Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə453/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   449   450   451   452   453   454   455   456   ...   470
İLHAM RƏHIMLI (8 SENTYABR 1949) 

 

Teatrşünas alim İlham  Əziz oğlu Rəhimli 1949-cu il sentyabrın 8-də Yevlax rayonunun 



Maibinəsi kəndində doğulub. Yevlaxdakı 1 saylı orta məktəbin on birinci sinifini bitirib. Mirzağa 

Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini fərqlənmə diplomu 

ilə bitirərək (1967-1972) redaksiyanın yazıh məktub-tələbnaməsinə  əsasən təyinatla "Kommunist" 

(indiki "Xalq qəzeti") qəzetmə işə göndərilib. Hərbi xidmətdən sonra (may 1973 - may 1974) yenə 

redaksiyaya qayıdıb. Müxtəlif illərdə  ədəbi işçi, baş müxbir, felyeton və publisistika, mədəniyyət 

şöbələrinin müdiri işləyib. 

"Azərbaycan" qəzetinin baş redaıctoru, prezident aparatının humanitar siyasət  şöbəsinin 

məsul işçisi işləyib. Həmçinin 1993-cü ildən 2003-cü ilə kimi Akademik Milli Dram Teatrının ədəbi 

hissə müdiri olub. 

Teatra aid ilk yazısı dövri mətbuatda 1969-cu ildə çap olunan İlham Rəhimli səhnə sənətinə, 

kinoya, təsviri incəsənətə, dramaturgiyaya, aktyor və rejissor peşəsinə, mədəniyyətin müxtəlif 

problemlərinə aid yüzlərlə  məqalənin müəllifidir. O, "Sənət vurğunu" "Ağasadıq Gəraybəyli", 

"Səhnə. Ekran. Müasirlik", "Dramaturgiya və teatr", "Habil kaman", "Hafiz Zeynalov", "Səyavuş 

Aslan", "Səttar dünyası", "Segah yanğısı", "Sənət yolu, sənətkar ömrü", "Sənətdə keçən ömür" 

(Mehdi Məmmədov, Həsən Turabov, Yaşar Nuriyev, Vaqif İbrahimoğlu və başqaları haqqında 

monoqrafiyalar toplusu), "Aktyor ömrünün dolayları", "Aktyora oxşamayan adam", "Füzuli 

meydanında sənət məbədi", "Akademik Milli Dram Teatrı" (iki cilddə), "Xalq oyun-tamaşaları", 

"Sumqayıt Dövlət Musiqili Dram Teatrı", "Azərbaycan Dövlət Kukla Teatrı", "Səhnəmizin 

fədailəri" (birinci kitab), "Azərbaycan milli teatrının poetikası", "Aşqabad Dövlət Azərbaycan 

Teatrı", "Kəsişən paralellər", "Həzin ömrün nağılı", "Bakı Türk İşçi Teatrı" monoqrafiya və 

kitablarının, "Azərbaycan teatrının estetik prinsipləri" dərsliyinin müəllifidir. 

Azərbaycan Dövlət Televiziyasında müxtəlif illərdə "Ekran, kino, yeniliklər", "Sənət 

adamları", "Səhnə üçün doğulmuşlar", "Yeni tamaşalar", "Aktyorlar və rollar" və sairə silsilə 

verilişlərin aparıcısı olub. 

İlham Rəhimli 1975-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət Universitetinin 

teatr tarixi kafedrasında dərs deyir. Sənətşünaslıq doktoru və professorudur. 

Nəzəriyyəçi alim, milli teatrımızın tədqiqatçısı kimi Dehli, Praqa, Moskva, Tehran, Dəməşq, 

Kiyev, İstanbul, Berlin, Brüssel, Paris, Roma... şəhərlərində Beynəlxalq teatr simpoziumlarında elmi 

məruzələrlə çıxışlar edib. Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" (5 may, 1977) mükafatı 

laureatıdır. 

1989-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı 

ilə təltif edilib. 

 



 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   449   450   451   452   453   454   455   456   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin