Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə449/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   445   446   447   448   449   450   451   452   ...   470
Üçüncü mərhələ (1920-1949). 1919-cu ildə Dövlət teatrı təsis olundu və səhnə sənəti 1920-

ci ildə institusional mə-dəniyyətin faktı kimi yeni forma və  məzmun kəsb etdi. Tədricən "sovet 

teatrı" anlayışı dilə keçdi və səhnədə onun təmsilçiləri olduğu kimi, teatrşünaslıqda da həmin mövqe 

və es-tetikanın nümayəndələri yarandılar. 




Teatrşünaslıq elmimiz hələ peşəkarlaşmasa da, səhnə  sənətinə, dramaturgiyaya, rejissor və 

aktyor yaradıcılığına dərindən bələd olan ədəbiyyatşünaslar, dramaturqlar, nasirlər,  şairlər, 

jurnalistlər, dilçi alimlər, hətta inzibati işdə çalışan siyasi xadimlər teatr prosesini izləyir, onu 

mətbuatda bütün canlıhğı ilə təcəssüm etdirməyə çalışırdılar. Artıq onların yazılarında tamaşanın və 

ya pyesin peşəkar təhlilinin dərinliyi özünü göstərirdi. Mirzə  Fətəli Axundzadə, Nəriman 

Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, xüsusən əsərləri repertuarın əsasını 

təşkil edən Cəfər Cabbarlı ilə Hüseyn Cavidin dram və faciələri barədə geniş  təhlilli məqalələr 

yazılırdı. Dram janrı,  əsasən  ədəbiyyatşünaslıq prizmasından araşdırılsa da, yeri gəldikCə  təhlilin 

mahiyyətində teatrşünaslığa meyl duyulurdu. 

Ötən əsrin iyirminci və otuzuncu illərində "Maarif və mədəniyyət", "Dan ulduzu", "Hücum" 

kimi jurnallarda dramaturgiya ilə teatra aid genişhəcmli məqalələr verilirdi. Onların da əksəriyyəti 

müzakirə  təriqi ilə  dərc edilirdi və sözsüz ki, siyasi ruh üzdə olan yazılarda müəyyən ideoloji 

basqılar olurdu. Ancaq nəzəri cəlb edən cəhət odur ki, ədəbiyyatşünaslar Hənəfi Zeynallının, 

Mustafa Quliyevin, Əli Nazimin, Xəlil İbrahimin, Əziz Şərifin, yazıçılar Cəfər Cabbarlının, Abdulla 

Şaiqin, Seyid Hüseynin (Kazımoğlu), Hacıbaba Nəzərlinin, teatr xadimləri Mirseyfəddin 

Kirmanşahlının, Ülvi Rəcəbin, Əsəd Tahirin, Akif kazıının, Məmmədsadıq Əfəndiyevin, Əfrasiyab 

Bədəlbəylinin,  Şəmsi Bədəlbəylinin,  İsrafil Cahangirovun, jurnalistlər Seyid Cavadzadənin, 

Süleyman Məlikovun, Murtuza Nağıyevin,  İsrafil Nəzərovun,  Şəmsəddin Abbasovun 

resenziyalarında, nəzəri məqalələrində, teatrın cari problemlərinə, aktyor və rejissor yaradıcılığına 

aid yazılarında fikir dərinliyi, peşəkar sənətçi duyumu, incəsənəti dərketmə zövqü aydın duyulurdu. 

Bu mərhələdə  də resenziya janrı üstünlük təşkil edirdi. Ancaq böyük salonlarda keçirilən, 

bəzən günlərlə davam edən ədəbi mühakimələrdə Cəfər Cabbarlının və Hüseyn Cavidin pyeslərinin 

və onların tamaşalarının müzakirəsi teatrşünasiığa janr əlvanlığı gətirirdi. Rəsul Rza, Mehdi Hüseyn

Məm-məd Arif, Mlkayıl Rəfili,  Əli Sultanlı, Məmməd Cəfər, Yusif Əzimzadə, Mirzə  İbrahimov, 

Süleyman Rüstəm, Sabit Rəhman, Səməd Vurğun, Cəfər Cəfərov kimi şair, nasir və filoloqlar, 

musiqişünas Qubad Qasımov teatrşünaslıqla da məşğul olmağa başlamışdılar. Onların arasında 

Cəfər Cəfərov teatr estetikasma dərindən bələdliyi, obyektivliyi, nəzəri hazırlığı, resenziya janrı 

vasitəsilə bütün tamaşanın poetikasını açmağa qadir olması baxımından diqqət mərkəzində dururdu. 

Bu mərhələ bir də onunla xarakterikdir ki, teatrşünaslığın tədqiqat qolunun bünövrəsi 

qoyulub. 1923-cü ildə  İsrafil Cahangirovun "Azərbaycan Dövlət Bədaye teatrosu", 1930-cu ildə 

Ağakərim  Şərifovun "Azərbaycan türk teatrı tarixi materialları" kitabları, Məmmədsadıq 

Axundovun "Dan ulduzu" jurnalında (1928, N° 45) "Bakı Türk İşçi Teatrosu" tədqiqatı çap 

olunmuşdu. Cəfər Cəfərov bugünkü Milli Dram Teatrının tarixini əhatə edən monoqrafiya üzərində 

işləyirdi. Bu, onun doktorluq işiydi. 

Dördüncü mərhələ (1950 - 2004). Azərbaycanda 1923-cü ildən Bakı Teatr Məktəbi 

(Texnikumu) fəaliyyət göstərirdi. 1946-cı ildə onun bazası  əsasında Azərbaycan Dövlət Teatr 

İnstitutu (bugünkü Mədəniyyət və  İncəsənət Universiteti) yaradıldı  və ilk dəfə burada milli 

teatrşünas kadrları yetişdirilMəsmə başlanıldı. Teatrşünaslıq fakültəsinə altı  nəfər qəbul olundu: 

Turan Cavid, Hüseyn Abbaszadə, Adil Babayev, İshaq  İbrahimov, Aişə Qasımova və Gülsüm 

Əliyeva. Az sonra həmin fakültəni Cabir Səfərov, Rahib Hüseynov, İnqilab Kərimov kimi tanınmış 

teatrşünaslar da bitirdilər. Tədricən Azərbaycanda teatrşünaslığın formalaşmasının yeni mərhələsi 

başlandı. 

Görkəmli ədəbiyyatşünas alimlər Bəkir Nəbiyev, Əkbər Ağayev, Cəlal Məmmədov, Məsud 

Əlioğlu, Qulu Xəlilov, Yaşar Qarayev, Təhsin Mütəllimov, Xalid Əlimirzəyev kimi alimlər 

resenziya janrında çox fəal idilər. Ümumən onların teatrşünaslıq fəaliyyətləri resenziya dairəsmdən 

kənara çıxmırdı, lakin ədəbiyyatşünaslıq təhlili daha güclü olan bu müəlliflərin silsilə resenziyaları 

teatrşünaslığımıza qiymətli töhfədir, səmərəli elmi əhəmiyyət kəsb edirlər. 

 

 





Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   445   446   447   448   449   450   451   452   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin