CƏFƏR CƏFƏROV (7.9.1914 - 19.9.1973)
Azərbaycan teatrşünaslıq elminin formalaşmasında müstəsna xidmətlər göstərən, bu elmin
fundamental inkişaf proqramını müəyyənləşdirən alim-nəzəriyyəçi Cəfər Haşım oğlu Cəfərov olub.
O, milli teatrşünaslığın konseptual inkişaf istiqa-mətlərinin əsl elmi məcraya düşməsində müstəsna
işlər görüb.
Cəfər Cəfərov Bakıda doğulub və ilk təhsilini də burada alıb. 1937-ci ildə Moskvada
A.Bubnov adına Pedaqoji İnstitutu bitirib. Bakıya qayıdaraq Akademik Milli Dram Teatrında ədəbi
hissə müdiri (1937-1938), Cəıfər Cabbarlı adına "Azərbaycan-film" kinostudiyasında ssenari
şöbəsinin müdiri (1938 -1939), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1939), mədəniyyət
nazirinin müavini işləyib. Hökumətdə müxtəlif məsul vəzifələr tutub.
Cəfər Cəfərov 1959-cu ildən ömrünün sonunadək Azərbaycan MEA Memarlıq və İncəsənət
İnstitutu teatr və kino şöbəsinin müdiri olub. Burada bir sıra teatrşünas alimlərin yetişdirilMəsmə,
kino və teatr sənətinə aid tədqiqatlar aparılmasına rəhbərlik edib.
Teatrşünas, ədəbiyyatşünas və estetik Cəfər Cəfərov tənqidi fəaliyyətə 1930-cu ildən
başlayıb. Milli səhnəmizin korifeyləri olmuş Hüseyn Ərəblinskinin, İsmayıl Hidayətzadənin,
Həqiqət Rzayevanın, Mehdi Məmmədovun, Tofiq Kazımovun, Abbasmirzə Şərifzadənin, Rza
Təhmasibin yaradıcılıqları barədə dəyərli elmi məqalələr və samballı monoqrafiyalar yazıb.
Akademik Milli Dram Teatrının tarixini fundamental şəkildə araşdırıb və həmin mövzuda bir
neçə kitab çap elətdirib. Azəbaycan və bir sıra rus teatrlarının ən maraqlı tamaşalarına sambalh
resenziyalar yazıb.
Alimin "Rejissor sənəti", iki cilddə Azərbaycan və iki cildə rus dillərində "Seçilmiş əsərləri",
"Azərbaycan Dram Teatrı" kitabları dəyərli tədqiqat nümunələridir. Onun "Cavid və teatr", "Mirzə
Fətəli Axundazdənin dramaturgiyası", "Mirzə Fətəli Axundzadə və teatr", "Vilyam Şekspirin
dramaturgiyası" elmi əsərləri milli teatrşünaslıq elmimizin dəyərli yaradıcılıq örnəkləridir.
Cəfər Cəfərov sənətşünaslıq doktoru (1961), Azərbaycan MEA-nın müxbir üzvü (1962) idi.
Alim 1972-ci ildə Azərbaycan Respubliksının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif
olunub.
Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Dostları ilə paylaş: |