IZZƏT SEYİDOVA (20.10.1910 - 30.11.1973)
İlk qadın teatr rəssamlarından biri də İzzət Əli qızı Seyidova olub. 20 oktyabr 1910-cu ildə
Bakıda doğulub. Əzim Əzimzadə adına Bakıda Rəssamlıq Məktəbində (1927-1931) və Repin adına
Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1931 - 1938) təhsil alıb. Opera və
Balet Teatrında 1938-ci ildən işləyib. Teatrda Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun",
"Koroğlu", Müslüm bəy Maqomaye-vin "Şah İsmayıl", Qara Qarayevlə Cövdət Hacıyevin "Vətən",
Coakkino Rossininin "Sevilya bərbəri", Anton Rubinşteynin "Demon", Boris Zeydmanın
"Maskarad", Pyotr Çaykovskinin "Qaratoxmaq qadın", Fikrət Əmirovun "Sevil", tərcümə olunmuş
"Anuş" operalarına, Boris Zeydmanın "Qırmızı lalə", Aleksandr Qlazunovun "Raymonda", Qara
Qarayevin "İldırımlı yollarla", Tofiq Bakıxanovun "Xəzər balladası" baletlərinə səhnə tərtibatları
verib.
İzzət Seyidova rəssamı olduğu tamaşalarda musiqinin dramatik, lirik və fəlsəfi xarakterini
tərtibatda poetikiiklə obrazlaşdırmağa səy göstərib.
Milli boyakarlıq ənənələrini və dünya klassik opera rəssamlığının estetik prinsiplərini
bacarıqla qovuşdura bilib.
Monumentalizmə meyilli olub və geniş kompozisiyada daha çox ifadəli rənglərin parlaq
çalarlarından məharətlə istifadə edə bilib.
Qüdretli fırça ustası teatr rəssamlığı fəaliyyətində qazandığı nailiyyətlərə görə 17 iyun 1943-
cü ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
İzzət Seyidova 30 sentyabr 1973-cü ildə bakida vəfat edib.
Dostları ilə paylaş: |