Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə444/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   440   441   442   443   444   445   446   447   ...   470
RÜSTƏM MUSTAFAYEV 

 (25.2.1910- 19.7.1940) 

 

Milli teatr dekorasiyası  sənətimizin banilərindən biri Rüstəm Məmməd oğlu on beşillik 



yaradıcılıq dövründə qırxdan çox səhnə əsərinə bədii tərtibat verib. 

Rüstəm Mustafayev 25 fevral 1910-cu ildə Bakıda doğulub. 

Rəsm çəkməyə erkən yaşlarından başlayıb. Yeddinci sinifi bitirdikdən sonra orta ixtisas 

rəssamlıq məktəbinə daxil oldub. 

1926-cı ildə Bara Rəssamlıq Məktəbini bitirmiş Rüstəm Mustafayev hələ son kursun ilk 

günlərindən Bakı Türk İşçi və  kəndli Teatrında (1927-ci ildən Bakı Türk İşçi Teatrı adlanıb) 

tərtibatçı rəssam kimi çalışıb. 1932-ci il dekabnn 28-də həmin teatrın Gəncə şəhərinə köçürülməsi 

barədə hökumət qərar çıxarıb. Rüstəm Mustafayev Akademik teatra baş  rəssam dəvət olunub və 

1938-ci ilə qədər burada səmərəli fəaliyyət göstərib. 

Zərif dəst-xətti,  incə kompozisiya qurumu,  lirik rəng ahəngdarlığı olan Rüstəm Mustafayev 

1939-cu ildə Moskvada tikilən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində monumental Azərbaycan 

pavilyonunun və işlənMəsmə 1940-cı ildə başlanan Nizami muzeyinin tərtibatçı rəssamlarındandır. 

Rəssam Opera və Balet Teatrında da məhsuldar çalıçıb. Burada Üzeyir bəy Hacıbəyovun 

"Koroğlu", "Leyli və  Məcnun", Zülfüqar bəy Hacıbəyovun "Aşıq Qərib", Müslüm Maqomayevin 

"Şah İsmayıl" operalarına və Pyotr Çaykovskinin "Sonalar gölü" baletinə tərtibat quruluşu verib. 



"Aşıq Qərib" onun tərtibatında Musiqili Komediya Teatrında da oynanıb. Rəssam həmçinin 

burada "Arşın mal alan" operettasının tərtibat eskizlərini çəkib. 

İşçi və  kəndli Teatrında Süleyman Rüstəmin "Qana qan", Seyid Hüseynin "Kölgə", 

Süleyman Rüstəm və Hacıbaba Nəzərlinin "Yanğın", Yuri Yankovskinin "Qəzəb" (rəssam 

V.Roberqlə birgə), Əbdülhəq Hamidin "Hind qızı", Aleksandr Şirvanzadənin "Morqanın qohumu", 

Jan Batist Molyerin "Cancur Səməd" və "Mıqqı  Kərim" ("Xəsis"), Fyodor Pavloun "Çin tanrısı" 

("Tunc büt"), Mirzə Sadıqovun "Üç il", Vladimir Kirşonun "Qızıl trenlər", P.Romanovun "Zəlzələ", 

Vladimir Bill-Beloserkovskinin "Tufan", Boris Lavrenyovun "Üsyan" ("Düşmənlər"), Viktor 

Hüqonun "Paris Notrdam kilsəsi" ("Müqəddəs Məryəm ana məbədi"),  Əbdübağı Fövzi və  Həbib 

İsmayılovun "Gizli əl", Cəfər Cabbarlının "Sevil" (geyim üzrə)  əsərlərinin tamaşalarının 

rəssamlığını Rüstəm Mus-tafayev edib. 

Akademik Milli Dram Teatrında ilk işi 1925-ci ildə Aleksandr Tuqanovun rejissorluğu ilə 

hazırlanan Mirzə Fətəli Axundzadənin "Hacı Qara" komediyasında tərtibat rəssamlığı olub. Həmin 

rejissorla Əs Həbib Vəfanın "Bombey" tamaşasında da işləyib (1930). 

Əlihüseyn Rzayevin quruluşunda  Şəmsəddin Saminin "Dəmirçi Gavə" (1929), İsmayıl 

Hidayətzadə ilə  Cəfər Cabbarlının rejissorluğunda Cəfər Cabbarlının "Dönüş" (1932), Rza 

Darablının, Rza Təhmasibin, İsmayıl Hidayətzadənin və Ələsgər Şərifovun səhnə təfsirində Hüseyn 

Cavidin "Şeyx Sənan" (1932), Rza Darablının, İsmayıl Hidayətzadənin və Cəfər Cabbarlının rejissor 

işləməsində Mirzə Cəlil Məmmədquluzadənin "Ölülər" (1933), Sergey Mayorovla Əhməd Tiriniçin 

qurulu-şunda Cəfər Cabbarlının "Od gəlini" (1933), İsmayıl Hüseynovun rejissorluğunda Valentin 

katayevin "Çiçəklər yolu" (1934), Abbasmirzə  Şərifzadənin yozum verdiyi Əbdürrəhim bəy 

Haqverdiyevin "Dağılan tifaq" (1935), İsmayıl Hidayətzadənin quruluşçu rejissor olduğu Cananın 

"Şahnamə" (Mirzə Fətəli Axundzadənin "Aldanınış kəvakib" povestinin motivləri əsasında. 1936), 

Məhərrəm Haşımovun hazırladığı Sabit Rəhmanın "Toy" (1939) əsərlərinin tamaşalarına bədii 

tərtibat verib. 

Cəfər Cabbarlının "1905-ci ildə" dramı həm dramaturqun özünün quruluşunda (1932), həm 

də rejissorlardan Rza Darablının (1935) və İsmayıl Hidayətzadənin (1937) səhnə təfsirlərində məhz 

Rüstəm Mustafayevin tərtibatı ilə oynanılıb. 

Fitri istedad sahibi Rüstəm Mustafayev otuz bir yaşının içində dünyasını  dəyişib. Qəbri 

Bakıda Fəxri xiyabandadır. 

Bakıdakı Azərbaycan Dövlət İncəsənət Muzeyi dahi rəssamın adını daşıyır. 

Rüstəm Mustafayevin səhnə tərtibatlarında cazibəli kompozisiya aydınlığı vardı. 

Klassik teatr tərtibatının monumentallıq  ənənəsini çağdaş izınlərlə, ilk növbədə 

konstruktivimizin səmərəli cəhətləri ilə ustalıqla birləşdirib. 

Sırf romantik pyeslərin tamaşalarına verdiyi tərtibatlarda da səhnə realizmi güclü və 

təsiredici, ifadəli və məzmunlu olub. 

Sərt, ancaq isti rənglərdən istifadəyə üstünlük verib. 

Dekorların rəng düzümündə, ahəng biçimində, məzmun ifadəsində milli motivlər daha 

qabarıq nəzərə çarpıb. 

Rüstəm Mustafayev tərtibatı tamaşanın obrazı kimi ümumiləşdirməyə çalışan və bu 

istiqamətdə nailiyyətlər qazanıb ənənə yaradan ilk rəssamlarımızdandır. 

Hazırladığı  tərtibatlarda dram, komediya, opera, balet, operetta janrlarının özünəməxsus 

poetika xüsusiyyətlərinin meyarlarını  həssaslıqla gözləyir, estetik ifadə vasitələrini doğru-dürüst 

müəyyənləşdirirdi. 

Rüstəm Mustafayev 19 iyul 1940-cı ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır. 

 

  




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   440   441   442   443   444   445   446   447   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin