İkinci mərhələ (1906-1919). Bakıda 1906-cı ildə "Nicat", sonra "Həmiyyət", 1912-ci ildə
"Səfa" mədəni-maarif cəmiyyətləri nəzdində teatr truppalarının, 1916-cı ildə "Zülfüqar bəy və
Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" dəstəsinin, 1917-ci ildə Abbasmirzə Şərifzadənin
yaratdığı "Müsəlman artistləri ittifaqı"nın, Tiflisdə "İttihad" və "İbrət" teatr dəstələrinin, İrəvanda
"Dram artistləri birliyi"nin yaranınası ilə teatr prosesi sıçrayışlı dirçəlişə başladı. Artıq adları çəkilən
şəhərlərdə peşəkar aktyorlar dəstəsi yaranmışdı və onlar özləri də hiss etmədən milli teatrımızın yeni
inkişaf sütunlarını ucaldırdılar.
Həmin dövrdə rus dilində çapını davam etdirən "Kaspi", "Baku", tatarca "Tərcüman",
"Həyat", azərbaycanca yeni nəşrə başlayan "İrşad", "Kavkazskaya reç", "Təkamül", "Proqress",
"Təzə həyat" (Vladiqafqazda çap olunub), "Füyuzat", "Əxbar", "Seqodnya", "Tərəqqi", "İttifaq",
"Zənbur", "Səda", "Günəş", "Yeni həqiqət", "Kavkazskaya kopeyka", "Məlumat", "Yeni İrşad",
"Sədayi həqq", "Haqq yolu", "Təzə xəbər", "İqbal", "Məktəb", "Bakınski teatralnı kuryer", "Bəsirət",
"Sədayi Qafqaz", "Məzəli", "Teatr i iskusstvo", "Açıqsöz", "Tuti", "Doğrusöz", "Sovqat", "İttihad",
"Hümmət", "Gənclər yurdu", "Azərbaycan", "İstiqlal", "Zəhmət sədası", "Hürriyyət", "Azərbaycan
füqərası" qəzet və jurnallarında dərc olunan yazılardan milli səhnə sənətimizin vəziy-yətini və
yaradıcılıq durumunu müəyyənləşdirmək olar.
Mirabbas Mirbağırov, Məmmədsadıq Axundov, Səfərəli Vəlibəyov, Hacı İbrahim Qasımov,
Qurbanəli Şərifov, Ağadadaş Həsənov, Xəlil İbrahim (İbrahimov), Məmmədəli Səfərov, Haşım bəy
Vəzirov, Ceyhun Hacıbəyli, Üzeyir bəy Hacıbəyov, Rəhim bəy Məlikov, Eynalı bəy Sultanov,
Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Minasazov kimi müxtəlif peşə
sahibləri olan ziyalılar tamaşalar barədə resenziyalar yazırdılar. Onların teatrın müxtəlif
problemlərinə aid məqalələri də çap olunurdu. Hələlik forma və məzmununda müəyyən primitivlik
duyulsa da, resenziya janrı Azərbaycan teatrşünaslığında önə keçmişdi. Müəlliflərin qiymətvermə
meyilləri tam elmi-nəzəri fikir yükü daşımasa da "yaxşı", "Kafi", "pis" qiymətləri ilə tamaşa
ifaçılarının oyunları barədə kifayət qədər məlumatlar və şərhlər də var.
Teatra aid müxtəlif səpkili məqalələr yazan müəlliflərin işləri Bakıdan əlavə Tiflisin
"Məzhər", "Tiflisski listok", "Tiflisskoye sobraniye", "Droeba", "Zritel", "Molla Nəsrəd-din",
"Oqni", "Musulmanskaya qazeta", Şuşada çıxan "Şuşinski listok", "Şuşinskaya jizn", Moskvada çap
olunub Azər-baycanda da oxunan "RUSSki artist", "Teatr i iskusstvo", "Rampa i jizn" qəzetlərində,
jurnallarında çap olunurdu. Azərbaycanlı müəlliflərin teatr sənətinə, aktyor yaradıcılığına, teatr və
mədəniyyət, teatr və maarif problemlərinə aid mə-qalələri oxuculara çatdırılırdı. İxtisasca
hüquqşünas olan, uzun illər müxtəlif truppalarda aktyorluq etmiş Mehdi bəy Hacınski bir müddət
"Rampa i jizn" jurnalının Azərbaycan üzrə xüsusi müxbiri olmuşdur.
Teatrşünaslığın ikinci mərhələsi adlandırdığım dövrdə resenziya janrı təşəkkül tapıb inkişaf
etdi. Eyni zamanda ay-rı-ayrı aktyorların yaradıcılıqlarından bəhs edən kiçik portret janrlı yazılar da
mətbuatda yer tutınağa başladı. Beləliklə, operativ janr kimi resenziya həmin dövrdə daha populyar
olub və tədricən özünün estetik cilalanınası ilə səciyyəvi xarakter daşıyıb.
Dostları ilə paylaş: |