Azərbaycanın ilk teatr rəssamlarından olan Bədurə xanım Məlikağa qızı tərtibat-dekorasiya
və geyim sənətinin inkişafında, formalaşmasında və milli koloritlə zənginləşməsində dəyərli işlər
görüb. Qızlıq soyadı Ağamalova olan rəssam 25 oktyabr 1912-ci ildə Bakıda doğulub. Burada
Görkəmli aktyor Rza Əfqanlı ilə evləniblər və 1933-cü ildə bir yerdə Aşqabad Dövlət
Azərbaycan Teatrında işləməyə gediblər. Burada o, Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun",
Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib" operalarının, Hüsejm Cavidin "Şeyx Sənan", Cəfər
Cabbarlının "Sevil" və "1905-ci ildə" dramlarının tamaşalarına bədii tərtibat verib.
1940-cı ildən 1960-cı ilin əvvəlinə qədər Akademik Milli Dram Teatrında quruluşçu rəssam
kimi çalışıb. İlk işi 1940-cı ildə rəssam Əsgər Abbasovla "Müsibəti-Fəxrəddin" (Nəcəf bəy Vəzirov)
tamaşasma verdikləri tərtibat olub. Bundan sonra Süleyman Sani Axundovun "Eşq və intiqam"
(1943), Vilyam Şekspirin "Otello" (1949 və 1959-cu il quruluşları), Əbdürrəhim bəy Haqverdiyevin
"Dağılan tifaq", "Köhnə dudman", Boris Lavrenyovun "Amerikanın səsi" (1950), Cəfər Cabbarlının
"Od gəlini", Hüseyn Muxtarovun "Ailə namusu" (1951), Karlo Haldoninin "Məzəli hadisə", Vadim
Sobkonun "ikinci cəbhə arxasında (1952)", Nazim Hikmətin "Türkiyədə" (1953), Maksim Qorkinin
"Vassa Jeleznova" (1954), Cabbar Məcnunbəyovun "İldırım" (1955), İslam Səfərlinin "Yadigar"
(1956), Ənvər Məmmədxanlının "Şirvan gözəli" (1957), Səməd Vurğunun "Fərhad və Şirin", Yuri
Osnos və Viktor Vinnikovun "Hind gözəli" (1959) əsərlərinin tamaşaya hazırlanmasında tərtibatçı
rəssam kimi çalışıb.
Bədurə xanım MDT-də oynanan Cəfər Cabbarlının "Aydın", Məmmədhüseyn Təhmasibin
"Bahar" (1940), "Aslan yatağı", Mirzə İbrahimovun "Məhəbbət" (1942), Zeynal Xəlilin "Qatır
Məmməd", Səməd Vurğunun "İnsan" (1945), Leonid Malyuginin "Köhnə dostlar", İlyas
Əfəndiyevin "İşıqlı yollar" (1947), "Bahar suları" (1948), Cəfər Cabbarlının "Solğun çiçəklər", Tur
qardaşlarının "Bir evin sirri", Lope de Veqanın "Rəqs müəllimi" (1949), Aleksandr Şirvanzadənin
"Namus" (1952) tamaşalarında geyim eskizlərini çəkib.
Opera və Balet Teatrında "Sevil" (Fikrət Əmirov), "Leyli və Məcnun" (Üzeyir bəy
Hacıbəyov) operalarının, Azərbaycan Dövlət Rus Dram Teatrında "Vaqif" və "Aydın" tamaşalarının
geyim eskizləri də Bədurə Əfqanlınındır.
Rəssamlıq sənətində qazandığı nailiyyətlər üçün Bədurə Əfqanlıya əməkdar incəsənət xadimi
(21 iyul 1949) və xalq rəssamı (1 iyun 1974) fəxri adları verilib.
Onun işləri emosional zərifliyi, lirizm aşılanmış şuxluğu, poetik təravəti ilə seçilib. İncə
tapmtıları ilə milli qadın geyimlərinə cazibəli yeniliklər gətirib.
Sadə, ancaq dərin məzmunlu kompozisiya qurmaqda, səhnə tərtibatındakı bütün detalları
tamaşanın obrazı ilə əlaqələndirməkdə xüsusi bacarıq və səriştəsi var.
Bədurə Əfqanlı 6 may 2002-ci ildə Bakıda vəfat edib.
Dostları ilə paylaş: