Dərs vəsaiti baki nurlan 2 0 0 6 Elmi redaktoru



Yüklə 112 Kb.
Pdf просмотр
səhifə1/39
tarix21.04.2017
ölçüsü112 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   39
14972

Ə bülfəz  R əcəb li
QƏDİM  TÜRK YAZISI 
ABİDƏLƏRİNİN  DİLİ
II
Universitetlərin filologiya 
fakültələri üçün dərs vəsaiti
BAKI  -   NURLAN  -  2 0 0 6

Elmi redaktoru: 
E.İ.Əzizov
filologiya elmləri doktoru, 
professor
Rəyçilər: 
M.D.Novruzov
filologiya elmləri doktoru, dosent
t.D. Vəliyev
filologiya elmləri namizədi, dosent
Ə.Rəcəbli.  Qədim türk yazısı abidələrinin  dili. II  hissə.  Bakı, 
Nurlan,  2006, 480 s.
«Qədim  türk  yazısı  abidələrinin  dili»  adlı  əsərdə  göytürk 
və  qədim  uyğur  əlifbası  ilə  yazılmış  kitabələrin  dili  araşdırılır. 
Kitabda  bu  abidələrin  öyrənilməsi  tarixi,  onların  dilinin  fonetik 
quruluşu,  leksikası  məsələləri,  morfoloji  və  sintaktik  quruluşu 
araşdırılır.  Kitabın  sonunda  qədim  türk  yazısı  kitabələrindən 
mətnlər  və  bu  mətnlərə  aid  qədim  türkcə  -  azərbaycanca  lüğət 
təqdim edilir.
Kitab  universitetlərin  filologiya  fakültələrinin  tələbələri, 
magistrlər,  aspirantlar,  dilçilər  və  qədim  türk  dilləri  ilə 
maraqlananlar üçün nəzərdə tutulmuşdur.
4602000000 -  4.12 
/V  -  098  -  2006
Qrifli nəşr
©Ə.Rəcəbli,  2006
S  İ  N  T  А  К  S  İ  S
«Sintaksis»  yunan  dilindən  alınmış  sözdür,  «birləşmə», 
«tərtibat» deməkdir.  Dilçilikdə qrammatikanın söz birləşmələri 
və  cümlələrdən  bəhs  edən  sahəsi  bu  terminlə  adlandırılır. 
Sintaksis sözlərin  söz birləşmələri  və cümlələr kimi birləşməsi 
qaydalarını  öyrənir.  Buradan  da  sintaksisin  iki  bəhsi  meydana 
çıxır: söz birləşmələri və cümlə.
Sintaksis  sözlərin  hər  cür  birləşməsini  yox,  təkcə 
müəyyən  qaydalar  üzrə  birləşməsini  öyrənir.  Məsələn,  bəzən 
iki və ya daha çox söz birləşir. Sözlər müstəqil vurğularını itirir, 
tam  birikir və  bir  məfhum  ifadə edir.  Sözlərin  belə  birləşməsi 
mürəkkəb  söz  yaradır;  mürəkkəb  sözlər  sintaksisin  tədqiqat 
obyektinə  daxil  olmur,  onları  dilçiliyin  söz  yaradıcılığı  (bəzən 
morfologiya,  bəzən  də  leksika)  bəhsində  öyrənirlər.  Elə  hallar 
olur ki, birləşən sözlərin biri, yaxud hər ikisi öz leksik-semantik 
mənasını itirir və ya dəyişir, məcazi mənada işlənir, lakin sözlər 
tam  birikmir.  Bu  məqamda da birləşən  sözlər bir  sözün məna­
sına  uyğun  məna,  bir  məfhum  ifadə  edir,  lakin  bir  sözə  çev­
rilmir.  Sözlərin bu cür. birləşməsi də sintaksisin söz birləşmələri 
bəhsində araşdırılmır;  sözlərin belə birləşmələrini dilçiliyin fia- 
zeologiya  bəhsində  öyrənirlər.  Sintaksis  sözlərin  elə  birləş­
mələrini  öyrənir  ki,  birləşən  sözlərin  müstəqil  leksik-semantik 
mənası olsun, bu sözlər birləşmə daxilində də öz əvvəlki leksik- 
semantik  mənalarını  qorusun  və  nəhayət,  birləşən  sözlər 
arasında  müəyyən  qrammatik,  daha  doğrusu,  sintaktik  əlaqə 
mövcud olsun. Buna görə də qrammatikanın sintaksis hissəsində 
söz birləşmələri və cümlə bəhsləri araşdırılmazdan əvvəl  sözlər 
arasında mövcud olan sintaktik əlaqələr öyrənilir.
Söz  birləşməsi  hələ  nitq  -   insan  dili  demək  deyildir. 
Ünsiyyətin, nitqin,  insan dilinin ən kiçik vahidi cümlədir.1
1 Dilçilik ədəbiyyatında cümlə ən  böyük dil vahidi adlandırılır.  Burada cümlə ən kiçik 
ünsiyyət,  nitq,  insan  dili  vahidi  adlandırıldı.  Bununla fimemin  ən  kiçik  dil  vahidi 
olması  inkar  edilmir.  Lakin  ünsiyyət  üçün  fonem  ən  kiçik  di!  vahidi  kimi  götürülə 
bilməz.  Ünsiyyətin  ən  kiçik  vahidi cümlədir;  böyümək  istiqamətində  cümlədən sonra 
fraza  (ibarə), fovqəlfraza  (fövqəlibarə),  söyləm və mətn gəlir.
3

Həcminə  görə  cümlə  söz birləşməsindən  böyük  də,  kiçik 
də,  bir  leksik-semantik  mənalı  sözdən  də,  leksik-semantik  mə­
nası olmayan sözdən  də,  hətta bir  fonemdən  də  ibarət  ola bilər. 
Buna  görə  də  cümləyə  verilən  klassik  tərif -   bitmiş  bir  fikri 
ifadə  edən  bir  sözə  və  ya  bir  neçə  sözün  birləşməsinə  cümlə 
deyilir  -   butun  hallarda,  bütün  dövrlərdə,  bütün  dillərdə  öz 
gücünü saxlayır.
Sintaksisin  ikinci  bölməsi  sözlərin  birləşib  cümlə  yarat­
ması  qaydalarını,  cümlənin  müxtəlif  baxımdan  (intonasiya, 
bitkinlik,  modallıq,  cümlə  üzvlərinin  iştirakı,  sadəlik,  mü­
rəkkəblik  və  s.)  tiplərini,  cümlə  üzvləri  və  onlar  arasındakı 
əlaqə və münasibətləri və bir sıra digər məsələləri öyrənir. İstər 
sözlərin  birləşib  cümlə  əmələ  gətirməsində,  istərsə  cümlə 
üzvləri  arasındakı  münasibətlərdə,  istərsə  də  mürəkkəb 
cümlənin  komponentləri  arasındakı  münasibətlərin  yaran­
masında sintaktik əlaqələr mühüm rol  oynayır.  Belə çıxır ki,  bir 
tərəfdən,  söz  birləşmələrini  təşkil  edən  sözlər  arasında,  digər 
tərəfdən,  cümlə  üzvləri  və  mürəkkəb  cümlənin  komponentləri 
arasında  təzahür  edən  müxtəlif münasibətləri  araşdırmaq  üçün 
ilk növbədə sintaktik əlaqələri öyrənmək lazımdır.
Qədim  türk  yazısı  abidələrinin  dili  zəngin  qrammatik 
quruluşa  malikdir.  Mürəkkəb  cümlə  məsələsini  istisna  etsək, 
qədim  türk  yaxası  abidələrinin  dilinin  sintaksisi  öz  inkişafına 
görə  müasir  türk  dillərindən  heç  də  zəif  deyildir.  Bu  dildə 
zəngin  ismi  və  feli  söz  birləşmələri  işlənmişdir.  Qədim  türk 
yazısı  abidələrinin  dilində  işlənən  söz  birləşmələrini,  xüsusən 
təyini  söz  birləşmələrini  müasir  türk  dillərinin  eyni  tipli  söz 
birləşmələri ilə müqayisə etdikdə qədim türk yazısı abidələrinin 
dilində,  üçüncü  növ  təyini  söz  birləşmələrini  çıxsaq,  az  qala, 
indiki  türk  dillərindəki  kimi  zəngin  söz  birləşmələrinin 
işlənməsinə  təəccüb  edirsən.  Qədim  türk  yazısı  abidələrinin 
dilində  işlənən  təyini  söz birləşmələri  ifadə  vasitələri  və  məna 
çalarları  baxımından  indiki  türk  dillərinin  çoxundan  (bəlkə  də 
əksəriyyətindən)  daha  zəngin  və  rəngarəngdir.  Qədim  türk 
yazısı  abidələri  dilinin  sintaksisinin  bu  qədər  yüksək  inkişafı 
onu  göstərir  ki,  qədim  türk  qəbilələrinin  dili  həmin  dövr  üçün
4
min  illər  boyu  formalaşma  prosesi  keçirmiş  və  həmin  dövrdə 
sintaktik quruluşca zəngin bir dil şəklində təzahür etmişdir.
X  FƏSİL
SİNTAKTİK ƏLAQƏLƏR
Sözlərin  birləşməsi  və  cümlə  əmələ  gətirməsi  üçün 
onların  arasında  müəyyən  əlaqələr  olmalıdır.  Adətən,  sözlər 
arasmdakı  bu  əlaqələri  iki  tipə  ayırırlar:  1)  daxili,  yaxud  məna 
əlaqəsi; 2) xarici (formal), yaxud qrammatik (sintaktik) əlaqə.
Sözlər  arasındakı  məna  əlaqələri  təbiətdə  mövcud  olan 
obyektiv  əlaqələrdir.  Bu  əlaqələr  əşyalar,  yaxud  əşya  və 
hadisələr  arasındakı  obyektiv  münasibətləri  göstərir.  Əşyalar, 
yaxud  hadisələr  arasında  münasibətlər  rəngarəng  olduğu  üçün 
sözlər  arasındakı  məna  əlaqələri  də  müxtəlif və  rəngarəngdir. 
Əşyalar  və  hadisələr  arasında  əlamət,  kəmiyyət,  zaman, 
istiqamət,  səbəb,  məqsəd,  tam  -   hissə  və  s.  məna  əlaqələri 
mövcuddur.  Həmin  məna  əlaqələri  sözlərlə  ifadə edildiyi  üçün 
onlar əşya və  hadisələrin  adları olan sözlər arasmda da təzahür 
edir.  Əşya  və  hadisələr  arasındakı  belə  obyektiv  məna 
əlaqələrinin  sözlər  arasında  baş  verən  təzahürünü  iki  tipə 
ayırırlar:  1) predikativ əlaqələr; 2) qcyri-predikativ əlaqələr.
1. 
Qədim türk yazısı abidələrinin dilində prcdikatiıv əlaqə 
mübtəda  və  xəbər  arasındakı  əlaqəni  bildirir.  Predikativ  əlaqə 
felin  şəkil,  zaman  və  şəxs  kateqoriyalarında,  adlann  xəbərlik, 
şəxs  və  kəmiyyət  kateqoriyalarında  təzahür  edir.  Elə  buradaca 
qeyd  edilməlidir  ki,  adlar  arasındakı  predikativ  əlaqə  üçüncü 
şəxsdə  (həm  təkdə,  həm  də  cəmdə)  formal  əlamətlərə  malik 
deyildir  (qədim  türk  yazısı  abidələrinin  dilində  adlar  arasında 
predikativ əlaqə çox az işlənir); ol amtı apığ yok (КТ c 3) «indi 
iğtişaş yoxdur»; iltə buQyok (КТ c 3) «eldə dərd yoxdur». Nadir 
hallarda  üçüncü  şəxs  təkdə  şəxs  əvəzliyi  şəxs  şəkilçisi  kimi 
çıxış  edir;  məsələn:  Bilgə  Тоуикик  apığ  ol  (T  34)  «Müdrik 
Tonyukuk  hiyləgərdir».  Edgü  ol  (Ш  5)  «Yaxşıdır».  Yablak  ol 
(IB  13) «Pisdir».
5

2. 
Qeyri-predikativ  əlaqədə  sözlər  arasında  xəbərlik 
münasibəti  olmur.  Sözlər  arasında  qeyri-predikativ  əlaqənin üç 
tipi məlumdur:
a)  Obyektiv  əlaqə  -   buna  bəzən  tamamlıq  əlaqəsi  də 
deyilir. Obyekt əlaqəsində təyinedici söz tamamlıq olur və təyin 
etdiyi sözün obyektini  bildirir;  məsələn:  taş  tokı  (KT с  13)  «daş 
toxu»,  taşka  ur (КТ с  11)  «daşı vur», ağı bir (КТ c  7)  «hədiyyə 
ver»,  balbal tik (KT ş  25)  «balbal  qoy»,  ilin  al (KT  ş  36)  «elini 
al» və s.
b)  Atributiv  əlaqə  -   buna  təyini  əlaqə  də  deyilir.  Bu 
əlaqədə  təyinedici  üzv  atribut  (təyin)  olur.  Bu  əlaqədə 
təyinedici  söz  cümlənin  feli  xəbərindən  başqa  bütün  digər 
üzvlərini  təyin  edir.  Qədim  türk  yazısı  abidələrinin  dilində 
atributiv  əlaqə  özünü  ən  çox  birinci  növ  ismi  (təyini)  söz 
birləşmələrinin tərəfləri arasında göstərir;  məsələn:  Təmir kapığ 
(KT c 4)  «Dəmir qapı», yetirıç ay (O  12) «yeddinci ay», bu bitig 
(KT c  13)  «bu  yazı», kötjültəki sab (KT c  12)  «könüldəki  söz», 
yımşak  ağı  (KT  c  5)  «yumşaq  hədiyyə»,  əlig yıl (KT ş  8)  «əlli 
il»,  süçig  sab  (KT  c  5)  «şirin  söz»,  sarığ  altun  (T  48)  «san 
qızıl»,  örülj  kümüş  (T  48)  «parlaq  gümüş»,  səmiz  buka  (T  5) 
«kök buğa» və s.
c)  Relyativ  əlaqədə  təyinedici  üzv,  əsasən,  fellə  ifadə 
edilmiş üzvün (sözün) əlamətlərini göstərir; məsələn: tükəti esid 
(KT  c  1)  «tükənincə  dinlə»,  katığdı  tiljlə  (KT  c  2)  «möhkəm 
dinlə», yağru kon  (KT  c  5)  «yaxın  yerləş», yablak etmiş  erinç 
(KT c  5)  «pis  imiş»,  onlayu  təg (KT z  36) «sürətlə  hücum  et» 
və s.
Xarici  (formal)  əlaqələr  qrammatik  əlaqələr  adlanır. 
Dilçilik  ədəbiyyatında  buna  çox  vaxt  sintaktik  əlaqələr  də 
deyilir.  Sintaktik  əlaqə,  müasir  türk  dillərində  olduğu  kimi, 
qədim  türk  yazısı  abidələrinin  dilində  də  iki  formada  təzahür 
edir:  1) tabesizlik əlaqəsi, 2) tabelilik əlaqəsi.
TABESİZLİK ƏLAQƏSİ
Tabesizlik  əlaqəsi  məna  və  qrammatik baxımdan  əlaqəli 
olan,  lakin  bir-birindən  asılı  olmayan,  biri  digərinə  tabe
6
olmayan,  bərabərhüquqlu  sözlər  və  cümlələr  arasında  təzahür 
edir.
Qədim  türk  yazısı  abaidələrinin  dilində  tabesizlik 
əlaqəsinin işlənməsinin aşağıdakı tiplərinə rast gəlmək olar:
1.  Həmcins  mübtədalar  arasında:  Kisi  oğlınta  üzə  eçüm- 
apam  Bumın  kağan,  İstəmi  kağan  olurmıs  (KT  ş  1)  «İnsan 
oğlunun  üzərində  əcdadım  Bumın  xaqan,  İstəmi  xaqan  otur­
muş».
2.  Həmcins  xəbərlər  arasında:  Eçümiz-apamız  Bumın  ka­
ğan  tort  bulutjığ kısmıs,  yığmış,  yaymış,  basmıs (O  1)  «Əcdadı­
mız  Bumm  xaqan  dörd  tərəfi  sıxışdırmış,  yığmış,  yaymış, 
basmış».
3.  Həmcins tamamlıqlar arasında:... katjım İltəris kağanığ, 
ögim  İlbilgə katunığ te/Jri töpəsintə tutıp yögərü kötürmis erinç 
(KT  ş  11)  «...  atam  İltəris  xaqanı,  anam  İlbilgə  xatunu  tanrı 
təpəsində tutub yuxarı götürmüş».
4.  Həmcins  təyinlər  arasında:  İçrə  aşsız,  taşra  torısız, 
yabız,  yablak bodunka  üzə  olurtım  (KT  ş  26)  «Qamı  ac,  üstü 
çılpaq, qorxaq və nankor xalqın üzərində (xaqan) oturdum».
5. Həmcins zərfliklər arasında: İlgərü Kadırkan yışka təgi, 
kirü  Təmir  kapığka  təgi  konlurmış  (KT  ş  2)  «Şərqə  Kadırkan 
meşəli dağlarına kimi, qərbə Dəmir qapıya kimi yerləşdirmiş».
6. Həmcins xitablar arasında:...ulayu iniyigünim,  oğlanan, 
biriki  oğuşım,  bodunım  biriyə  şad  apıt-bəglər,  yıraya  tarkan 
buyuruk bəglər,  otuz ...  tokuz oğuz bəgləri,  bodunı.  bu sabımın 
edgüti esid.  katığdı tiljlə (KT c  1-2) «Məndən sonra duran kiçik 
qardaş  və  qohumlarım,  oğlanım,  birləşmiş  qəbiləm,  xalqım, 
sağdakı  şad  və  apa  bəylər,  soldakı  tarkan  və  buyuruq  bəylər, 
otuz  ...  doqquz  oğuz  bəyləri,  xalqı,  bu  sözünü  yaxşıca  eşit, 
möhkəmcə dinlə».
7.  Qoşa  sözlərin  komponentləri  arasmda:  Kisi oğlınta üzə 
eçim-apam Bumın kağan.  İstəmi kağan olurmıs (KT ş  1) «İnsan 
oğlunun  üzərində  əcdadım  Bumm  xaqan,  İstəmi  xaqan  (taxta) 
oturmuş».
8.  Tabesiz  mürəkkəb  cümlənin  komponentləri  arasında: 
Eçim kağan birlə ilgərü Yaşıl ügüz Şantu/Jyazına təgi sülədimiz,
7

kurığaru  Təmir  kapığka  təgi  sülədimiz,  Kögmən  aşa  kırkız 
yeriQə  təgi  sülədimiz  (KT  ş  17)  «Əmim  xaqan  ilə  şərqə  Yaşıl 
çay  Şandun düzünə  təgi  qoşun çəkdik, qərbə Dəmir qapıya təki 
qoşun  çəkdik,  Kögmən  (dağlarım)  aşaraq  qırğız  yerinə  təki 
qoşun çəkdik».
Tabesizlik  əlaqəsi  üçün  xüsusi  qrammatik  əlamətlər 
yoxdur.  Bu  əlaqə  sadalayıcı  intonasiya,  yaxud  tabesizlik  bağ- 
layıcılan  ilə  yaradılır.  Qədim  türk  yazısı  abidələrinin  dilində 
bağlayıcılar,  o cümlədən  tabesizlik bağlayıcıları  yox  dərəcəsin­
dədir.  Buna  baxmayaraq,  bu  dildə  tabesizlik  bağlayıcıları 
vasitəsilə ifadə edilən  tabesizlik əlaqəsinin  işlənməsinə  də rast 
gəlmək olar; məsələn: Kün yəmə,  tünyəm əyelü bardımız (T 27) 
«Gündüz də, gecə də yel kimi getdik».
TABBLİLİK ƏLAQƏSİ
Sözlərin  sadəcə  yanaşması,  birinin  digərindən  asılı 
olmadan  onun  yanında  durması  ilə  cümlə  qurmaq,  fikir  ifadə 
etmək  mümkün  deyildir.  Buna  görə  də  dünyanın  bütün 
dillərində olduğu kimi, qədim türk yazısı abidələrinin dilində də 
cümlə  qurmaq  üçün bir söz digərindən  asılı  olur,  ona tabe olur. 
Dilçilik  ədəbiyyatında  buna  tabelilik  əlaqəsi  deyilir.  Müasir 
dillərdə  olduğu  kimi,  qədim  türk  qəbilələrinin  dilində  də 
tabelilik əlaqəsi  geniş yayılmışdır.  Bu  əlaqə  söz birləşmələrinin 
tərəfləri,  cümlənin  həmcins  olmayan  bütün  üzvləri,  habelə 
tabeli  mürəkkəb  cümlənin  komponentləri  (baş  və  budaq 
cümlələr)  arasında  işlənir.  Tabelilik  əlaqəsi  sintaktik  əlaqəyə 
girən 
sözlərdən 
birinin 
digərinə 
tabe 
olmasım, 
onu 
aydmlaşdırmasım,  izah  etməsini,  ...  bir  sözlə,  ona  xidmət 
etməsini  tələb edir. Deməli,  tabelilik əlaqəsində bir söz aparıcı, 
tabeedici söz, o biri söz tabe olan,  izah edən, aydınlaşdıran, asılı 
söz olur;  məsələn:  Kül  tigin  ol süQüsdə  otuz yaşayur erti  (KT 
şm  2)  «Kül  tigin  o  döyüşdə  otuz  yaşında idi»  cümləsində  belə 
tabelilik əlaqəsi olduğunu göstərmək olar:
8
Kül tigin 
+
yaşayur erti
süqüsdə otuz
t
ol
Müasir  türk  dillərində  olduğu  kimi,  qədim  türk  yazısı 
abidələrinin dilində də ifadə forma və vasitələrindən asılı olaraq 
tabelilik  əlaqəsinin  üç  tipi  mövcud  olmuşdur:  1)  yanaşma 
əlaqəsi, 2) idarə əlaqəsi, 3) uzlaşma əlaqəsi.
YANAŞMA ƏLAQƏSİ
Dilçilik elmində  belə  bir  fikir mövcudur  ki,  dünya dilləri 
(o  cümlədən  türk  dilləri)  analitiklikdən  sintetikliyə  doğru 
inkişaf edir.  Bu  fikri  əsas  götürsək,  onda  deyə  bilərik ki,  türk 
dillərində  tabelilik  əlaqəsinin  yanaşma  tipi,  yəni  heç  bir 
morfoloji  əlamət  (şəkilçi)  qəbul  etmədən  iki  sözün  yanaşması 
ilə  əmələ  gələn tabelilik əlaqəsi onun digər iki tipindən (idarə 
və  uzlaşma) daha qədimdir.  Qədim türk yazısı abidələrinin dili 
ilə  müasir  türk  dillərini  müqayisə  etsək,  iki  fakt  burni  aydın 
sübut edir:
1.  Müasir türk dillərinə nisbətən qədim türk yazısı abidə­
lərinin  dilində  yanaşma  əlaqəsi,  idarə  və  uzlaşma  əlaqələrinə 
nisbətən, daha geniş inkişaf etmişdir, daha rəngarəngdir.
2.  Müasir türk dillərində  idarə əlaqəsi  ilə yaranan bir sıra 
ismi  birləşmələr  (məsələn:  ikinci  növ  təyini  söz  birləşmələri) 
qədim  türk  yazısı  abidələrinin  dilində  yanaşma  əlaqəsi  ilə 
əmələ  gəlir.  Məlum  olduğu  kimi,  müasir türk  dillərində  ikinci 
növ  təyini  söz  birləşməsinin  birinci  komponenti  şəkilçisiz 
(qeyri-müəyyən  yiyəlik  halda)  işlənsə  də  ikinci  komponenti 
mənsubiyyət  şəkilçisi  qəbul  edir.  Müasir  türk  dillərində  bu 
şəkildə  işlənən  ikinci  növ  təyini  söz birləşmələrinin bir qismi,
9

tək-tək  halda  yox,  struktur  halda,  birinci  növ  təyini  söz 
birləşməsi  kimi  işlənir,  yəni  idarə  əlaqəsi  ilə  yox,  yanaşma 
əlaqəsi ilə ifadə edilir:
a) Birinci tərəfi xalqın adı, ikinci tərəfi bodun «xalq» sözü 
ilə  düzələn  birləşmələr,  müasir  türk  dillərindən  fərqli  olaraq, 
idarə  əlaqəsi  ilə  deyil,  yanaşma əlaqəsi  ilə  ifadə  edilir:  tabğaç 
bodun  (KT  ç  4)  «tabğaç  xalqı»,  oğuz  bodun  (KT  ş  14)  «oğuz 
xalqı», izgil bodun (KT şm  3)  «izgil  xalqı», ediz bodun (KT şm
6)  «ediz  xalqı»,  çik bodun  (BK  ş  26)  «çik  xalqı»,  türk bodun 
(KT  ş  1)  «türk  xalqı»,  tokuz  oğuz  bodun  (KT  ş  14)  «doqquz 
oğuz xalqı» və s.
b)  Birinci komponenti  xalq adı,  ikinci komponenti  vəzifə, 
rütbə  bildirən  sözlə  ifadə edilən  təyini  söz birləşmələri  müasir 
türk  dillərində  idarə,  qədim  türk  yazısı  abidələrinin  dilində 
yanaşma  əlaqəsi  ilə  əmələ  gəlir:  türk  kağan  (KT  c  2)  «türk 
xaqanı»,  kırkız kağan  (KT  ş  25)  «qırğız xaqanı»,  tarduş şad (T
41)  «tarduş şadı»,  türk bəylər  (KT ş  17)  «türk bəyləri»,  tabğaç 
kağan  (KT ş 7) «tabğaç xaqanı», türgis kağan (KT ş  18) «türgiş 
xaqanı»,  tabğaç  Of) tutuk (KT  ş  31)  «tabğaç  On  tutuku»,  on  ok 
kağan (T  19) «on ox xaqanı» və s.
c)  Birinci  tərəfi  toponim,  ikinci  tərəfi  yir  «yer»,  yış 
«meşəli  dağ»,  yazı  «düzən»,  ügüz  «çay»,  tağ  «dağ»  və  s. 
sözlərlə  ifadə  edilən  ismi  birləşmələr  müasir  türk  dillərində 
idarə,  qədim  türk  abidələrinin  dilində  yanaşma  əlaqəsi  ilə 
düzəlir:  Mağı  kurqan  (KT  şm  8)  «Mağı  kurqanı»,  Şantuf) yazı 
(KT  c  3)  «Şandun  düzü»,  Yinçü  ügüz  (KT  c  3)  «İnci  çayı», 
Kadırkan yış  (KT  ş  2)  «Kadırkan  meşəli  dağları»,  Kögmən yer 
(KT  ş  20)  «Kögmən  yeri»,  Kögmən  sub  (KT  ş  20)  «Kögmən 
suyu»,  Betjlügək tağ (T  44)  «Benlügək  dağı»,  SantutJ balık  (T
18)  «Şandun şəhəri» və s.
ç)  Birinci  tərəfi  heyvan  adı,  ikinci  tərəfi y ıl «il»  sözü  ilə 
ifadə  edilən  söz  birləşmələri  idarə  əlaqəsi  ilə  yox,  yanaşma 
əlaqəsi ilə yaranır: köğyıl  (MÇ 20) «qoyun ili», takığuyıl (MÇ
10)  «toyuq ili», lü iytl (O  12) «əjdaha ili», tabışğan yıl (MÇ  20) 
«dovşan ili»,  bars yıl (KT ş 20) «bars ili», lağzın y ıl (BK c  10)
10
«donuz ili», biçin y ıl (KT  şm ş) «meymun ili», yılan yıl (HT 7) 
«ilan ili», ıty ıl (BK c  10) «it ili».
d) 
Birinci komponenti rütbə,  fəxri ad bildirən sözlə, ikinci 
komponenti at «ad» sözü ilə ifadə edilən söz birləşmələri idarə 
əlaqəsi ilə deyil, yanaşma əlaqəsi ilə əmələ gəlir: kağan at (KT 
ş  20)  «xaqan adı»,  ə r at (KT ş  11)  «ər adı», şad at (O 6) «şad 
adı» və s.
Yanaşma  əlaqəsinin  yaranmasında  heç  bir  formal 
qrammatik  əlamət,  şəkilçi  iştirak  etmir,  iki  söz  yalnız  tutduğu 
mövqeyə,  sırasına  görə  tabelilik əlaqəsinə girir.  Adətən,  sıraca 
birinci  gələn  söz  ikinci  gələn  sözə tabe  olur.  Yanaşma əlaqəsi 
ilə  düzələn  söz  birləşmələrinin  birinci  tərəfi,  tabe  tərəfi 
yanaşan,  ikinci  tərəfi,  tabe  edən  tərəfi  yanaşılan  söz  adlanır. 
Qədim  türk  yazısı  abidələrinin  dilində  yanaşma  əlaqəsi  iki 
məqamda  təzahür  edir:  a)  həm  yanaşan  söz,  həm də  yanaşılan 
söz  adlarla  ifadə  edilir;  b)  yanaşan  söz  müxtəlif nitq  hissələri 
(əsasən, sifət və zərf) ilə, yanaşılan söz fellə ifadə edilir. Birinci 
hal  özünü  ismi  birləşmələrdə  -   təyinlə  təyinedilən  arasında, 
ikinci  hal  feli  birləşmələrdə  -  zərfliklə  fellə  ifadə  edilmiş  üzv 
arasında göstərir.
Yanaşma  əlaqəsində  sözlərin  yanaşı  durması  əsasdır:  alp 
kağan (KT ş 3) «alp xaqan», yetinç ay (KT şm ş) «yeddinci ay», 
yeti  ərən  (O  5)  «yeddi  ərən»,  sarığ altun  (T 48)  «san qızıl»,  ol 
süljüs  (KT  şm  2)  «o  döyüş»,  kamuğ  balık  (O  9)  «bütün 
şəhərlər» və s.
Lakin  yanaşma  əlaqəsində  sözlər  bir-birindən  uzaqda  da 
ola  bilər;  məsələn:  Kün yəmə,  tün yəmə yelü  bardımız  (T  27) 
«Gündüz də, gecə do yel kimi getdik» cümləsində kün «gündüz» 
və  tün  «gecə»  sözləri  ilə  bardımız  «getdik»  sözü  arasında, 
...ilgərü  Yaşıl ügüz ŞantuQyazıka  təgi sülədimiz (KT ş  17)  «... 
irəli  Yaşıl  çay  Şandun  düzünə  təki  qoşun  çəkdik»  cümləsində 
isə  ilgərü  «irəli»  sözü  ilə  sülədimiz  «qoşun  çəkdik»  sözü 
arasında  yanaşma  əlaqəsi  olmasına  baxmayaraq,  həmin  sözlər 
bir-birindən  aralı  durmuşdur.  Bu  baxımdan  yanaşma  əlaqəsinin 
iki növü vardır:  1) tam yanaşma; 2) tam olmayan yanaşmı.
11

1.  Tam  yanaşma.  Belə  yanaşma  əlaqəsində  yanaşan 
sözlər  arasında  ya  heç  bir  söz  işlənmir,  ya da  yanaşan  sözlərin  . 
arasına  yanaşılan  sözlə  yanaşma  əlaqəsi  olan  sözlər  girir.  Türk 
dillərində gözlənilən qanuna görə,  məsələn,  isimlə ifadə edilən 
tabeedici  sözə  sifət,  say  və  əvəzliklə  ifadə  edilən  tabe  sözlər 
eyni  zamanda  yanaşırsa,  onda  isimdən  bilavasitə  əvvəl  sifət, 
ondan  əvvəl  say,  saydan  əvvəl  isə  əvəzlik  işənilməlidir; 
məsələn:  bu  üç qırmızı qərənfil.  Yanaşan sözlərin bundan başqa 
hər  cür  sırası  türk  dilləri  üçün  qeyri-məqbuldur.  Tam  yanaşma 
əlaqəsi  təyinlə  təyinlənən  arasında  işlənir və  əsasən  təyini  söz 
birləşmələrinin arasında özünü göstərir.
2.  Tam  olmayan  yanaşma.  Tam  olmayan  yanaşmada 
yanaşan  sözlərin  arasına  bu  sözlərlə  yanaşma  əlaqəsində 
olmayan sözlər də daxil ola bilər.  Qədim türk yazısı abidələrinin 
dilində  tam  olmayan  yanaşma  özünü  ən  çox  yer  və  zaman 
zərflikləri  ilə  cümlənin  feli  xəbəri  arasında  göstərir;  məsələn: 
An ta kisrə  Yer Baytrku  Uluğ İrkin yağı boltı  (KT ş  34) «Ondan 
sonra  Yer  Bayırku(lu)  Ulu  İrkin  yağı  oldu».  İlgərü  ŞantuQ. 
yazıka  təgi  sül&dim  (КТ  c  3)  «İrəli  Şandun  düzünə  təki  qoşun 
çəkdim» ve s.
Qədim  türk  yazısı  abidələrinin  dilində  tam  olmayan 
yanaşma  əlaqəsi  ilə  düzələn  söz  birləşmələrinə  sıx-sıx  rast 
gəlmək olur.
Qədim  türk  yazısı  abidələrinin  dilində  tam  yanaşma 
əlaqəsi  komponentləri  müxtəlif nitq  hissələri  ilə  ifadə  edilmiş 
söz  birləşmələrində  özünü  göstərir.  Belə  söz  birləşmələrində 
birinci  tərəf  ikinci  tərəfi,  adətən,  əlamətinə,  keyfiyyətinə, 
sayına, sırasına, mənsubiyyətinə və s. görə təyin edir.
Tərəflərinin  hansı  nitq  hissəsi  ilə  ifadə  edilməsi  baxı­
mından yanaşması əlaqəsini aşağıdakı kimi qruplaşdırmaq olar:
1. 
İsmin  ismə  yanaşması.  Yuxarıda  göstərildiyi  kimi, 
müasir türk dillərində  idarə əlaqəsi  ilə  ifadə edilən  bir sıra söz 
birləşməsi  qədim  tüık  yazısı  abidələrinin  dilində  yanaşma 
əlaqəsi  ilə  ifadə  edilir.  Bundan  başqa,  müasir  türk  dillərində 
olduğu kimi, qədim tüık yazısı abidələrinin dilində də atributiv 
isimlər  isimlərə  yanaşıb  onları  (ən  çox)  material  baxımından
12
(çox  vaxt  məcazi  mənada)  təyin  edir:  Təmir  kapığ  (КТ  c  4) 
«Dəmir qapı», Bökli çöl (KT ş 4) «Böklü çöl».
Qədim  türk  yazısı  abidələrinin  dilində  isim  ismə  qoşma 
vasitəsilə də yanaşır:  Umay təg ögim katun kutıQa inim Kül tigin 
ər  at  bultı  (KT  ş  31)  «Umay  təki  anam  xatun  bəxtinə  kiçik 
qardaşım Kül tigin igid adı tapdı».
2.  İsimlə  hərəkət  adı  arasında  yanaşma  əlaqəsi 
mövcuddur: kün toğsık (KT c 2) «gün doğuş», kün  batsık (KT c
2)  «gün batan».
3.  İsimlə  zərf  arasında  yanaşma  əlaqəsi  olur:  kün 
ortusıfjaru  (KT  c  2)  «gün  ortasına»,  tün  ortusıQaru  (KT  c  2) 
«gecə ortasına».
4.  Sifətin müxtəlif nitq hissələrinə yanaşması. Sifətin əsas 
vəzifəsi  özündən  sonra  gələn  adlara  yanaşıb  onları  müxtəlif 
baxımdan təyin etməkdir.
a) Sifət ismə yanaşır, öz sifəti ik xüsusiyyətini tam saxlayır 
və  yanaşdığı  ismi  müxtəlif  baxımdan  təyin  edir.  Müasir  tüık 
dillərində olduğu kimi, qədim türk yazısı abidələrinin dilində də 
sifətin ismə yanaşması inkişaf etmişdir. Bilgə xaqan abidəsindən 
gətirilən yarımçıq cümlə bunu  sübut edir:  ...sanğ altunın,  örürj 
kümüşin,  hrğağhğ  kutayın,  əkinlig  isigitin,  Özlək atm,  adğırm. 
kara kisin, kök tiyinin türkimə,  bodunıma kazğanu birtim (KTşm 
11-12) «...san qızılım, parlaq gümüşünü, qıraqlı  ipəyini, əkinlik 
taxılını, cins at və ayğırını, qara samurunu, göy dələsini türkimə, 
xalqıma qazandım».
b)  Qədim  türk  yazısı  abidələrinin  dilində  bezmi  bir  sifət 
digər  sifətə  yanaşıb  onu  təyin  edir:  turuk  bukalı  (T  5)  «anq 
buğalı», səmiz bukalı (T 5) «kök buğalı».
5.  Sayın  müxtəlif növləri  isim,  sifət  və  zərflərə  yanaşır, 
onları təyin edir.
a) 
Miqdar  saylan  İsimlərə  yanaşır:  tort  bulutj  (KTş  2) 
«dörd tərəf», üç kunkan (KTş 4) «üç kunkan»,  otuz tatar (KTş
4)  «otuz tatar», səkiz yaş (KTş 36) «səkkiz yaş», yetmiş ər (KTş 
12) «yetmiş igid», yetiyüz ər (KTş 13) «yeddi yüz igid» və s.
13

b)  Sıra  sayları  isimlərle  yanaşır:  yetinç  ay  (KTşm  ş) 
«yeddinci ay», eİcinti sü Qüs (MÇ 9) «ikinci döyüş»,  ekinti kün (T 
39) «ikinci gün», törtinç ay (MÇ  15) «dördüncü ay» və s.
c)  Qeyri-müəyyən  miqdar  sayının  müxtəlif  şəkilli  for­
maları  isimlərə yanaşır: az bodun  (KTc  10)  «az xalq»,  üküş kişi 
(KTc  7) «çox adam»,  əligçə эр (T 42)  «əllicə döyüşçü», yüzçə 
ər  (BKş  37)  «yüzcə  döyüşçü»,  eki-üç  kisi  (BKş  41)  «iki-üç 
adam», eki-üç biQ sü (T  14) «iki-üç min qoşun» və s.
ç) Müəyyən və təqribi saylar sifətə yanaşır: üç tuğlığ (MÇ
8)  «üç  bayraqlı»,  biQ yıllığ  (MÇ  21)  «min  illik»,  tümən, künlig 
(MÇ 21) «on min günlük», bir-iki atlığ (MÇ  17) «bir-iki adlı» və 
s.
d)  Say  zərfə  yanaşır:  ekin  ara  (KT  ş  1)  «ikisinin  arası». 
Tərcümədən  də  göründüyü  kimi,  müasir  türk  dillərində  say 
zərfə  yanaşma  əlaqəsi  ilə 
yox,  uzlaşma-idarə  əlaqəsi  ile 
bağlanır.
6. 
Əvəzliyin  müxtəlif növləri  isimlərə,  bəzən  də  saylara 
yanaşır:
a)  İşarə  əvəzliyi  isimlərə  yanaşır  və  birinci  növ  təyini 
(yanaşma əlaqəli) söz birləşmələri əmələ gətirir: ol kan (O  1) «o 
xan», bu sab (КТ c 2) «bu nitq».
b) Təyini əvəzliklər isimlərə yanaşır: kəntü bodun (KT şm 
4) «öz xalqım».
c)  Toplu  əvəzliklər  isimə  yanaşır:  kamuğ  balık  (O  9) 
«hamı  (bütün)  şəhəıflər)»,  kamuğ  bodun  (KT  ş  8)  «hamı 
(bütün) xalq(lar)».
ç)  Sual  əvəzlikləri  isimlərə  yanaşır:  nə  koğan  (KT  ş  9) 
«nə (hansı) xaqan».
d)  ança  «onca»,  bunça  «bunca»  əvəzlikləri  isimlərə 
yanaşır:  bunça  bodun  (BK  c  12)  «bunca  xalq»,  bunça  bəglər 
(BK  c  14)  «bunca  bəylər»,  bunça  bark  (BK  c  q)  «bunca 
sərdabə», ança bodun (KT c 2) «onca xalq»,.
ə)  İşarə əvəzlikləri toplu saylara yanaşır: bu üçəgü (T  12) 
«bu üçlük».
'7.  Feli  sifotlər  isimlərə  yanaşır:  kəligmə  sü  (BK  ş  31) 
«gələn qoşun»,  kəligmə bəglər (T 43)  «gələn  bəylər»,  kəligmə
14
bodun  (T  43)  «gələn  xalq»,  barduk yir (KT  ş  24)  «getdik yer», 
kağanladuk kağan  (KT  ş  9)  «xaqan  qoyduğu  xaqan»,  elsirəmiş 
bodun  (KT  ş  13)  «elsizləşmiş  xalq»,  öltəçi  bodun  (KT  ş  29) 
«öləsi xalq» və s.
Qədim  türk  yazısı  abidələrinin  dilində  tərkibi  saylarm 
tərəfləri də yanaşma əlaqəsi ilə bir-birinə bağlanır: bir yigirminç 
(MÇ  25)  «on  birinci»,  yeti  yüz  (KT  ş  13)  «yeddi  yüz»,  üç 
yegirmi (KT ş  18) «on üç», biş otuz (KT ş  13) «iyirmi beş», yeti 
yegirmi (T 49) «on yeddi» və s.



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə