Azərbaycanın peşəkar teatrşünas nəslinə mənsub olan İnqilab Saleh oğlu Kərimov 1931-ci il
aprelin 4-də Göyçay rayonunda doğulub. Orada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət
Akademiyasının Memarlıq və İncəsənət İnstitutu ilə bağlayıb. Gələcəyin alimi burada kiçik elmi
işçi, baş elmi işçi (1966-1985) olub. Hazırda həmin institutda teatr, kino və televiziya şöbəsinin
Alim-tədqiqatçı İnqilab Kərimov 1968-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində teatr tarixi, teatr tənqidi və dram nəzəriyyəsi fənlərini tədris edir. Həmin
"Sovet Azərbaycanının gənclər teatrı" adlı namizədlik dissertasiyasını 1963-cü ildə müdafiə
edib. "Azərbaycan teatrının yaranması, təşəkkülü və inkişafı problemləri (XIX əsrin sonu, XX əsrin
əvvəlləri) adlı doktorluq dissertasiyasını 1988-ci ildə Moskvada müdafiə edərək sənətşünaslıq
İnqilab Kərimov 120-yə yaxın elmi əsərin müəllifidir. Onlardan 20-si monoqrafiya və kitab
şəklindədir. Elmi əsərlərindən bir neçəsi rus dilində çap olunub. "Abdulla Şaiq və teatr", "Ağadadaş
Qurbanov", "Azərbaycan və gürcü səhnə ustalarının dostluğu", "Xalq istedadları", "Sovet
Azərbaycanının gənclər teatrı", "Azərbaycan Dövlət Dram Teatrı", "Əbdürrəhim bəy Haqverdiyev
və teatr", "Cəfər Cabbarlı adına Kirovabad Dövlət Dram Teatrı", "Əbdürrəhim bəy Haqverdiyev və
teatr", "Gənclik və gözəllik teatrı", "Sənət yolu, dostluq yolu", "Nəriman Nərimanov və teatr",
"Azərbaycan teatrının təşəkkülü və inkişafı", "Türkiyə və Azərbaycan teatr əlaqələri", "Şuşa Ağdam
teatrı", "Azərbaycan teatrı 125" kitabları var.
Görkəmli alim, yorulmaz tədqiqatçı, sənətşünaslıq doktoru, professor İnqilab Kərimov
Azərbaycan teatrının tarixinə və tənqidinə həsr olunmuş, eyni zamanda teatrın nəzəri məsələləri ilə
bağlı çoxlu elmi əsərlərin müəllifidir.
Alim mətbuatda "İnqilab" imzası ilə çıxış edir.
İnqilab Kərimov 2001-ci ildə Azərbaycan MEA-nm müxbir üzvü seçilib.
Dostları ilə paylaş: