Dərs vəsaiti baki nurlan 2 0 0 6 Elmi redaktoru



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə7/39
tarix21.04.2017
ölçüsü112 Kb.
#14972
1   2   3   4   5   6   7   8   9   10   ...   39

76
tərəfi  ikinci  növ  sadə  təyini  söz  birləşməsi  ilə  ifadə  olunanlar;
3)  birinci  tərəfi  ikinci,  ikinci  tərəfi  birinci  növ  sadə  təyini  söz 
birləşməsi  ilə  ifadə  olunanlar;  4)  hər  iki  tərəfi  ikinci növ  sadə 
təyini söz birləşməsi ilə ifadə olunarlar.1
1.  Hər  iki  komponenti  birinci  növ  sadə  təyini  söz 
birləşməsi  ilə  ifadə  olunanlar:  tabğaç  kağamrj  içrəki  bədizçig 
(КТ  c  12)  «tabğaç  xaqanının  saray  naxışçısı»,  Baz  Icağan  tokuz 
oğuz bodun  (KT  ş  14)  «Baz xaqanın  doqquz oğuz xalqı»,  Yəgin 
Silig  begin  kedimlig  torığ  at  (KT  ş  33)  «Yəgin  Silig  bəyin 
yəhəri i-yüyənləi kəhər atı».
2.  Birinci komponenti birinci, ikinci komponenti ikinci növ 
sadə  təyini  söz  birləşməsi  ilə  ifadə  olunanlar:  Kapağan  kağan 
türk  sir  bodun yeri  (T  60)  «Kapağan  xaqanın  türk  sir  xalqının 
yeri».
3.  Birinci komponenti ikinci, ikinci komponenti birinci növ 
sadə təyini  söz birləşməsi  ilə ifadə olunanlar:  Bayna sanun oğlı 
külig çor (Y 7) «Bayna sanunun oğlu məşhur sərkərdə».
4.  Hər  iki  komponenti  ikinci  növ  sadə  təyini  söz 
birləşməsi  ilə  ifadə  olunanlar:  Kül  tudun  inisi  Altun  Tamğan 
tarkan yoğı  (İA  1) «Kül tudunun  kiçik qardaşı  Altun Tamğanın 
larkanm dəfni».
5.  Bəzən qədim türk yazısı  abidələrinin dilində müasir dil 
baxımından heç bir düstura daxil edilə bilməyən, lakin hər halda 
dördsözlü 
mürəkkəb 
təyini 
söz 
birləşməsi 
olan 
söz 
birləşmələrinin  işlənməsinə  də  təsadüf  edilir;  məsələn:  türk 
kara kamuğ bodun  (KT ş 8-9) «türk qara hamı (bütün) xalq».
TƏKTƏRƏFL) TƏYİNİ SÖZ BİRLƏŞMƏLƏRİ
Bu  təyini  söz  birləşmələrini  təktərəfii,  təktərkibli, 
yarımçıq,  birinci  tərəfi  ixtisara  düşən  təyini,  yaxud  ismi  söz 
birləşmələri də adlandırırlar.  Bu  elə təyini söz birləşməsidir ki, 
onun  birinci  tərəfi  söz  birləşməsində  iştirak  etmir,  yaxud 
ümumiyyətlə olmur.  Söz birləşməsi təkcə ikinci tərəfdən ibarət 
olur.  Əlbəttə,  təktərəfii  təyini  söz  birləşməsi  ifadəsinin  özü
1  M ü a sir A zərbaycan dili.  Sintaksis.  I, B akı,  1959, s.  163.
77

ziddiyyətlidir,  söz  birləşməsi  terminini  danır;  çünki  söz 
birləşməsi  dedikdə  leksik  mənası  olan  heç  olmasa  iki  sözün 
tabelilik  əsasında  birləşməsi  nəzərdə  tutulur.  Təktərəfli  təyini 
söz birləşmələri  isə  təkcə  bir  sözdən  ibarət  olur.  Lakin  bu  tip 
təyini  söz  birləşmələrini  söz  də  adlandırmaq  olmaz,  çünki 
bunlar  mənsubiyyət  şəkilçisi  ilə  işlənir  və  həmin  şəkilçi 
vasitəsilə hansısa bir sözə bağlıdır.  Həmin söz harada isə təyini 
söz  birləşməsinin  işləndiyi  cümlələrdə  də,  həmin  cümlədən 
əvvəlki,  yaxud  sonrakı  cümlələrdən  birində də  ola  bilər.  Buna 
görə  də  bu  tipli  ifadələri  təyini  söz  birləşməsindən,  lakin 
təktərəfli 
(birinci 
tərəfi 
olmadığı 
üçün) 
təyini 
söz 
birləşməsindən başqa bir adla adlandırmaq olmur.  Lakin onu  da 
qeyd etmək lazımdır ki, təktərəfli təyini söz birləşmələri birinci, 
ikinci,  üçüncü  və  mürəkkəb  təyini  söz  birləşmələrindən  əsaslı 
şəkildə  fərqlənir.  Ən  böyük  fərq  ondan  ibarətdir  ki,  bu  söz 
birləşmələri  təkcə  bir  tərəfdən  -   ikinci  tərəfdən  ibarətdir, 
birleşmənin  birinci  tərəfi  yoxdur,  ya da buraxılmışdır,  haradasa 
təktərəfli  təyini  söz birləşməsindən aralıda yerləşir. Ancaq buna 
baxmayaraq,  bu  birleşmənin  qrammatik  quruluşu  elədir  ki,  ona 
bütöv  bir  birləşmənin  tərkib  hissəsindən  başqa  cüm  baxmaq 
olmur.
Qədim  türk  yazısı  abidələrinin  mətnləri,  əsasən,  xalqa 
müraciət  şəklində  yazılmışdır.  Buna  görə  də  abidələrin  dili  o 
qədər  incə,  zərif şəkildə cilalanmış, o qədər lakonikdir ki,  bun­
larda dilə ağırlıq gətirən söz və ifadəyə, demək olar ki, rast gəl­
mək  olmur.  Bu  abidələrin  dili  həmin  dövrün  koyne  ədəbi  dili 
olsa da,  mümkün  qədər ümumxalq  danışıq  dilinə  uyğunlaşdırıl­
mışdır ki,  müxtəlif qəbilələrin nümayəndələri  onu  başa  düşsün. 
Məhz  lakoniklik,  ümumxalq danışıq  dilinə  yaxınlıq qədim  türk 
yazısı abidələrinin dilində təyini  söz birləşmələrinin  birinci  tə­
rəfinin düşməsinə  səbəb olmuşdur. Təktərəfli  təyini söz birləş­
mələrinin  təzahürü  yazılı  ədəbi  dilin  xəlqiləşdirilməsinin  nəti­
cəsidir.  Təktərəfli təyini  söz birləşmələri  ədəbi dilə ümumxalq 
danışıq  dilindən  gəlmişdir.  Yazılı  ədəbi  dil  ümumxalq  danışıq 
dilinə  nə  qədər  çox  yaxınlaşırsa,  təktərəfli  təyini  söz  birləş­
mələrinin onda işlənməsi  bir o  qədər artır.  Məhz buna görə  də
78
qədim  türk  yazısı  abidələrinin  dilində  təktərəfli  təyini  söz 
birləşmələri bol-bol işlənir.
Müasir  türk  dillərində  olduğu  kimi,  qədim  türk  yazısı 
abidələrinin dilində də struktur quruluşuna görə təktərəfli təyini 
söz  birləşmələrinin  iki  növü  vardır:  1)  birinci  tərəfi  ixtisar 
edilmiş təktərəfli təyini söz birləşmələri; 2) birinci tərəfi ixtisar 
edilməyən,  zəif təsəvvür  edilən,  çətin  tapılıb  yerinə  qoyulan, 
birinci tərəfi uydurulan təktərəfli təyini söz birlələşmələri.
Qədim türk yazısı abidələrinin dilində təktərəfli təyini söz 
birləşmələrinin  birinci  növü  daha  çox  inkişaf  etmiş,  geniş 
yayılmışdır. Belə birləşmələrdə təkrardan qaçınmaq üçün birinci 
tərəf  ixtisar  edilir,  lakin  ya  elə  həmin  cümlədə,  ya  da  əvvəl 
gələn  cümlədə  mövcud  olur.  Ümumiyyətlə,  qədim  türk  yazısı 
abidələrinin  dilində  təkrardaq  qaçınmaq  xatirinə  birinci  tərəfi 
ixtisar edilmiş təktərəfli təyini söz birləşmələri birlikdə götürül­
müş  ikinci  və  üçüncü  növ  təyini  söz  birləşmələrindən  (məlum 
olduğu  kimi, ikinci və üçüncü növ təyini söz birləşmələrinin də 
ikinci  tərəfləri  mənsubiyyət  şəkilçisi  qəbul  edir)  daha  çox 
işlənir.  Abidələrin  dilində  birinci  tərəfin  ixtisar  edilməsi  nəti­
cəsində  yaranmış  təktərəfli  təyini söz birləşmələrinin  mətn da­
xilində  işlənməsinə burada nümunələr vermək imkan xaricində 
olduğu  üçün  bir neçə  təktərəfli  təyini  söz  birləşməsi  məmdən 
xaricdə  təqdim  edilir: yazı  (BK  şm  8)  «yazında», yayı  (BK  ş 
39) «yayında», küzü (MÇ 20) «payızında», kışı  (BK c 2) «qışın­
da»,  ebi,  barla,  yılkısı,  kızı  (MÇ  14)  «evi,  sarayı,  ilxısı,  qızı», 
yılkısı, barımı, kızı,  kuluzı (MÇ  15) «ilxısı, dövləti, qızı, arvadı», 
barkı,  bədizi,  bitig  taşı  (KT  şm  ş)  «sərdabəsi,  naxışı,  yazılı 
daşı»,  inisi,  eçisi,  oğh,  karjı  (KT ş 21,  5) «kiçik qardaşı, böyük 
qardaşı, oğlu, atası», içi,  taşı (BK şm  14;  KT şm ş) «içi, bayırı», 
atı,  küsi  (BK  ş  36)  «adı,  küyü  (şöhrəti)»,  süsi,  eli  (BK  ş  34) 
«qoşunu,  eli»,  sabı,  ötügi  (BK  ş  34)  «xəbəri,  xahişi»,  oğuşı, 
bodum,  bisüki (KT c  6)  «qəbiləsi,  xalqı, nəsli»,  tatı  (KT с  12) 
«yadı», atısı  (KT c  13) «kiçik qohumu»,  bəgl&ri,  bodum (KT ş 
3, 6) «bəyləri, xalqı», oğh, yotızı, yılkısı,  barımı (BK c 3) «oğlu, 
gəlini, ilxısı, dövləti» və s. və i.a.
79

Qədim  türk  yazısı  abidələrinin  dilində  birinci  tərəfi 
olmayan,  zəif təsəvvür  edilən  təktərəfli  təyini  söz birləşmələri 
əvvəlki  təktərəfli  təyini  söz birləşmələrinə  nisbətən  az  işlənir; 
məsələn:  Anta  kisrə  inisi  kağart  bolmıs  erinç,  oğlı  ta  kağan 
bolmıs  erinç,  oğlı  kaQın  təg  kılınmaduk  erinç,  biligsiz  kağan 
olurmıs  erinç,  yablak  kağan  olurmıs  erinç.  Buyurukı  yəmə 
biligsiz erinç, yablak ermis erinç  (KT ş 4-5) «Ondan sonra kiçik 
qardaşı  xaqan  oturmuş,  oğlu  da  xaqan  oturmuş.  Ondan  sonra 
kiçik qardaşı  böyük qardaşı  kimi  olmadığından,  oğlu  atası  kimi 
olmadığından biliksiz xaqan  (taxta) oturmuş,  yava xaqan  (taxta) 
oturmuş.  Əyanları  da biliksiz  imiş,  yava  imiş».  Kamuğı y iti yüz 
ər bolmıs (KT ş  13-14) «Hamısı yeddi yüz igid olmuş». Kamuğı 
bis  otuz  sülədimiz  (KT  ş  18)  «Cəmisi  iyirmi  beş  dəfə  qoşun 
çekdik». İnisi eçisin bilməz erti,  oğlı katjm bilməz erti (KT ş 21) 
«Kiçik  qardaşı  böyük  qardaşını  tanımazdı,  oğlu  atasını 
tanımazdı».
