95
Qədim türk yazısı abidələrinin dilində qoşmalı feli
birləşmələr az işlənir. Lakin hər haldı belə birləşmələrin
işlənməsinə təsadüf edilir; məsələn: te/jri təg bolmış (K T c 1)
«tanrı kimi... olmuş», yir sayu... turu, ölü (КТ c 9) «yer b o y u ...
əldən düşərək», tatıija tə g i... körü (KT c 12, BK şm 15) «yad
adamlara k im i... görərək», Bökli kağanka təgi süləyü (KT ş 8)
«Böklü xaqanma kimi qoşun çəkərək», Təmir kapığka təgi
süləyü (KT ş 8) «Dəmir qapıya kimi qoşun çəkərək», Kül tigin
birlə ölü, yitü (KT ş 27) «Kül tigin ilə əldən düşərək», eki şad
birlə ölü, yitü (KT ş 27) «iki şad ilə əldən düşərək», tetjri tə g ...
yaratmış (BK ş 1, c 13) «tenri kimi ... yaratmış», oğuz bodun
tokuz tatar birlə tirilip (BK ş 34) «oğuz xalqı doqquz tatarlarla
birləşib (toplanıb)», inisi eçisin təg talinmad.uk (KT ş 5) «kiçik
qardaşı böyük qardaşı tək olmadığı», oğh katjın təg kılınmaduk
(KT ş 5) «oğlu atası kimi olmadığı» və s.
TƏRKİBLƏR
Türk dillərində felin təsriflənməyən formaları - məsdər,
feli sifət və feli bağlama özündən əvvəl gələn sözləri idarə
etmək, özünə bağlamaq və ismi birləşmələrə bənzər feli
birləşmələr yaratmaq qabiliyyətinə malikdir. Ümumi dilçilikdə
feli konstruksiyalar adlanan belə sərbəst söz birləşmələri
türkologiyada tərkiblər - məsdər, feli sifət və feli bağlama
tərkibləri adlanır. İkinci və üçüncü ismi (təyini) söz birləşmələri
kimi, məsdər, feli sifət və feli bağlama tərkibləri də müstəqil və
vahid söz birləşmələridir, həmin ismi birləşmələr kimi, bu feli
birləşmələr də cümlənin bir üzvü vəzifəsini yerinə yetirir.
Bu baxımdan qədim türk yazısı abidələrinin dili türk
dilləri arasında istisna təşkil etmir. Əsas fərq bundadır ki, qədim
türk yazısı abidələrinin dilində felin məsdər forması yox
dərəcəsindədir. Buna görə də abidələrin dilində məsdər
tərkibləri işlənmir. Qədim türk yazısı abidələrinin dilində felin
təsriflənməyən formalarından ikisi - feli sifət və feli bağlama
mövcuddur. Abidələrin dilində feli sifət və feli bağlamalar
onlardan əvvəl gələn və onlardan asılı olan sözləri öz ətrafına
96
toplayaraq, idarə edərək feli konstruksiyalar - feli sifət və feli
bağlama tərkibləri əmələ gətirir.
FELİ SİFƏT TƏRKİBLƏRİ
Feli sifət tərkiblərində əsas söz, aparıcı söz feli sifətdir.
Buna görə də feli sifət tərkiblərindən danışarkən feli sifət
yaradan şəkilçiləri əsas əlamət kimi götürmək lazımdır. Qədim
türk yazısı abidələrinin dilində aşağıdakı feli sifət formaları feli
sifət tərkibləri əmələ gətirir.
1.
-mış, -miş (-mis, -mis) şəkilçili feli sifətlərin əmələ
gətirdiyi tərkiblər. Qədim türk yazısı abidələrinin dilində bu
şəkilçinin, bir-iki təsadüfü çıxsaq, yalnız dodaqlanmayan saitli
variantı işlənir, -mış şəkilçisi qədim türk yazısı abidələrinin
dilində üç məqamda işlənir:
1. Fellərə artırılıb nəqli keçmiş zamanı əmələ gətirir,
predikativlik bildirir və cümlənin xəbəri vəzifəsində işlənir.
2. Əsas hərəkətə yardımçı olan hərəkəti bildirən və əsas
hərəkəti keçmiş zamana bağlayan, ona keçmiş zaman çaları
verən köməkçi hərəkəti ifadə edən fellərə qoşulur, feli bağlama
əmələ gətirir.
3. Fellərə qoşulub həmin fellərdən sonra gələn adlan tə
yin etdikdə, yaxud fellərə qoşulub onlan susbtanlivləşdirdikdə
feli sifət yaradır.
-mış şəkilçisi qədim türk yazısı abidələrinin dilində
keçmiş zaman çalarlı feli sifət yaradır.
Qədim türk yazısı abidələrinin dilində bu şəkilçinin -mış
və -mıs variantları arasında qrammatik məna fərqi yoxdur, bu
şəkilçilər identikdir.
Müasir türk dillərində olduğu kimi, qədim türk yazısı
abidələrinin dilində də -mış, -miş şəkilçisi nisbi keçmiş zaman
məfhumu əmələ gətirir; onun yaratdığı feli sifətlər keçmişdə baş
vermiş və artıq bitmiş hərəkətin əlaməti çaları ifadə edir;
məsələn: yeti yüz ər bolıp elsirəmiş, kağansıramış bodumğ,
kü Qədmiş, kuladmış bodumğ türk törüsin ışğmmış bodumğ eçim,
apam törüsinçə yaratmış, boşğurmış (KT ş 13) «Yeddi yüz igid
olub elsizləşmiş, xaqansızlaşmış xalqı, kəniz olmuş, qul olmuş
97
xalqı, türk qanunu itirmiş xalqı əcdadlarımın qanunu əsasmda
təşkil etmiş, öyrətmiş». Tefjri təg teQridə bolmış türk bilgə ka-
ğatt bu ödkə olurtım (КТ c 1) «Tanrı tək tanrıda olmuş (göy
lərdə doğulmuş) türk müdrük xaqanı bu vaxt (taxta) oturdum».
Tetjri təg, tenri yaratmış türk bilgə kağan sabun (BK ş 1) «Tanrı
tək, tanrı yaratmış türk müdrük xaqanı sözüm (budur)».
Qədim türk yazısı abidələrinin dilində -mış, -miş şəkilçili
feli sifətlərin təbii vəzifəsi adlardan əvvəl işlənib onları
müxtəlif baxımdan
təyin
etməkdir.
Yuxanda verilmiş
cümlələrdə -mış şəkilçili feli sifət tərkibləri məhz təyin rolunda
çıxış edir. Lakin müasir türk dillərində olduğu kimi, qədim türk
yazısı abidələrinin dilində də -mış şəkilçiliyi feli sifətlər
substantivləşərək hallana və mənsubiyyət şəkilçisi qəbul edə
bilir. Substantivləşib hallandıqda və mənsubiyyət şəkilçisi qəbul
etdikdə -mış şəkilçili feli sifətlər mübtəda və tamamlıq
vəzifəsini də yerinə yetirə bilir.
-mış şəkilçili feli sifət tərkibi mənsubiyyət şəkilçisi qəbul
edib cümlənin mübtədası vəzifəsində işlənir; məsələn: anta
kalmışı yir sayu кор turu, ölü yorıyur ertig (КТ c 3) «Orada
(sağ) qalmışı yer boyu tamamilə əldən düşərək yürüyürdü». Ida,
taşta kalmışı kobranıp yeli yüz boltı (T 4) «Kolda (çöldə), daşda
qalmışı toplanıb yeddi yüz oldu». Yağmısı ben ertim, Bilgə
Tonyukuk (T 5) «Qoşulanı mən idim - Müdrik Tonyukuk».
Kəlmisi alp, - tidi (T 38) «Gələnləri cəsurdur, - dedi».
Qədim türk yazısı abidələrinin dilində feli sifət tərkiblə
rinin tamamlıq rolunda işlənməsinə təsadüf edilməmişdir.
Qədim türk yazısı abidələrinin dilində -mış şəkilçili feli
sifət tərkiblərinin işlənməsində müasir türk dillərindən bəzi
fərqlənən xüsusiyyətlər do müşahidə edilir.
1.
Müasir türk dillərində feli sifət tərkibi sonra gələn adı
təyin etdikdə tərkibin əsas üzvü olan feli sifət heç bir şəkilçi qə
bul etmir. Qədim türk yazısı abidələrinin dilində isə bəzən -mış
şəkilçili feli sifət tərkibi sonra gələn adı təyin etdikdə feli sifət
şəkilçisindən sonra mənsubiyyət şəkilçisi işlənir; məsələn: ...
anta kalmışı bodun on uyğur, tokuz oğuz üzə yüz yıl olurıp ...
98
(MÇ 3) «... orada qalmış xalq on uyğur, doqquz oğuz (xalqları)
üzərində yüz il oturub...»
2. Müasir türk dillərində -mış şəkilçili feli sifət mən
subiyyət şəkilçisi qəbul edib qoşma ilə işlənmir. Qədim türk
yazısı abidələrinin dilində isə -mış şəkilçili feli sifət həm
mənsubiyyət şəkilçisi qəbul edir, həm də qoşma ilə işlənir;
məsələn: ... bodun ara bolmışın üçün əlig uyamğa adırıltım (Y
15) «... xalq arasında olduğum üçün əlli qohumumdan
ayrıldım».
3. Müasir türk dillərində -mış şəkilçili feli sifət yerlik hal
şəkilçisi ilə işlənmir. Qədim türk yazısı abidələrinin dilində isə
bu feli sifət -da yerlik hal şəkilçisi qəbul edir. Məsələn:
adınlmışta sahnur ertimiz (İ A 1) «Ayrılmağımıza qəmlənirdik».
II.
-duk, -dük, -tuk, -tük şəkilçili feli sifətlərin əmələ
gətirdiyi tərkiblər. Müasir tüık dillərindən bir qismində,
məsələn, Azərbaycan dilində bu şəkilçi yalnız mənsubiyyət
şəkilçisi ilə birlikdə (-dığım, -dığın, -dtğım ız... şəklində) işlənir,
feli sifət əmələ gətirir. Qədim türk yazısı abidələrinin dilində bu
şəkilçi həm mənsubiyyət şəkilçisi ilə, həm də onsuz işlənir.
Qədim türk yazısı abidələrinin dilində -mış şəkilçisi kimi,
-duk, -dük şəkilçisi də iş, hal, hərəkəti keçmiş zaman bağlayır.
Qədim türk yazısı abidələrinin dilində -duk, -dük şəkilçili
feli sifət tərkibləri həm qoşmalarla (əsasən, üçün qoşması ilə),
həm də qoşmalarsız işlənə bilir; məsələn: Tefjri küç bertük üçün
kaljım kağan süsi böri təg ermis, yağısı koy təg ermis (KT ş 12)
«Tanrı güc verdiyi üçün atam xaqanın qoşunu qurd kimi imiş,
yağısı qoyun kimi imiş». ... közün körmədük, kulkakın esidmə-
dük, bodunımın ilgərü kün loğsıkıtja, birigərü tabğaçka, kurı-
ğaru... (BK şm 11)«... gözü ilə görməyən, qulağı ilə eşitməynə
xalqımı şərqə gündoğana, cənuba Tabğaça, qərbə ...».
Qədim türk yazısı abidələrinin dilində -duk. -dik şəkilçili
feli sifət tərkiblərinin əsas vəzi fes i adlardan əw əl işlənib onları
təyin etməkdir, lakin abidələrin dilində bu feli sifət tərkibləri
mübtəda, tamamlıq, xəbər, xüsusən zərflik vəzifələrində də
işlənir.
99
1. -duk, -dük şəkilçili feli sifət tərkibləri təyin vəzifəsində.
Bu vəzifədə feli sifətlər heç bir şəkilçi qəbul etmir, sonra gələn
adlara yanaşır, onları təyin edir; məsələn: Bəyləri, bodum tüzsiz
üçün, tabğaç bodun təbliğin /cürlik üçün, armakçtsın üçün, inili-
eçili kiQsürtükin üçün, bəgli-bodunlığ yoQşurtukın üçün türk
bodun illədük ilin ıçğınu ıdmıs, kağanladuk kağanın yitirü ıdmıs
(KT ş 6-7) «Bəyləri, xalqı döz olmadığı üçün, tabğaç xalqının
təhriki hiyləgər olduğu üçün, cəzbedici olduğu üçün, kiçik
qardaşları böyük qardaşların üstünə salışdırdığı üçün, bəylərlə
xalqı bir-birinin üstünə qaldırdığı üçün türk xalqı yaratdığı elini
dağıtmış, xaqan qoyduğu xaqanını sona yetirmiş».
2. -duk, -dük şəkilçili feli sifət tərkibləri mübtəda vəzifə
sində. Bu vəzifədə feli sifətlər heç bir şəkilçi qəbul etmir, lakin
müstəqil şəkildə (yəni, adlara qoşulmadan) işlənib cümlənin
mübtədası olur; məsələn: Karluk isi Qə kəlmədük tidi (MÇ 25)
«Karluklar müttəfiqlərinin yanına gəlmədi, - dedi».
3. -duk şəkilçili feli sifət tərkibi xəbər vəzifəsində. Bu feli
sifət tərkiblərindən sonra ır/ir naqis feli işlənir və feli sifət
tərkibi xəbər vəzifəsini yerinə yetirir; məsələn: An ta kisrə inisi
eçisin tək kıhnmaduk erinç, oğlı ka Qın təg kılınmaduk erinç (KT
ş 5) «Ondan sonra kiçik qardaşı böyük qardaşı kimi olmadı, oğlu
atası kimi olmadı».
4. -duk şəkilçili feli sifət tərkibi tamamlıq vəzifəsində.
Tərkibin son sözü - feli sifət hallanır və tərkib cümlənin tamam-
lığı olur; məsələn: ... bilməz biligin biltükimin, ödiikimin bunça
bitig bitidim (KÇ 28) «... bilməz biliyin bildiyini, nəsihətini
(öyüdünü) bunca yazı yazdım».
5. -duk şəkilçili feli sifət tərkibi zərflik vəzifəsində.
Qədim türk yazısı abidələrinin dilində -duk şəkilçili feli sifət
tərkibləri ən çox. cümlənin zərfliyi vəzifəsində işlənir. Bu feli
sifət tərkibləri cümlənin müxtəlif zərfliyi vəzifəsini yerinə
yetirir.
a) -duk feli sifət şəkilçisindən sonra heç bir şəkilçi
artırılmır və feli sifət tərkibi bütövlükdə cümlənin səbəb zərfliyi
olur; məsələn: Yağı bohp itinü, yaratunu umaduk yana içikmis
100
(KT ş 10) «Yağı olub (özünə el) təşkil etməyi bacarmadığından
yenə tabe olmuş».
b) -duk feli sifət şəkilçisindən sonra -gərü istiqamət hal
şəkilçisi qəbul edən feli sifət əvvəl gələn sözləri idarə edir, feli
sifət tərkibi yaradır və tərkib bütövlükdə cümlənin səbəb-məq
səd zərfliyi olur; məsələn: Bunça isig-küçig bertükgərü salan
madı (KT ş 10) «Bu qədər zəhmətini verdiyinə heyfsilənmədi».
c) -duk şəkilçili feli sifət əvvəlcə mənsubiyyət şəkilçisi,
sonra yönlük hal şəkilçisi qəbul edir, feli sifət tərkibi yaradır və
tərkib bütövlükdə cümlənin səbəb zərfliyi vəzifəsini yerinə
yetirir; məsələn: Mən özüm kağan olurtukıma... yir sayu barmış
bodun ölü, yitü, yadağın, yalıQın yana kəlti (KT ş 27) «Mən
özüm xaqan oturduğuma görə ... yer üzünə səpələnmiş xalq
əldən düşmüş halda, piyada, yalın yenə gəldi».
ç) Qədim türk yazısı abidələrinin dilində -duk şəkilçili feli
sifət tərkibləri ən çox üçün qoşması ilə işlənir və cümlənin
səbəb-məqsəd zərfliyi olur. Bu feli sifət tərkiblərinin üçün
qoşması ilə işlənməsi özünü iki şəkildə göstərir:
1) Feli sifət əmələ gətirən - duk şəkilçisindən sonra feli
sifətə heç bir şəkilçi artırılmır, feli sifət tərkibi üçün qoşması ilə
birlikdə cümlənin səbəb-məqsəd zərfliyi olur; məsələn: Anta
kisrə teQn biligbertük üçün özüm ök kağan kısdım (T 6) «Ondan
sonra tanrı bilik verdiyi üçün məhz özüm xaqan seçdim».
2) Feli sifət əmələ gətirən -duk şəkilçisindən sonra feli si
fət mənsubiyyət şəkilçisi qəbul edir və ona qoşulan üçün
qoşması ilə birlikdə feli sifət tərkibi bütövlükdə cümlənin sə
bəb-məqsəd zərfliyi vəzifəsini yerinə yetirir; məsələn: Mən
özüm kağan olurtukım üçün türk bodunığ... kılmadım (BK ş 36)
«Mən özüm xaqan oturduğum üçün türk xalqını ... cəzalandır
madım». Kazğantukın üçün, uduğ özüm kazğantukım üçün il
yəm ə il boltı. bodun yəmə bodun boltı (T 55-56) «Qazandığı
üçün, ardınca özüm qazandığım üçün el də el oldu, xalq da xalq
oldu».
III.
-ğnta, -gmə şəkilçili feli sifətlərin əmələ gətirdiyi
tərkiblər. Qədim türk yazısı abidələrinin dilində -ğma, -gmə (-
ığma, - igmə) şəkilçisi indiki zaman məzmunlu feli sifətlər
101
əmələ gətirir. Bu feli sifətlər həm müstəqil şəkildə, təklikdə
işlənərək atributiv funksiyada cümlədə təyin vəzifəsini yerinə
yetirir, həm və substantivləşərək cümlənin mübtədası,
tamamlığı, hətta ir/er naqis feli ilə birlikdə cümlənin xəbəri
vəzifəsində də çıxış edir, -ğma, -gmə şəkilçili feli sifətlər
onlardan əvvəl gələn sözləri də idarə edib feli sifət tərkibləri
əmələ gətirir və əsasən, özündən sonra gələn sözün təyini
funksiyasını yerinə yetirir; məsələn: Oza, yaya kəligmə süsirt
ağıtım (BK ş 31) «(Bizi) mühasirə etməyə, dağıtmağa gələn
qoşununu qovdum». Türk amtı bodun, bəglər, bödkə körigmə
bəglər, gü yatjdtaçı siz (КТ с 11) «Türkün indiki xalqı, bəyləri,
taxta baxan bəylər, axı yanılasısınız». Tinəsi oğlı yatığma tağka
təgmis (T 47) «Tinəsi oğlu yatan dağa çatmış». Bu bitig bitigmə
aüsı Yolığ tigin (КТ c 13) «Bu yazını yazan kiçik qohumu Yolığ
tigin» və s.
Qədim türk yazısı abidələrinin dilində cümlədə təyin
vəzifəsini yerinə yetirən -ğma, -gmə şəkilçili feli sifət tərkibləri
bu mənaları bildirir:
1. Təyin etdiyi əşyaya məxsus daimi əlaməti bildirir;
məsələn: Türk bodun atı, küsi yok bolmazun tiyin kanım
kağamğ, ögim katunığ kötürmüş tetjri, il bir i gmə teljri, türk
bodun atı, küsi yok bolmazun tiyin özümin ol tetjri kağan olurtdı
erinç (KT ş 25-26) «Türk xalqının adı, şöhrəti yox olmasın
deyə, atam xaqanı, anam xatunu yüksəltmiş tanrı, el verən tanrı
türk xalqının adı, şöhrəti yox olmasın deyə özümü o tanrı xaqan
oturtdu».
2. Proses bildirir; məsələn: Oza, yaya kəligmə silsin ağıtım
(BK ş 31) «(Bizi) mühasirə etməyə, dağıtmağa gələn qoşununu
qovdum». Türk amtı bodun, bəglər, bödkə körigmə bəglər, gü
yatjıltaçı siz (КТ с 11) «Türkün indiki xalqı, bəyləri, taxta baxan
bəylər, axı yanılasısınız». Bark itgüçi, bədiz yaratığma, bitig tuş
itgüçi Tabğaç kağan çikanı ÇatJ sotjün kəlti (KT şm 13)
«Sərdabə tikən, naxış yaradan, yazılı daş düzəldən Tabğaç
xaqanının qaynı Çan sənün gəldi». Yetiyüz kisig uduzığma uluğu
şad erti (T 4-5) «Yeddi yüz adamı ardınca aparan ulu adam şad
idi». Bu bitig bitigmə atısı Yolığ tigin (KT c 13) «Bu yazmı
102
yazan kiçik qohumu Yolığ tigin». Bunca bitig bitigmə Kül tigin
atısı Yolığ tigin bitidim (KT c ş) «Bunça yazı yazan Kül tiginin
kiçik qohumu Yolığ tigin yazdım». Olurtuhmaöltəçiçə
sakımğma türk bəglər, bodun ögürip, sebinip toktamış közü
yögərü körti (BK ş 2) «Mən (taxta) oturanda öləcəyini düşünən
türk bəyləri, xalqı öyünüb, sevinib toxtamış gözü ilə yuxarı
(taxta) baxdı».
3. Məkan mənası bildirir: Yinçü ügüzig keçə Tinəsi oğlı
yatığma Betfügək tağı ertü (T 44) «İnci çayını keçərək Tinəsi
oğlu yatan Benlügək dağını ...». Tinəsi oğlı yatığma tağka
təgmis (T 47) «Tinəsi oğlu yatan dağa çatmış».
IV .
-r, -ır,
- ir , -u r , -ü r ,
-ar, -ər
şə k ilç ili fe li sifə tlə rin
ə m ə lə g ə tir d iy i tə r k ib lə r .
Türk dillərində, o cümlədən qədim
türk yazısı abidələrinin dilində bu şəkilçilər felin zamanlarını
əmələ gətirməklə yanaşı indiki zaman (-ır, -ir) və gələcək
zaman (-ar, -ər) çalarlı feli sifətlər də əmələ gətirir.
Qədim türk yazısı abidələrinin dilində bu feli sifət
düzəldən şəkilçinin qapalı saitli (-ır) variantı açıq saitli (-ar)
variantına nisbətən daha çox işlənir. Burada bu şəkilçilərin
işlənməsinin bir xüsusiyyətini izah etmək lazımdır: hər iki
şəkilçinin samitlə bitən fellərə artırılması eynidir - şəkilçi
bilavasitə fel kökünə bitişdirilir; bu şəkilçinin saitlə bitən fellərə
artırılmasında isə fərq mövcuddur: a) qapalı saitli (-ır) variant
saitlə bitən fellərə artırıldıqda iki sait arasına у samiti artırılır; b)
açıq saitli (-ar) variant saitlə bitən fellərə atrıldıqda saitlərdən
biri düşür; müqayisə ct: yaşayur (KT şm 2) «yaşayır» və atjlar
(T 34) «anlayar».
Qədim türk yazısı abidələrinin dilində bu feli sifət
düzəldən şəkilçinin qapalı saitli (-ır) variantının felin inkar
aspektində işləndiyinə təsadüf edilməmişdir, açıq saitli (-ar)
variantı isə inkar aspektində (-maz, -məz tərkibində) işlənir:
bilməz (KT şm 10) «bilməz», körməz (KT şm 10) «görməz».
Qədim türk yazısı abidələrinin dilində -ır və -ar şəkil
çilərinin yaratdıqları sözlər üç vəzifədə - atributiv, predikativ və
substantiv funksiyalarda çıxış edir. Bunlardan yalnız birincisində
əmələ gələn sözlər feli sifətlərdir. Qədim türk yazısı abidələ
103
rinin dilində -ır və -ar şəkilçiləri ilə düzələn feli sifətlər Özlə
rindən əvvəl gələn sözləri idarə edərək feli sifət tərkibləri
yaradır və cümlədə müxtəlif vəzifələri yerinə yetirir. Bu
tərkiblərin əsas vəzifəsi cümlədə təyin rolunu yerinə yetir
məkdir. Tərkibin aparıcı üzvü - feli sifət şəxs şəkilçisi qəbul
etdikdə tərkib dağılır, feli sifət təsriflənən fel cərgəsinə keçir və
cümlənin xəbəri olur. Feli sifət substantivləşəndə feli sifət
tərkibləri adlıq halda cümlənin mübtədası, digər hallarda isə
tamamlığı vəzifəsini yerinə yetirir. Feli sifət tərkibi cümlədə
zərflik vəzifəsində də işlənir.
1. -ır və -ar şəkilçili feli sifət tərkibləri təyin vəzifəsində.
Bu vaxt feli sifət forma şəkilçisindən başqa heç bir şəkilçi qəbul
etmir; məsələn: Bilig bilməz kisi ol sabığ alıp, yağru barıp, üküs
kisi öltig (КТ c 7) «Sadəlövh (bilik bilməz) adam o sözə al
danıb, yaxm gedib, çoxlu adam öldün».
2. -ır və -ar şəkilçili feli sifət tərkibləri mübtəda vəzifə-
sisndə. Tərkibin aparıcı sözü olan feli sifət subslantivləşərək
idarə etdiyi sözlərlə birlikdə cümlənin mübtədası olur; məsələn:
Tört buluQdakı edgüsi, uyan tirilipən mətjiləyir, bodizləyir (IB
42) «Dörd tərəfdəki yaxşılan, ağıllıları toplaşıb zövq alır,
süsləyir».
3. -ır, -ar şəkilçili feli sifət tərkibləri səbəb-məqsəd zərf-
liyi vəzifəsində. Bu feli tərkiblər üçün qoşması ilə işlənərək
cümlənin səbəb-məqsəd zərfliyi vəzifəsini yerinə yetirir; mə
sələn: Yüz ər kadaşım uyarım üçün, yüz ərən əlig öküzün təgdük
üçün adırıltım (Y 10) «Yüz igid dostum güclü olduğu üçün, yüz
ərən əlli öküzə hücum etdiyi üçün ayrıldım».
Qədim türk yazısı abidələrinin dilində bu feli sifət tərkibi
qoşma qəbul etmədən də cümlənin səbəb-məqsəd zərfliyi ola
bilir; məsələn: В il gə Taçam yoğın alur ağırjın qazğantım (O 12)
«Bilgə Taçamı dəfh etdiyim üçün sərvətimi qazandım».
4. -ır və -ar şəkilçili feli sifət tərkibləri tərzi-hərəkət
zərfliyi vəzifəsində. Bu feli tərkiblər təg «kimi» qoşması ilə
işləndikdə cümlənin tərzi-hərəkət zərfliyi olur; məsələn: Körür
közim hörməz təg, bilir biligim bilməz təg boltı (KT şm 10)
«Görən gözüm görməz kimi, bilən biliyim bilməz kimi oldu».
104
5.
-ır və -ar şəkilçili feli sifət tərkibləri nəticə zərfliyi
vəzifəsində. Qədim türk yazısı abidələrinin dilində bu feli sifət
tərkibləri nəticə zərfliyi vəzifəsini də yerinə yetirir; məsələn:
Katunı ağırarınta tulı kalmış (Tl. 1) «Xatunu (onun)
xəstələnməsindən dul qalmış».
FELİ BAĞLAMA TƏRKİBLƏRİ
Feli bağlama tərkibi feli bağlamaların onlardan asılı olan,
onların ifadə etdiyi sözlərlə əmələ gətirdiyi feli söz birləşmələ
rinə deyilir. Feli bağlama ondan əvvəl işlənən sözləri öz ətRa-
fında toplayır, özünə tabe edir, onları idarə edir və feli bir
ləşmələrin əsas, aparıcı sözü olur. Təsriflənməkdən başqa bütün
fellik xüsusiyyətləri feli bağlamada vardır: feli bağlama təsdiq
və inkarda, təsirli və təsirsiz olur, məna növlərinə malikdir.
Qədim türk yazısı abidələrinin dilində feli bağlama
tərkibləri inkişaf etmiş sistemə malikdir. Müasir türk dillərində
işlənən feli bağlamaların, demək olar ki, hamısı qədim türk
yazısı abidələrinin dilində mövcud olmuşdur və onların, demək
olar ki,hamısı feli bağlama tərkibi düzəldir. Y.M.Seyidov feli
bağlama tərkiblərini belə səciyyələndirir: «Söz birləşmələrinin
bir növü olaraq feli bağlama tərkiblərinin aşağıdakı spesifik
xüsusiyyətləri vardır.
A. Feli bağlama tərkiblərinin formal xüsusiyyətləri:
1) feli bağlama tərkibi feli bağlama ilə başqa sözlərin
birləşməsindən əmələ gəlir;
2) feli bağlama tərkibi iki və ikidən artıq (üç, dörd, b eş...)
sözdən ibarət ola bilər;
3) feli bağlama tərkibinin daxilində bir neçə başqa söz
birləşmələri ola bilər;
4) feli bağlama özü tərkibin axırında, feli bağlama
tərkibindəki başqa sözlər feli bağlamadan əvvəl gəlir;
5) feli bağlama tərkibindəki sözlər cümlə üzvlərinə uyğun
olaraq sıralanır.
B. Feli bağlama tərkiblərinin məna xüsusiyyətləri:
Dostları ilə paylaş: |