə etdikləri qazanc heç aktyorların aylıq maaşlarına 

çatınırdı. Buna görə də bir-birinin ardınca Şuşa, Şamaxı, Ağdam, Qazax, Zaqatala, Göyçay, Ağ-daş, 

Lənkəran, Bərdə, Ordubad, Salyan, Sabirabad teatrları 1948-1949-cu illərdə bağlandılar. Qaryagin 

teatrı öz fəaliyyətini 1951 - 1952-ci il teatr mövsümündə, Quba teatrı isə qısa fasilələrlə 1963-cü ildə 

saxlamalı oldu. 

Uzun fasilədən sonra 1967-ci ildə İrəvan, 1968-ci ildə Ağdam, 1973-cü ildə Lənkəran, 1974-

cü ildə Şəki, 1989-cu il-də Füzuli, daha sonra isə Qazax və Şuşa teatrları yenidən dövlət statusunda 

bərpa olunub fəaliyyətə başladılar. 




Kolxoz və Sovxoz Teatrı, onların  əsasında yaradılan Dövlət Dram Teatrı adları  çəkilən 

şəhərlərdə  və bütövlükdə Azərbaycan mədəniyyətində teatr sənətinin inkişafı, yüz min-lərlə 

teatrsevərin estetik zövqlərinin formalaşması yönündə səmərəli işlər görmüşlər. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   422   423   424   425   426   427   428   429   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin