SƏHNƏQRAFİYADA
FORMA AXTARIŞLARI
İkinci dərs
Teatrda rejissor axtarışları, yeni üslub və formaların, müxtəlif janrların çağdaş estetikada
təqdimi ilk növbədə aktyor oyununda təcəssüm tapıb. Ancaq bütün bunlar və ilk növbədə forma
yeniliklərinə göstərilən sənət cəhdləri bilavasitə səhnə tərtibatı ilə bağlı olub. Milli teatrımızın
keçdiyi müxtəlif xarakterli yaradıcılıq mərhələlərində səhnəqrafiyanın öz tərəqqi və fəlsəfi yetkinlik
yolu olub. Milli teatrımızın zəngin sənət irsini bütün bədii dəyərləri ilə mənimsəmək üçün onun
tarixini və nəzəri əsaslarını məhz səhnəqrafiyanın iayiqli sənət təmsilçilərinin yaradıcılıq yolu ilə
bağlılıqda öyrənmək lazımdır. Azərbaycan teatr rəssamlığı həmişə forma axtarışlarının estetik
zərifliyi, psixoloji dərinliyi və fəlsəfi tutumu ilə seçilib.
* * *
Dostları ilə paylaş: |