Qədim  türk  yazısı  abidələrinin  dilində  ilin  fəsillərinin 
adları  yalnız  təktərəfli  təyini  söz  birləşmələri  kimi  işlənir; 
məsələn:  Mağı  kurğan kışlap yazı Qa oğuzğarı sü taşıktımız (KT 
şm  8)  «Mağı  kurqanda  qışlayıb  yazında  oğuzlara  qarşı  qoşunla 
sərhədi  keçdik».  Yalabaçı,  edgü  sabı,  ötüki  kəlməz  liyin  yayın 
sülədim  (BK  ş  39)  «Elçisi,  yaxşı  xəbəri,  xahişi  gəlməz,  -  deyə 
yayında  qoşun  çəkdim».  Ançıp  ol y ıl  küzin  ilgəri yorıdım  (MÇ
20)  «Ondan sonra həmin ilin payızında şərqə yürüş etdim».  Otuz 
artukı  tokuz yaşıma yazın  tatabı  tapa  sülədim  (BK  c  2)  «Otuz 
doqquz yaşımda yazında tatabılara qarşı qoşun çəkdim».
TƏYİNİ  SÖZ  BİRLƏŞMƏLƏRİNƏ DAXİL OLMAYAN 
İSMİ  SÖZ BİRLƏŞMƏLƏRİ
Qədim  türk  yazısı  abidələrinin  dilində  elə  ismi  söz 
birləşmələrinə  təsadüf  edilir  ki, 
məzmunca  ismi 
söz 
birləşmələrinə  daxil  olur,  lakin  şəklinə,  formasına  görə  onları 
təyini söz birləşmələrinə daxil etmək mümkün deyildir. Həm də 
bu  ismi  söz  birləşmələri  ara-sıra  deyil,  kütləvi  şəkildə  işlənir. 
Məsələn, kaQım  kağan  «atam  xaqan»  ismi  söz birləşməsi  təkcə
80
Kül  tigin  abidəsində  altı  dəfə  işlənir,  yenə  də  həmin  abidədə 
inim Kül tigin «kiçik qardaşım Kül tigin» ismi söz birləşməsinin 
işlənməsinə  beş  dəfə  təsadüf  edilir.  Bu  birləşmələr,  habelə 
digər  birləşmələr  bütün  qədim  türk  yazısı  abidələrinin 
mətnlərində kifayət qədər işlənir.
Qədim türk yazısı  abidələrinin mətnlərində işlənən təyini 
söz  birləşmələrinə  daxil  olmayan  ismi  birləşmələri  belə 
qruplaşdırmaq olar:
1. İsmi birləşmənin hər iki tərəfi isimlə ifadə edilir, birinci 
tərəfi  mənsubiyyət  şəkilçisi  qəbul  edir,  ikinci  tərəfi  heç  bir 
şəkilçi  qəbul  etmir;  məsələn:  kaQım  şad  (O  9)  «atam  şad», 
kanım  kağan  (KT  ş  15)  «atam  xaqan»,  eçim  kağan  (KT  ş  17) 
«əmim  xaqan»,  inim  Kül  tigin  (KT  ş  26)  «kiçik  qardaşım  Kül 
tigin»,  eçüm-apam  Bumın  kağan  (KT  ş  1).«əcdadım  Bumın 
xaqan»,  eçüm-apam  İstəmi  kağan  (KT  ş  1)  «əcdadım  İstəmi 
xaqan»,  eçümiz-apamız  Bumın  kağan  (O  1)  «əcdadımız Bumm 
xaqan»,  ka Qım  İltəris  kağan  (KT  ş  11)  «atam  İltəris  xaqan», 
ögim İlbİlgə katun (KT ş  11) «anam İlbilgə xatun»,  ögim katun 
(KT ş 25) «anam xatun», kaQım Kül Bilgə kağan (MÇ 5) «atam 
Kül  Bilgə  xaqan»,  atısı  Yolığ  tigin  (KT  cq)  «kiçik  qohumu 
Yolığ tigin» və s.
2.  Birinci  tərəf  isimlərlə  ifadə  edilir  və  əsasən,  üçüncü 
şəxs  mənsubiyyət  şəkilçisi  qəbul  edir,  ikinci  tərəf  sifətlərlə 
ifadə  edilir  və  heç  bir  şəkilçi  qəbul  etmir;  məsələn:  sabı süçig 
(KT  c  5)  «sözü  şirin»,  ağıçı  yımşak  (KT  c  5)  «hədiyyəsi 
yumşaq».
Təyini  söz  birləşmələrinə  daxil  olmayan  ismi  söz 
birləşmələrinin  bu  tipi  müasir  türk  dillərində,  xüsusən  müasir 
Azərbaycan  dilində  geniş  şəkildə  işlənsə  də,  hələ  lazımınca 
tədqiq  edilməmiş,  yalnız  bir-iki  dilçilik  əsərində  ona 
toxunulmuşdur.
3.  Hər iki tərəfi  isimlərlə ifadə edilir, birinci  tərəfi yönlük 
hal şəkilçisi qəbul  edir,  ikinci  tərəfi  heç  bir şəkilçi qəbul etmir; 
məsələn:  üzə teQri kan  (O  12)  «üstdə  müqəddəs  xan»,  üzə  kök 
teQri  (KT  ş  1)  «üstdə  mavi  göylər»,  asra yağtz  yer  (KT  ş  1)
81

«altda  qonur yer»,  üzə  terjri  (BK  ş  35)  «üstdə  tanrı»,  asm  yer
(BK şm  10) «altda yer».
4.  Birinci tarəf yönlük halda olan isimlə,  ikinci tə r ə f adlıq 
halda  olan  isimlə  ifadə  edilir.  Bu  tip  ismi  söz  birləşmələrinin 
üçüncü  bənddəki  ismi  söz  birləşmələrindən  fərqi  odur  ki, 
üçüncü  bənddə  birinci  tərəf yönlük  halda  dursa  da,  yerlik  hal 
məzmununda  işlənir,  burada  isə yönlük  halda durub yönlük  hal 
məzmununda  işlənir;  məsələn:  bəriyə şad-apıt bəglər (КТ  c  1) 
«cənuba şad-apıt bəylər», yıraya tarkat buyuruk bəglər (КТ c  1) 
«şimala tarkat buyuruq bəylər».
5.  Birinci  tərəf istiqamət  halda  işlənən  sözlə,  ikinci  tərəf 
müxtəlif hallarda  işlənən  sözlərlə  ifadə  edilir;  məsələn:  ilgərü 
kün toğsıka (KT c 2) «şərqə gündoğana», kurığaru kün batsıkılp 
(KT  c  2)  «qərbə  günbatana»,  ilgərü  ŞantufJ yazıka  (KT  c  3) 
«irəli  Şandun  düzünə»,  birigərü  Tokuz  Ərsənkə  (KT  c  3) 
«cənuba Doqquz Ərsənə», yırığaru  Yer Bayırku у  ir iıp  (KT c 4) 
«şimala  Yer  Elayırku  yerinə»,  kurığarı  Təmir kapığka  (KT  ş  8) 
«qərbə Dəmir qapıya».
6.  Birinci  tərəf istiqamət  halında  olan  sözlə,  ikinci  tərəf 
sifətlə  ifadə  olunur,  sifət  heç  bir  şəkilçi  qəbul  etmir;  məsələn: 
içrə  aş sız  (KT  ş  26)  «içi  aşsız»,  taşra  tonsız  (KT  ş  26)  «bayırı 
donsuz».
7.  Birinci  tərəf  çıxışlıq  hal  məzmunu  ifadə  edən  yerlik 
halda  durur,  ikinci  tərəf  yönlük  halda  işlənən  isimlə  ifadə 
olunur; məsələn: labğaçda yıraya (O 5) «tabğaçdan şimala».
8.  Birinci  tərəf  müasir  türk  dillərinə  tərcümə  edilərkən 
yiyəlik  hal  məzmunu  ifadə  edən  yerlik  halda  işlənən  isimlə, 
ikinci  tərəf  müasir  türk  dillərində  yerlik  hal  məzmunu  ifadə 
edən  yönlük  halda  işlənən  isimlə  ifadə  olunur;  məsələn:  kisi 
oğlınta  üzə  (KT  ş  1)  «insan  oğlunun  üstündə»,  yabız,  yablak 
bodunta üzə (KT ş 26) «pis və yava xalqın üzərində».
SAY  BİRLƏŞMƏLƏRİ
İki və daha artıq say sözündən ibarət olan saylart  türkoloji 
ədəbiyyatda  mürəkkəb  saylar,  tərkibi  saylar,  son  zamanlar  isə
82
say  birləşmələri  adlandırırlar.  Belə  saylan  mürəkkəb  say 
adlandırmaq  olmaz,  çünki  bunlar  mürəkkəb  sözlərə  verilən 
tələblərə  cavab  vermir.  Türk  dillərinin  morfoloji  quruluşuna 
həsr  edilmiş  əsərlərdə  olduğu  kimi,  bunları  say  birləşmələri 
adlandırmaq  da  olmaz,  çünki  morfologiya  söz  birləşmələrini 
araşdırmır.  Morfologiya  kitablarında  belə  sayları  tərkibi  saylar 
adlandırmaq  daha  uğurludur.  Azərbaycan  dilçiliyində  bu  tipli 
saylan  say  birləşmələri  adlandırmaq  ideyasım  ilk  dəfə 
Y.M.Seyidov irəli sürmüş və əsaslandırmağa çalışmışdır.1
Y.M.Seyidov söz birləşmələri (məsələn,  beş kitab) və say 
birləşmələri  (məsələn,  beş  min)  ifadələri  arasında  heç  bir  fərq 
görmür,  hər  ikisini  söz birləşməsi  adlandırmağı təklif edir.  Say 
birləşmələrinin  morfologiyanın  tədqiqat  obyekti  ola  bilməməsi 
bir  yana  qalsın,  söz  birləşmələri  ilə  (beş  kitab)  say 
birləşmələrinin  (beş  min)  eyniləşdirilməsinin  özü  kökündən 
səhvdir. Beş kitab və beş min birləşmələri arasında qrammatika 
baxımından  heç bir fərqin görünməməsi aldadıcıdır.  İlk baxışda 
bu  birləşmələr  arasında  fərq  görünməsə  də,  onların  arasında 
hətta qrammatika nöqteyi-nəzərindən fərqlər mövcuddur.
1.  Beş kitab  söz  birləşməsinin  tərəfləri  arasında yanaşma 
sintaktik  əlavəsi vardır.  İlk  baxışda  beş  min  söz  birləşməsinin 
tərəfləri arasında da yanaşma əlaqəsi görünür,  lakin bu, əslində 
yanaşma  yox,  nə  isə  sintaktik  əlaqələrə  daxil  olmayan  bir 
əlaqədir, bəlkə də birləşmə əlaqəsidir.
2.  Beş kitab tipli söz birləşmələrində türk dillərində ikinci 
tərəf cəm şəkilçisi qəbul etmir, beş min tipli söz birləşmələrində 
ikinci tərəf cəm şəkilçisi qəbul edir.
3.  Beş  kitab  tipli  söz  birləşmələrinin  komponentləri 
yanaşma  əlaqəsi  ilə  bir-birinə  bağlansa  da,  onların  tərəflərinin 
yerini  dəyişmək  olmur;  türk  dilləri  üçün  kitab  beş  birləşməsi 
qeyri-mümkündür. Hətta inversiya nəticəsində beş kitab tipli söz 
birləşmələrində  tərəflərin  yeri  dəyişərsə,  bu,  əvvəlki  söz 
birləşməsinin  məntiqi  mənasına  təsir  göstərmir;  müqayisə  et: 
beş  kitab  və kitab  beşdir.  Beş min  tipli  söz birləşmələrində  isə 
tərəflərin  yerini  dəyişmək  olur  və  bu  dəyişmə  birləşmənin
1  Y .S e y id o v . A zərbaycan d ilin d ə  sö z b irlə şm ə lə ri. B akı,  1992, s. 204-217.
83

qrammatikasına  təsir  göstərir  -   birləşmənin  leksik-semantik 
mənası  dəyişir;  müqayisə  et:  beş  min  və  min  beş.  Say 
birləşmələrində  sözlərin sayı çoxaldıqca  söz sırasını  dəyişdikdə 
mənanın  dəyişməsi  daha  qabarıq  nəzərə  çarpır;  müqayisə  et: 
min yüz əlli və yüz əlli min.
Buradan  iki  nəticə çıxarmaq olar:  1) Beş kitab və  beş  min 
tipli  birləşmələr  eyni  tipli  birləşmələr  olmadığı  üçün  beş  kitab 
tipli  birləşmələr  yalnız  qrammatikanın  sintaksis  bəhsində  -   söz 
birləşmələri  bəhsində  öyrənilməlidir;  beş  min  tipli  birləşmələr 
isə  həm  morfologiya  bəhsində  tərkibi  say  kimi,  həm  də 
sintaksis  bəhsində  say  birləşməsi  (ismi  birləşmələrin  bir  növü 
kimi)  araşdırılmalıdır.  2)  Dilçilikdə  tərkibi  fel  termini  kimi 
tərkibi say termininin də işlənmək hüququ vardır.
Qədim türk yazısı abidələrinin  dilində say birləşmələrinin 
iki  tipi  vardır:  hər  iki  tip  birləşmədə  say  bildirən  sözlər 
(komponentlər) şəkilçi qəbul etmir,  lakin  bunların  arasında həm 
şəkilcə  (formaca),  həm  də  məzmunca  fərq  vardır:  1)  say 
bildirən  sözlər  heç  bir  əlavə  (qrammatik)  göstərici  olmadan 
birləşmə  yaradır;  2)  birləşmənin  komponentləri  artukı  sözü  ilə 
bir-birinə bağlanır.
1. 
Heç  bir  əlavə  vasitə  olmadan  əmələ  gələn  say 
birləşmələri.  Belə  say  birləşmələri  şəkilçisiz,  yanaşma  əlaqəsi 
ilə  əmələ  gəlir,  lakin  müasir  türk  dillərindəki  eyni  şəkilli  say 
birləşmələrindən  məzmunca  kəskin  şəkildə  fərqlənir.  Müasir 
türk  dillərində  say  birləşmələrində  sıraca  birinci  böyük 
dərəcədən olan say, ikinci kiçik dərəcədən olan say gəlir və hər 
iki  sayın  ifadə  etdiyi  kəmiyyət  bütövlükdə  say  birləşməsinin 
ümumi  kəmiyyətinə  daxil  olur;  məsələn:  iyirmi bir,  altmış  üç, 
əlli  doqquz,  on  yeddi,  qırx  bir,  otuz  altı.  Qədim  türk  yazısı 
abidələrinin dilində say birləşmələrində saylann  birləşmə sırası 
əksinədir  -   sıraca  birinci  kiçik  dərəcədən,  ikinci  böyük 
dərəcədən olan  say  işlənir.  Məzmunca  isə fərq  daha böyükdür: 
kiçik  dərəcəli  say  sonra  gələn  böyük  dərəcəli  saydan  kiçik 
dərəcənin  göstərdiyi  kəmiyyətdə  təklik  götürüldüyünü  bildirir; 
məsələn:  bir yigirmi o  deməkdir  ki,  iyirmilik dərəcəsindən  bir 
götürülmüşdür,  yəni  onluq  dərəcəsi  tam  götürülmüş,  iyirmilik 
dərəcəsindən  də  bir  təklik  artırılmalıdır.  Bir  yigirmi  on  bir
84
deməkdir.  Qədim  türk  yazısı  abidələrinin  dilində  say 
birləşmələrinin  bu  tipi  daha  çox  işlənir;  məsələn:  bir yigirmi 
(MÇ  32)  «on  bir»,  eki yegirmi  (KT  ş  28)  «on  iki»,  üç yegirmi 
(KT ş  18)  «on üç»,  tört yegirmi (MÇ  19) «on dörd», bis yegirmi 
(MÇ  18)  «on beş»,  altı yegirmi (MÇ  46)  «on altı», yeti yegirmi 
(KT  ş  11)  «on  yeddi»,  səkiz  yegirmi  (BK  ş  24)  «on  səkkiz», 
tokuz yegirmi (BK c 9) «on doqquz», bir otuz (KT ş 32) «iyirmi 
bir», eki otuz (HT 5) «iyirmi iki», üç otuz (T 19) «iyirmi üç», biş 
otuz  (KT  ş  18)  «iyirmi  beş»,  altı  otuz  (KT  ş  34)  «iyirmi  altı», 
yeti otuz  (KT şm  1)  «iyirmi yeddi»,  tokuz otuz (MÇ  16) «iyirmi 
doqquz»,  bir kırk (KT  şm  2)  «otuz  bir»,  biş  kırk  (Y  25)  «otuz 
beş»,  səkiz  kırk (Y  24)  «otuz  səkkiz»,  tokuz  kırk  (Y  10)  «otuz 
doqquz»,  eki  əlig  (Y  21)  «qırx  iki»,  üç  əlig (Y  22)  «qırx  üç», 
tokuz  əlig  (Y  48)  «qırx  doqquz»,  tokuz  altmış  (Y  48)  «əlli 
doqquz», bir yetmiş (Y 45) «altmış bir», üç yetmiş (Y 3) «altmış 
üç»,  yeti  yetmiş  (Y  11)  «altmış  yeddi»,  səkiz  yetmiş  (Y  41) 
«altmış səkkiz».
2.  Say  birləşmələrinin  ikinci  tipində  sıraca birinci  böyük 
dərəcədən  olan  say işlənir,  sonra  artukı  sözü əlavə edilir, daha 
sonra  kiçik  dərəcədən  olan  say  (təklik)  artırılır.  Birinci tip say 
birləşmələrindən  fərqli  olaraq  burada  böyük  dərəcədən  olan 
sayın  (onluğun)  da,  kiçik  dərəcədən  olan  sayın  (təkliyin)  da 
bildirdiyi kəmiyyət say birləşməsinin ümumi kəmiyyətinə daxil 
olur;  məsələn:  otuz artukı  bir (BK  ş 28) «otuz bir»,  otuz artukı 
üç  (BK ş 34) «otuz üç», otuz artukı tört (BK  ş 38) «otuz dörd», 
otuz artukı səkiz (BK c 2) «otuz səkkiz», otuz artukı tokuz (BK c
2)  «otuz  doqquz»,  lark  artukı  yiti  (KT  şm  ş)  «qırx  yeddi». 
Qədim  türk yazısı abidələri  dilində yüzdən  yuxarı  bütün böyük 
rəqəmlər  bu  üsulla  iiädə  edilir;  məsələn:  bir  tümən  artukı yeti 
bi(J (BK c  1) «on yeddi min».
Qədim türk yazısı abidələrinin dilində  say birləşmələrinin 
bu tipi az işlənir.
3.  Qədim türk yazısı abidələrinin dilində yüzlük və minlik 
saylarının əmələ gəlməsi müasir türk dillərində olduğu kimidir, 
yəni  əvvəlcə  təklik kəmiyyətini  bildirən  say,  sonra yüz və min 
(Jbirf)  sözü  işlənir;  məsələn: yeti yüz (Ktş  13)  «yeddi yüz»,  altı
85

biQ (T  16) «altı min», еШ bit] (T  16) «iki min», yeti bi!) (BKc  1) 
«yeddi min».
Say birləşmələrinin tərəfləri arasındakı sintaktik əlaqə tipi 
haqqında  Y.M.Seyidov  yazır:  «Say  «birləşmələrinin  tərəfləri 
arasındakı  sintaktik  əlaqə  birləşmələrinin  ilkin  formalaşma 
dövrü  uçun  tabesizlik  əlaqəsi  hesab  edilə  bilər  (ona  ayrı  ad 
vermək  olmur),  lakin  tərəflərin  məna  cəhətdən  sıxlaşması  bu 
əlaqənin təbiətində müəyyən dəyişiklik əmələ gətirib və hər iki 
söz  üçün  daxili  bir  tadelilik  bağı  yaradıbdır  ki,  bu  bağ  həmin 
sözlərin söz birləşməsi kimi formalaşmasına imkan veribdir».1
Sonda  qeyd  etmək  lazımdır  ki,  bütün  oxşarlıqlarına 
baxmayaraq,  say  birləşmələri  digər  ismi  birləşmələrdən  xeyli 
fərqlənir və onları eyni tipli birləşmə hesab etmək olmaz.
Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin