Dərs vəsaiti baki nurlan 2 0 0 6 Elmi redaktoru



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə4/39
tarix21.04.2017
ölçüsü112 Kb.
#14972
1   2   3   4   5   6   7   8   9   ...   39

İSMİ  SÖZ BİRLƏŞMƏLƏRİ
İsmi  söz  birləşmələrində  tabeedici  üzv  isim,  yaxud  sub- 
stantivləşmiş digər nitq hissələri ilə ifadə edilir.
İsmi söz birləşmələrində sintatik əlaqələrin hər üç növü -  
yanaşma,  idarə və uzlaşma əlaqəsi  fəaliyyət göstərir: birinci növ 
təyini  söz  birləşmələrində  yanaşma,  ikinci  növ  təyini  söz 
birləşmələrində  idarə,  üçüncü  növ  təyini  söz  birləşmələrində 
həm idarə, həm də uzlaşma əlaqəsi vardır.
İsmi  söz  birləşmələri  iki  cür  yaranır:  1)  analitik  yolla,
2)  sintetik yolla.  Analitik yolla düzələn  ismi söz birləşmələrinin 
komponentləri  heç  bir  şəkilçi  qəbul  etmədən  yanaşma  əlaqəsi 
vasitəsilə  tabelilik  əlaqəsinə  girir.  Burada  söz  sırası  və 
intonasiya  birləşdirici  vasitə  olur.  Türk  dillərində,  o  cümlədən 
qədim  türk  yazısı  abidələrinin  dilində  analitik  yolla  düzələn 
ismi  söz  birləşmələrinə,  məsələn,  birinci  növ  təyini  söz 
birləşmələrini  misal  göstərmək  olar:  kök  türk  (KT  ş  3)  «göy 
türk»,  eki şad (KT  ş  27)  «iki  şad»,  uluğ sü  (KT ş  28)  «böyük 
qoşun»,  ol bodun  (KT  ş  38)  «o  xalq», yalın  bodun  (KT  ş  29) 
«yalın xalq», yeti yaş (KT ş 30) «yeddi yaş», sarığ altun (BK şm 
11) «sarı qızıl» və s.
Analitik  yolla  düzələn  ismi  söz  birləşmələrinin  kompo­
nentləri  arasına bəzən qoşmalar da daxil ola bilir:  Umay təg ög 
(KT ş 31) «Umay tək ana».
Sintetik  yolla  düzələn  ismi  söz  birləşmələrinin  kompo­
nentlərindən  biri  (bir  qismi),  yaxud  hamısı  qrammatik  şəkilçi
44
qəbul  edir.  İsmi  söz  birləşmələrinin  böyük  əksəriyyəti  sintetik 
yolla əmələ gəlir.  Sintetik yolla əmələ gələn söz birləşmələrinə 
ikinci  ıə  üçüncü  növ  təyini  söz  birləşəmlərini  nümunə 
göstermək  olar:  tabğaç  kam  (MÇ  42)  «tabğaç  xam»,  bodun 
boğazı  (T  8)  «xalqm  boğazı»,  sü  başı  (T  31)  «qoşun  başı», 
tabğaç ili (T  1)  «tabğaç eli»,  türk ili (MÇ 4)  «türk eli»,  kan süsi 
(MÇ  7)  «xan  qoşunu»,  məni/j  bodumm  (BK  ş  29)  «mənim 
xalqım», bodumğ atı (KT ş 25) «xalqm adı» və s.
Birinci növ təyini söz birləşmələrini istisna etsək, ismi söz 
birləşəmləri  sintaktik təhlil  zamanı  tərkib  hissələrinə bölünmür 
və birlikdə cümlənin mürəkkəb bir üzvü olur.
Dilçilik  ədəbiyyatında  ismi  söz  birləşəmlərini  iki  böyük 
qrupa ayırırlar:
1.  Təyini söz birləşəmləri.
2.  Təyini söz birləşmələrinə daxil olmayan digər ismi söz 
birləşmələri.
TƏYİWİ SÖZ BİRLƏŞMƏLƏRİ
Komponentləri  arasında  atributiv  (təyini)  münasibət  olan 
ismi söz birləşəmlərinə təyini söz birləşmələri deyilir. Türkoloji 
ədəbiyyatda  təyini  söz  birləşmələri  müxtəlif  ad  altında 
araşdırılır.  Lakin bu  tip  söz birləşmələrini adlandırmaq üçün ən 
münasib  termin  M.H.Hüseynzadənin  təklif  etdiyi  ləyini  söz 
birləşmələri  terminidir.  Qədim  türk  yazısı  abidələrinin  dilində 
təyini söz birləşmələrinin bu növləri işlənir:
1.  Birinci növ təyini söz birləşmələri.
2.  İkinci növ təyini söz birləşmələri.
3.  Üçüncü növ təyini söz birləşmələri.
4.  Mürəkkəb təyini söz birləşmələri.
5.  Təktərəfli təyini söz birləşmələri.
45

BİRİNCİ NÖV TƏYİNİ SÖZ BİRLƏŞMƏLƏRİ
Birinci  növ təyini  söz  birləşmələri,  müasir türk  dillərində 
olduğu kimi,  qədim türk yazısı abidələrinin dilində də iki sözün 
heç  bir  qrammatik  şəkilçi  qəbul  etmədən  bir-birinə  yanaşması 
yolu ilə, başqa sözlə desək, yanaşma əlaqəsi  ilə əmələ gəlir. İki 
sözün birləşib birinci növ təyini söz birləşməsi əmələ gətirməsi 
üçün  bu  şərtlər  lazımdır:  1)  iki  söz  arasında  yanaşma  tabelilik 
əlaqəsi  olmalıdır;  2)  birləşmə  əmələ  gətirən  sözlər  arasında 
məna  əlaqəsi  olmalıdır;  3)  birləşməyə  daxil  olan  sözlərdən 
birincisi  ikincisini  təyin  etməlidir;  4)  birləşməyə  daxil  olan 
sözlər birləşmə yaratmaq  üçün  heç  bir qrammatik şəkilçi qəbul 
etməməlidir;  5)  birləşmə  yaratdıqdan  sonra  birləşmənin birinci 
tərəfi  yenə  də  heç  bir  qrammatik  şəkilçi  qəbul  etməməlidir, 
ikinci  tərəfi  isə cümlədəki vəzifəsindən asılı  olaraq tələb edilən 
qrammatik  şəkilçi  qəbul  edə  bilər.  Birinci  növ  təyini  söz 
birləşmələrinin  komponentləri  bir-birinin  yanında  işlənməlidir:. 
komponentlərin  arasında  bir  ədalı  və  bəzi  qoşmalarda  savayı 
heç bir söz daxil ola bilməz.
Türkoloji  əbədiyyatda  belə  bir  fikir  söylənilir  ki,  birinci 
növ  təyini  söz  birləşmələrini  əmələ  gətirən  yanaşma  əlaqəsi 
sintaktik  əlaqələrdən  ən  sadəsi  olduğu  ve  heç  bir  qrammatik 
əlaqə  tələb  etmədiyi  üçün  ən  qədim  qrammatik  əlaqədir. 
Bununla  əlqədar  olaraq  demək  olar  ki,  birinci  növ  təyini  söz 
birləşməsi  də  ikinci  və  üçüncü  növ  təyini  söz  birləşmələrinə 
nisbətən  daha  qədimdir.  Bu  fikri  sübut etmək  üçün  qədim türk 
yazısı abidələrinin dilindən  iki faktı göstərmək olar:
1. Qədim türk yazısı abidələrinin dilində birinci növ təyini 
söz  birləşmələrinin  işlənməsi  birlikdə  götürülmüş  ikinci  və 
üçüncü  növ  təyini  söz  birləşmələrinin  işlənməsindən  müqayisə 
edilməz dərəcədə qat-qat çoxdur.
2.  Müasir  türk  dillərində  ikinci,  hətta  üçüncü  növ  təyini 
söz birləşmələri  kimi  işlənən söz birləşmələri qədim  türk yazısı 
abidələrinin  dilində  birinci  növ  təyini  söz  birləşmələri  kimi 
işlənir.  Görünür,  yanaşma əlaqəsi,  habelə birinci  növ  təyini  söz 
birləşmələri  türk  dillərinin  hələ ən  erkən çağlarında, onlar hələ 
analitik  inkişaf  dövrü  keçirərkən  törəmişdir.  Sonralar  dilin
46
qrammatik  quruluşu  inkişaf  etdikcə,  dil  analitik  quruluşdan 
sintetik  quruluşa  keçdikcə  əvvəlcə  idarə  əlaqəsi  və  ikinci  növ 
təyini  söz  birləşmələri,  sonra  uzlaşma  əlaqəsi  və  üçüncü  növ 
təyini söz birləşmələri yaranmışdır.
Birinci növ təyini söz birləşmələrinin ikinci tərəfi, adətən, 
isimlərlə,  yaxud  substantivləşmiş  digər  nitq  hissələri  ilə  ifadə 
edilir,  birinci  tərəfi  isə  isimlər  də  daxil  olmaqla  müxtəlif nitq 
hissələri  ilə  ifadə  edilə  bilər.  Bu  xüsusiyyət  birinci növ  təyini 
söz  birləşmələrinin  məna  çalarlannm  xeyli  genişlənməsinə 
səbəb olur. Bu məna çalarlannı  daha müfəssəl  göstərmək üçün 
birinci  növ  təyini  söz  birləşmələrini  əvvəlcə  tərəflərinin  hansı 
nitq  hissəsi  ilə  ifadə  edilməsinə  görə  qruplaşdırmaq,  sonra  isə 
hər  qrupun  daxilində  hansı  məna  çalarının  təzahür  etdiyini 
göstərmək lazımdır.
Tərəflərinin  hansı  nitq  hissəi  ilə  ifadə  edilməsinə  görə 
qədim türk yazısı abidələrinin dilində  işlənən birinci növ təyini 
söz birləşmələrini belə qruplaşdırmaq olar:
1.  Hər iki tərəfi  isimlə  ifadə edilən birinci növ təyini  söz 
birləşmələri.
2.  Birinci  tərəfi  sifət,  ikinci  tərəfi  isimlə  ifadə  edilmiş 
birinci növ təyini söz birləşmələri.
3.  Birinci tərəfi  feli sifət,  ikinci tərəfi isimlə ifadə edilmiş 
birinci növ təyini söz birləşmələri.
4.  Birinci  tərəfi  say,  ikinci  tərəfi  isimlə  ifadə  edilmiş 
birinci növ təyini söz birləşmələri.
5.  Birinci  tərəfi əvəzlik,  ikinci  tərəfi  isimlə  ifadə edilmiş 
birinci növ təyini söz birləşmələri.
6.  Birinci  tərəfi  isim,  ikinci  tərəfi digər nitq  hissələri  ilə 
ifadə olunmuş birinci növ təyini söz birləşmələri.
I. 
H ər iki tərəfi  isimlə ifadə olunmuş birinci nov təyini 
söz  birləşmələri.  Əvvəlcə  onu  qeyd  etmək  lazımdır  ki,birinci 
növ  təyini  söz  birləşmələrinin  bu  tipi  qədim  türk  yazısı 
abidələrin  dilində  müasir  türk  dillərindəkinə  nisbətən  daha 
genişdir.  Müasir türk  dillərində  ikinci növ təyini  söz birləşməsi 
kimi  formalaşmış  hər iki tərəfi  isimlə ifadə olunmuş təyini  söz 
birləşmələrinin bir neçə strukturu və məna tipi qədim türk yazısı 
abidələrinin  dilində  birinci  növ  təyini  söz  birləşməsi  kimi 
formalaşmışdır.  Qədim  türk  yazısı  abidələrinin  dilində  birinci, 
müasir  türk  dillərində  ikinci  növ  təyini  söz  birləşməsi  kimi 
formalaşmış həmin birləşmələri belə qruplaşdırmaq olan
47

1.  Birinci tərəfi  etnik ad,  ikinci tərəfi bodun «xalq» sözü 
ilə  formalaşanlar:  türk bodun  (O  2)  «türk  xalqı»,  tabğaç bodun 
(O 9) «tabğaç xalqı»,  tölis bodun (KTş  13) «tölis xalqı», tarduş 
bodun  (KTş  13)  «tarduş  xalqı»,  kırkız  bodun  (KTş  20)  «qırğız 
xalqı» və s.
2.  Birinci tərəfi etnik ad,  ikinci tərəfi rütbə, titul bildirən 
birinci  növ  təyini  söz  birləşmələri:  az tutuk (KTş  38)  «az tutu- 
ku»,  az  eltəbər  (KTş  3)  «az  eltəbər»,  tabğaç  bəglər  (KTş  7) 
«tabğaç bəyləri»,  türk kağan (T  18) «türk xaqanı», basntıl ıdıkut 
(BKş  25)  «basmıl  ıdıkutu»,  tarduş  şad  (T  41)  «tarduş  şadı», 
oğuz tamğaçı (KTşm  13) «oğuz möhürdarı» və s.
3.  Birinci  tərəfi  rütbə,  titul  bildirən,  ikinci  tərəfi 
ümumişlək  sözdən ibarət olan  birinci nov  təyini söz birləşmələri: 
kağan at (KT ş 20) «xaqan adı», ər at (KT ş 31) «igid adı», bəgər 
(IB 7) «bəy igidliyi», şad at (O 6) «şad adı» və s.
4.  Birinci  tərəfi  ümumişlək  sözdən,  ikinci  tərəfi  rütbə, 
titul bildirən sözdən  ibarət olan birinci növ təyini söz birləşmə­
ləri: buyurük bəylər (KT c  1) «buyuruq bəyləri».
5.  Birinci  tərəfi  etnik  ad,  ikinci  tərəfi  məkan  məfhumu 
bildirən  sözdən  ibarət  olan  birinci  növ  təyini  söz  birləşmələri: 
türgiş el (HT 3) «türgiş eli».
6.  Birinci tərəfi xüsusi yer adı (toponim),  ikinci tərəfi yer 
adının  (toponimin)  növünü  bildirən  sözdən  ibarət  olan  birinci 
növ  təyini  söz  birləşmələri:  Yinçü  ügüz  (KT  c  3)  «İnci  çayı», 
Ötükən yış  (KT c 4) «ötükən meşəli dağları»,  Tünyazı (KT c 6) 
«Tün düzü», ötükən yer (KT c 8) «ötükən yeri», Böklü çöl (KT 
ş 4) «Böklü çölü», Kögmən sub  (KT ş 20)  Kögmən suyu,  Toğu 
bälık  (BK  ş  30)  «Toğu  şəhəri»,  Kömür  tağ  (MÇ  8)  «Kömür 
dağı», Kazlukköl (MÇ 26) «Qazlıq gölü» və s.
7.  Birinci  tərəfi  heyvan  adı,  ikinci  tərəfi yıl «il»  sözü  ilə 
ifadə olunan birinci növ  təyini  söz birləşmələri:  koy y ıl (KT şm 
ş)  «qoyun  ili»,  takığu y ıl  (MÇ  10)  «toyuq  ili»,  lüi  yıl  (O  12) 
«əjdaha  ili»,  tabışğan yıl  (MÇ  20)  «dovşan  ili»,  bars yıl  (MÇ
19)  «bars  ili»,  lağzınyil (BK c  10) «donuz ili»,yılan yıl (HT  7) 
«ilan ili», biçin yıl (KT şm ş) «meymun ili», ıt yıl (BK c  10) «it 
ili».
48
Qədim türk yazısı abidələrinin dilində işlənmiş birinci növ 
təyini  söz  birləşmələrinin  bir  hissəsi  türk  dillərinin  inkişafı 
prosesində öz qrammatik  formasını qoruyub saxlamış,  ikinci və 
üçüncü növ təyini söz brləşmələrinə çevrilməmişdir. Abidələrin 
dilində birinci növ təyini söz birləşməsi kimi işlənmiş həmin dil 
vahidləri  indi  də  müasir  türk  dillərində  birinci  növ  təyini  söz 
birləşməsi  kimi  işlənir.  Abidələrin  dilində  işlənmiş  bu  birinci 
növ təyini söz birləşmələrini belə qruplaşdırmaq olar:
1.  Təyin  (birinci  tərəf)  təyinlənənin  (ikinci  tərəfin) 
hazırlandığı  maddənin  admı,  təyinlənən  isə  həmin  maddədən 
hazırlanmış  əşyanın  adını  bildirir. 
Qədim  türk  yazısı 
abidələrinin dilində belə söz birləşmələrinin birinci təpəfi  həm 
məcazi,  həm  də  həqiqi  mənada  işlənə  bilər.  Bu  tip  təyini  söz 
birləşmələri  abidələrin dilində az işlənir;  məsələn:  təmir kapığ 
(KT  c  4)  «dəmir  qapı»,  altun  keşig  (Y  3)  «qızıl  kəmər»,  altun 
örgin  (IB  1)  «qızıl  saray»,  kümüş  bodun  (Y  45)  «gümüş  xalq», 
altun  so Qa  (Y  28)  «qızıl ördək», altun tuyuğ (IB  7) «qızıl  nal», 
taş  balbal  (Y  34)  «daş  balbal»,  taş  bark  (BK  şm  15)  «daş 
sərdabə» və s.
2.  Təyin  şəxs  adını,  təyinlənən  isə  həmin  şəxsin  ictimai 
vəziyyətini  (rütbə,  titul,  vəzifə və  s.)  bildirir;  məsələn:  Bumın 
kağan  (KT ş  1)  «Bumın  kaqan»,  Kül tigin  (KT  ş  26)  «şahzadə 
Kül»,  Bars bəg (KT  ş  20)  «Bars  bəy»,  Küli çor (KÇ  2)  «Küli 
çor»,  Küm  səQün  (T  9)  «Küm  sənün»,  Kuşu  tutuk (KT  şm  1) 
«Kuşu  tutuk»,  Makraç  tamğaçı  (KT  şm  13)  «möhürdar 
Makraç», Işbara tarkan (O 4) «Işbara tarxan» və s.
3.  Təyin  qohumluq  münasibəti,  təyinlənən  vəzifə,  titul, 
rütbə  bildirən  sözlə  ifadə  edilir;  məsələn:  kaQım  kağan  (KT  ş
14)  «atam xaqan», eçim kağan (KT ş  17) «əmim kaqan», kaQım 
şad (O 8) «atam şad».
4.  Birinci  tərəf ümumişlək  sözlə,  ikinci  tərəf şəxs  adı  ilə 
ifadə edilir; məsələn,  bilgə Küli çor (KÇ  8) «müdrik Küli çor», 
bilgə  Tonyukuk  (T  1)  «müdrik  Tonyukuk»,  bilgə  Taçarn  (O  4) 
«müdrik Taçarn» və s.
5.  Birinci tərəf ictimai vəziyyət, rütbə, vəzifə,  ikinci tərəf 
xüsusi  ad  bildirir;  məsələn:  tudun  Yamtar  (BK  ş  40)  «tudun
49

Yamtar»,  çıkan  Tonyukuk (KÇ  1)  «çıkan  Tonyukuk»,  bəg Kül 
İrkin  (BK  c  14)  «bəy  Kül  İrkin»,  tudun  Çikşi  (St.A)  «tudun 
Çikşi» və s.
6.  Birinci  tərəf milliyyət,  ikinci  tərəf xüsusi  isimlə  ifadə 
edilir; məsələn:  töliş Bilgə (Y 48)  «töliş Bilgə», oğuz Bilgə (KT 
şm 13) «oğuz Bilgə», tarduş Inançu (KT şm  13) «tarduş Inançu» 
və s.
7.  Birinci  tərəf məkan  mənsubiyyəti,  ikinci tərəf şəxs adı 
bildirən  sözlərlə  ifadə  edilir;  məsələn:  Yer  Bayırku  Uluğ İrkin 
(KT  ş 34) «yer bayırkulu Ulu İrkin».
8.  Hər iki tərəf xüsusi  isimlərlə ifadə edilir və yer, məkan 
anlayışı bildirir;  məsələn:  Əzkənəti  Kadaz (BK  ş  31)  «Əzgənti 
kadaz»,  Usın Buntatu (T  19)  «Usın Buntatu»,  Türgi  Yarğun (KT 
ş  34)  «Türgi  Yarğun»,  Kənü  Tarman  (KT  ş  21)  «Kənü 
Tarman» və s.
9.  Birinci tərəf qohumluq münasibəti,  ikinci tərəf şəxs adı 
bildirən  sözlə  ifadə  edilir;  məsələn:  inim  Kül  ligin  (KT  ş  27) 
«kiçik  qardaşım  Kül  tigin»,  karjım  İltəris (KT ş  11) «atam İltə- 
ris», ögim İlbilgə (KT ş  11)  «anam  İlbilgə», ögim katun (KT şm
9)  «anam xatun» və s.
II. 
Birinci  tərəfi  sifət,  ikinci 
tə r ə fi  isim lə ,  b ə z ə n   d ə   si­
fətlə ifadə olunan birinci növ 
tə y in i söz b ir lə şm ə lə r i. 
Adətən, 
türkoloji  ədəbiyyatda  türk  dillərində  birinci  tərəfi  sifət,  ikinci 
tərəfi  isim olan birinci növ təyini söz birləşmələrindən danışılır, 
nadir  hallarda  göstərilir  ki,  bu  tip  söz  birləşmələrinin  ikinci 
tərəfi  substantivləşmiş  digər  nitq  hissələri  ilə  də  ifadə  edilə 
bilər.  Qədim  türk  yazısı  abidələrinin  dilində  isə  bu  tip  söz 
birləşmələrində  fərqli  bir  hadisə  də  -   birinci  növ  təyini  söz 
birləşməsinin  ikinci  tərəfinin  sifətlə  ifadə  edilməsi  özünü 
göstərir. Qeyd etmək lazımdır ki,  qədim türk yazısı abidələrinin 
dilində  hər  iki  tərəfi  sifətlə  ifadə edilmiş  birinci növ  təyini  söz 
birləşməsinin  ikinci  tərəfi  kimi  iştirak  edən  sifət  substan- 
tivləşmir,  sifətlik xüsusiyyətini saxlayır.  Abidələrin dilində  hər 
iki  tərəfi  sifətlə  edilən  birinci  növ  təyini  söz birləşmələrini  iki 
qrupa ayırmaq olar:
50
1.  Birləşmənin  ikinci  tərəfini  təşkil  edən  sifətin  təyin  et­
diyi obyekt (isim) reduksiyaya uğrayıb düşür,  sifət onun vəzifə­
sini  də  öz  üzərinə  götürür,  substantivləşməsə  də,  isim  rolunda 
çıxış  edir;  məsələn: Azman ak (KT şm 6)  «Azman ağ», az yağız 
(KT şm 5) «az qonur», ögsiz ak (KT şm 9) «anasız ağ».
2.  Hər iki tərəfi  sifətlə  ifadə olunan birinci növ təyini  söz 
birləşmələrinin  ikinci  tipində  birləşmənin  ikinci  tərəfindən 
sonra heç bir söz düşmür və ikinci tərəf heç bir sözü təyin etmir. 
Bu  tip  birinci növ təyini  söz birləşmələri  türk dillən üçün nadir 
hadisədir; qədim türk yazısı abidələrinin dilində isə buna yalnız 
bir  cümlə  daxilində  iki  dəfə  təsadüf  edilin  Sakantım:  turuk 
bukalı,  səmiz bukalı  arkada  bilsər,  səmiz buka  turuk buka  tiyin 
bilməz  ermis  (T  5-6)  «Düşündüm:  anq  buğalı,  kök  buğalı 
arxadan  bilsə,  kök  buğa  arıq  buğa  deyə  bilməz  imiş».  Bu 
cümlədəki  turuk bukalı  (T  5)  «arıq  buğalı», səmiz bukalı  (T  5) 
«kök buğalı» birinci növ təyini söz birləşmələrinin hər iki tərəfi 
sifətlə ifadə edilmişdir.
Qədim türk yazısı  abidələrinin  dilində birinci  tərəfi  sifət, 
ikinci  tərəfi  isimlə  ifadə  edilən  birinci  növ  təyini  söz 
birləşmələrinin  zəngin  məna  çatarlarına  rast  gəlmək  olar. 
Birinci  tərəfi  sifət,  ikinci  tərəfi  isimlə  ifadə olunan  birinci növ 
təyini söz birləşmələrini belə qruplaşdırmaq olar:
1.  Birinci  tərəf  ikinci  tərəfi  keyfiyyətcə  təyin  edir;
məsələn: 
kan (O ü) «yaxşı xan», süçig sab (KT c 5) «şirin
söz», yımşak ağı (KT c  5) «yumşaq hədiyyə», yablak ağı (KT c
7)  «pis  hədiyyə»,  ağır törü  (BK  ş  2)  «ağın  qanun»,  ayığ  bilik 
(KT c 5) «pis əməl» və s.
2. Birinci tərəf ikinci tərəfin əlamətini bildirir. Qədim türk 
yazısı abidələrinin dilində birinci növ təyini  söz birləşmələrinin 
bu  tipi  geniş  yayılmışdır.  Bu  tip  təyini  söz  birləşmələrinin 
abidələrin dilində üç məna variantı vardır:
a) 
Birinci  tərəf  ikinci  tərəfin  rənginə  görə  təyin  edir: 
məsələn: yağız yer (KT ş l) «qonur yer», kök türk (KT ş 3) «göy 
türk»,  Yaşıl ügüz (KT  şl7)  «Yaşıl  çay»,  akadğır (KT ş36)  «ağ 
ayğır»,  boz  at (KT  ş37)  «boz  at»,  kara  bodun  (BK  ş41)  «qara 
xalq»,  sarığ  altun  (BK  şm  11)  «sarı  qızıl»,  örüt)  kümüş  (BK
51

şm ll)  «parlaq  gümüş»,  kızıl  кап  (T  52)  «qızıl  (qırmızı)  qan», 
kızılsız sub  (Turfan)  «qırmızı  təhər su», yürük taş (Turfan)  «ağa 
çalan daş» və s.
b)  Birinci  tərəf  ikinci  tərəfin  xarici  görkəmini  bildirir; 
məsələn:  alp  ər  (0   3)  «alp  igid»,  arık ok  (КТ  c  8)  «arıq  ox». 
yalın  bodun  (KT  ş  29)  «yalın  xalq»,  çölüg el (KT  ş  4)  «çöllük 
el», səmiz buka (T 6)  «kök buğa»,  turuk at (İB 23) «kök at», yaş 
kiyik (Y  28)  «cavan  keyik»,  basık tağ  (Y  41)  «basıq  dağ»,  uluğ 
sütjüş (KT ş 40) «böyük döyüş» və s.
c)  Birinci  tərəf  ikinci  tərəfin  müxtəlif ölçüsünü  bildirir; 
məsələn:  uluğ sü (KT  ş  28)  «böyük qoşun»,  uzun yəlməg (T 52) 
«uzun  kəşfiyyat  dəstəsi»,  ağır  taş  (BK  c  15)  «ağır  daş»,  ağır 
çoluğ (KÇ  15) «böyük ailə» və s.
3.  Birinci  tərəf ikinci  tərəfi  xasiyyət  və  adətə  görə  təyin 
edir; məsələn:  ığar ellig (KT ş  29) «ağır elli», ığar kağanlığ (KT 
ş  29)  «ağır xaqanlıq»,  ağulığ  kurt  (Turfan)  «zəhərli  qurd»,  ayığ 
kisi (KT c 7) «pis adam».
4.  Birinci  tərəf  ikinci  tərəfi  vəziyyətə  görə  təyin  edir; 
məsələn:  beljgü  il  (KT  c  8)  «əbədi  cl»,  illig  bodun  (KT  ş  9) 
«elli  xalq»,  kağanlığ  bodun  (KT  ş  9)  «xaqanlı  xalq»,  yat  kişi 
(Turfan)  «yad  adam»,  ıduk yer  (T  38)  «müqəddəs  yer»,  bay ər 
(IB  40)  «varlı  adam»,  uyar bəg (Y  17)  «hörmətli  bəy»,  beljgü 
kaya (Y 39) «əbədi qaya» və s.
5.  Birinci  tərəf  ikinci  tərəfi  malikiyyətcə  təyin  edir; 
məsələn:  kö/Jültəki sab  (KT c  12)  «ürəkdəki  söz»,  külig kağan 
(KT  ş  4)  «məşhur  xaqan»,  kağanlığ  bodun  (KT  ş  9)  «xaqanlı 
xalq», illig bodun (KT ş 9) «elli xalq», buQsız ər (Y 6) «dərdsiz 
igid» və s.
6. Birinci tərəf ikinci tərəfi aidiyyətcə təyin edir; məsələn: 
içrə  sab  (T  34)  «gizli  xəbər»,  tanukhğ  sab  (III  ə.)  «şahidlik 
söz»,  taş  yağı  (Y  45)  «xarici  düşmən»,  ıç  sü  (Y  34)  «daxili 
qoşunlar».
7.  Birinci  tərəf  ikinci  tərəfi  zamana  görə  təyin  edir; 
məsələn: amtı bəglər (BK c  13)  «indiki bəylər», yaylığ tağ (IB 
96) «yaylamalı dağ», aşnukı atlar (Y 41) «əvvəlki atlar», aşnukı 
 (Y 41) «əvvəlki dost», amtı bodun (KT c 11) «indiki xalq».
52
8. 
Birinci  tərəf  ikinci  tərəfi  məkana  görə  təyin  edir; 
məsələn: ırak bodun (KT c 5) «uzaq xalq», tabğaçğı bəglər (KT 
ş 7) «tabğaçdakı bəylər», Icuydakı kunçuy (Y 6) «evdəki xanım», 
tetjridəki kün (Y  7)  «göydəki günəş», yerdəki el (Y 7) «yerdəki 
vətən» və s.
III.  Birinci  tərəfi  feli  sifət,  ikinci  tərəfi  isimlə  ifadə 
edilən  birinci  növ  təyini  söz birləşmələri.  Qədim  türk  yazısı 
abidələrinin dilində feli sifətlərdə fellik xüsusiyyətləri ilə yanaşı 
sifətlik  xüsusiyyətləri  də  vardır.  Bu  da  onlara  özündən  sonra 
gələn  isitnlərə  yanaşıb  birinci  növ  təyini  söz  birləşməsi 
yaratmaq  imkanı  verir.  Qədim  türk  yazısı  abidələrinin  dili, 
sifətlərlə  olduğu kimi olmasa da,  birinci  tərəfi  feli  sifətlə  ifadə 
olunan  birinci  növ  təyini  söz  birləşmələri  ilə  zəngindir.  Feli 
sifətlər isimləri müxtəlif baxımdan təiyn edib onlarla birinci növ 
təyini  söz birləşmələri  əməlo gətirir;  məsələn:  illədük il (KT ş 
6)  «ellədik  el»,  kağanladuk  kağan  (KT  ş  7)  «xaqan  qoyduğu 
xaqan»,  elsirəmiş  bodun  (KT  ş  13)  «elini  itirmiş  xalq», 
kağansıramış  bodun  (KT  ş  13)  «xaqanını  itirmiş  xalq», 
küQədmiş bodun (KT ş  13) «kəniz olmuş xalq», Iculadmış bodun 
(KT ş  13) «qul olmuş xalq», barduk yer (KT ş 24) «getdiyi yer», 
öltəçi  bodun  (KT  ş  29)  «öləsi  xalq»,  kəligmə  sü  (BK  ş  37) 
«gələn  qoşun»,  igidmiş  kağan  (BK  ş  35)  «yüksəltmiş  xaqan», 
kəligmə  bəglər  (T  43)  «gələn  bəylər»,  kəligmə  bodun  (T  43) 
«gələn xalq» və s.
IV. Birinci tərəfi say, ikinci tərəfi isimlə ifadə olunmuş 
birinci  növ  təyini  söz  birləşmələri.  Dilçilik  ədəbiyyatında 
sayların  isimlə  yanaşması,  onları  kəmiyyət  və  sıraca  təyin 
etməsi  və  birinci  növ təyini  söz birləşməsi  yaratması  haqqında 
kifayət  qədər  məlumat  vardır.  Qədim  türk  yazısı  abidələrinin 
dilində  saylar  isimlərə  yanaşıb  onlarla  birinci  növ  təyini  söz 
biriəşmələri əmələ gətirməkdən əlavə sifət və zərfləri də təyin 
edib onlarla da birinci növ təyini söz birləşmələri əmələ gətirir. 
Saylann  isimlərlə  əmələ  gətirdiyi  birinci  növ  təyini  söz 
birləşmələrinin  məna  çalarlarmı  nəzərdən  keçirməzdən  əvvəl 
onlarrn  sifət və  zərflərlə əmələ gətirdiyi  birinci növ  təyini  söz 
birləşmələrini nəzərdən keçirək.
53

1.  Qədim  türk  yazısı  abidələrinin  dilində  müəyyən  və 
qeyri-müəyyən  miqdar  sayları  sifətlərə  yanaşıb  onlarla  birinci 
növ təyini söz birləşməsi yaradır.
a) Müəyyən miqdar sayları sifətlərlə birinci növ təyini söz 
birləşməsi  əmələ  gətirir;  məsələn:  üç  tuğlığ  (MÇ  8,  46)  «üç 
bayraqlı», biQyıllığ (MÇ 21) «min  illik»,  tümən kiinlik (MÇ 21) 
«on min günlük».
b)  Qeyri-müəyyən  miqdar  sayı  sifətlərə  yanaşıb  birinci 
növ  təyini  söz  birləşməsi  əmələ  gətirir;  məsələn:  bir-iki  atlığ 
(MÇ  17) «bir-iki adlı (məşhur)».
2.  Qədim türk yazısı abidələrinin dilində birinci tərəfi say, 
ikinci  tərəfi  zərflə  ifadə  edilmiş  birinci  növ  təyini  söz 
birləşmələri  də  işlənir;  məsələn:  elçin  ara  (KT  ş  1,  2;  O  10) 
«ikisinin arasında».
İsim  və  substantivləşmiş  digər  nitq  hissələrini  miqdarına 
və  sırasına görə təyin  etmək sayın  əsas  vəzifəsidir.  Qədim türk 
yazısı  abidələrinin  dilində  saylar  heç  bir  şəkilçi  qəbul  etmədən 
isimlərlə  yanaşma əlaqəsinə  girib  onlarla  birinci  növ təyini söz 
birləşməsi əmələ gətirir.  Bu söz birləşmələri hər iki tərəfi isim, 
yaxud birinci tərəfi sifət,  ikinci tərəfi isimdən ibarət olan birinci 
növ  təyini  söz  birləşmələrindən,  qrammatik  baxımdan,  heç  bir 
şeylə fərqlənmir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  birinci  tərəfi  say, 
ikinci  tərəfi  isimlə  ifadə  edilmiş  birinci  növ  təyini  söz 
birləşmələrinin üç məna növü işlənir.
1. 
Birinci  tərəf ikinci  tərəfin  konkret  miqdarım  bildirir. 
Birinci  növ  təyini  söz birləşmələrinin bu  tipi  qədim  türk yazısı 
abidələrinin dilində geniş yayılmışdır; məsələn: yeti ərən  (O  5) 
«yeddi  ərən»,  əlig yıl (KT  ş  8)  «əlli  il», yeti yegirmi ər (KT ş 
11)  «on  yeddi  döyüşçü»,  yeti  yüz  ər  (KT  ş  13)  «yeddi  yüz 
döyüşçü», yegirmi süflüs  (KT  ş  15)  «iyirmi  döyüş», yeti  Ödiiş 
(BK  cş)  «yeddi  sutka»,  tort  tümən  sü  (BK  c  8)  «qırx  min 
qoşun»,  bit) yont  (MÇ  48)  «min  ilxı»,  üç  otuz  balık  «T  19» 
«iyirmi üçn şəhər» və s.
Bir  sıra  hallarda  qədim  türk  yazısı  abidələrinin  dilində 
müəyyən  miqdar  sayları  əşyanın  miqdarını  deyil,  yanaşdığı
54
məkan  anlayışlı  isimlə  birlikdə  mürəkkəb  toponim  ifadə  edir; 
məsələn:  Tokuz  Ərsən  (KT  c  3)  «Doqquz  Əsrən»,  Üç  Birkü 
(MÇ 7) «Üç Birkü».
Qədim  türk  yazısı  abidələrinin  dilində  müəyyən  miqdar 
sayları  etnik  ad  bildirən  söz  və  bodun  «xalq»  sözü  ilə  birləşib 
birinci  növ  təyini  söz  birləşməsi  əmələ  gətirir.  Belə təyini  söz 
birləşmələrində  müəyyən miqdar sayı  xalqın  konkret miqdarını 
deyil,  onun  neçə  boydan  ibarət  olduğunu  göstərir;  məsələn: 
tokuz  oğuz  bodun  (BK  ş  1)  «doqquz  oğuz  xalqı»,  üç  kurtkan 
(KT ş 4) «üç kurıkan», səkiz oğuz (MÇ  15) «səkkiz oğuz», otuz 
tatar  (KT  ş  4)  «otuz  tatar»,  tokuz  tatar  (BK  ş  34)  «doqquz 
tatar», on uyğur (MÇ 3) «on uyğur» və s.
Qədim  türk  yazısı  abidələrinin  dilində  birinci  tərəfi  say, 
ikinci  tərəfi  isimlə  ifadə  edilən  birinci  növ  təyini  söz 
birləşmələrinin  komponentləri  arasına  nadir  hallarda  numerativ 
sözlər  daxil  ola  bilər;  abidələrini  dilində  nümerativ  sözlər  az 
işlənir; məsələn: iki küp bəgni (IV ə.) «iki küp doşab», altı bağ 
bodun  (Y  1) «altı  bağlı  xalq»,  altı çub Soğdak (KT ş  31)  «altı 
hissəli soğda».
Abidələrin  dilində  işlənən birinci  tərəfi  say,  ikinci  tərəfi 
isimlə ifadə olunmuş təyini söz birləşmələrinin bir xüsusiyyətini 
də qeyd etmək lazımdır. Abidələrin dilində hər iki tərəfi isim və 
birinci  tərəfi  sifət,  ikinci  tərəfi  isimlərlə  ifadə  edilmiş  birinci 
növ  təyini  söz  birləşmələrinin  ikinci  tərəfi  (yəni:  isim)  cəm 
şəkilçisi  qəbul  edə  bildiyi  halda,  birinci  tərəfi say,  ikinci  tərəfi 
isimlə  ifadə  olunmuş  birinci  növ  təyini  söz  birləşmələrinin 
ikinci  tərəfi (yəni:  isim)  cəm şəkilçisi qəbul edə bilmir. Qədim 
türk yazıst  üçün  qrammatik qanun olan  bu  hadisə  bəzən (nadir 
hallarda)  pozulur.  Göytürk  Orxon-Yenisey  yazısı  abidələrinin 
dilində  bu  qanunun  pozulmasına  yalnız  bir  təsadüfdə  Yenisey 
kitabələrində rast gəlinir: tort bi!) atlar (Y 46) «dörd min atlar».
Qədim  türk  yazısı  abidələrinin  dilində  müəyyən  miqdar 
saylanmn  isimlərə  qoşulub  onlan  kəmiyyətcə  təyin  etməsinin 
daha bir  xüsusiyyətini  qeyd  etmək  lazımdır:  abidələrin  dilində 
isim  həm  say  (kəmiyyətcə),  həm  də  sifət  (əlamətə 
görə)tərəfindən təyin  edilirsə,  onda sifət  ismə  daha yaxm olur,
55

başqa  sözlə  desək,  sıraca  birinci  say,  ikinci  sifət,  üçüncü  is irn  
işlənir; məsələn:  tort buluQdakı bodun (KT ş 2) «dörd tərə fd ək i 
xalq», yüz kümüş  bodunım  (Y  44)  «yüz gümüş xalqım», y ü z  &r 
kadaşım (Y 42) «yüz  igid yoldaşım», yeti aşnuU eşim (Y 41) « y e d ­
di əvvəlki dostum», bit) ər bodun (Y 42) «min igid xalq» və s.
2. Birinci tərəf ikinci tərəfi sırasına görə təyin edir. Q ə d im  
türk yazısı  abidələrinin  dilində  birinci  növ  təyini  söz b irlə şm ə ­
lərinin  birinci  tərəfi  miqdar  sayları  ilə  ifadə  edilə  bildiyi  k im i, 
sıra sayları  ilə  də  ifadə edilə bilir.  Belə  söz birləşmələrində  b i ­
rinci  tərəf ikinci  tərəfi  miqdanna  görə  yox,  sırasına  görə  t ə y in  
edir; məsələn:  ekinti kün  (T 39) «ikinci gün»,  ən ilki ay (MÇ  9 )  
«birinci  ay»,  törtinç ay (MÇ  15)  «dördüncü ay»,  bisinç ay  ( M Ç
15)  «beşinci ay», yetinç ay (KT şm ş) «yeddinci ay», səkizinç a y  
(MÇ  18)  «səkkizinci  ay»,  üçünç kunçuy (IB  9)  «üçüncü arvad», 
biryigirminç ay (MÇ 25) «on birinci ay» və s.
3.  Birinci  tərəf ikinci  tərəfin  qeyri-müəyyən  kəmiyyətini 
göstərir.  Qədim  türk yazısı  abidələrinin  dilində  qeyri-müəyyen 
miqdar  bildirən  saylar  müxtəlif  üsullarla  əmələ  gəlir.  B e lə  
sayların  abidələrin  dilində  işlənən,  demək  olar  ki,  hər  tip i 
isimlərlə  yanaşma  əlaqəsinə  girib onlarla birinci  növ  təyini  s ö z  
birləşmələri əmələ gətirir.
a)  Qeyri-müəyyən  miqdar  sayları  müstəqil  leksik 
vahidlərlə  (az  «az»,  üküş  «çox»,  kop  «çox»)  ifadə  edilir  v ə  
birinci  növ  təyini  söz  birləşmələrinin  birinci  tərəfi  olur; 
məsələn: az bodun (KT c  10) «az xalq», üküş kişi (KT c 7) «çox 
adam», кор bodun (Y 32) «çox xalq» və s.
b)  Qeyri-müəyyən  miqdar  sayı  müəyyən  miqdar  sayma  - 
ça,  -çə  şəkilçisi  artırmaqla  yaranır  və  birinci  növ  təyini  sö z  
birləşməsinin  birinci  tərəfi  kimi  işlənir;  məsələn:  əlikçə  ər  (T
42)  «əllicə döyüşçü», yüzçə ər (BK ş 37) «yüzcə döyüşçü».
c)  Qeyri-müəyyən  miqdar  saylanmn  üzərinə  -ça,  -ç ə  
şəkilçisi  artırmaqla  düzələn  qeyri-müəyyən  miqdar  sayları 
birinci  təyini  söz  birləşmələrinin  birinci  tərəfi  kimi  işlənir: 
məsələn: azça bodun (T 43) «azca xalq».
ç)  Qeyri-müəyyən  miqdar  saylarma  -faya  şəkilçisi  artır­
maqla  əmələ  gələn  qeyri-müəyyən  miqdar  sayları  birinci  növ
56
təyini  söz  birləşmələrinin  birinci  tərəfi  kimi  işlənir;  məsələn: 
azkıŞa türk bodun (T 9) «azacıq türk xalqı», azhpa ər (KT ş 34) 
«azacıq döyüşçü».
d)  Bu  «bu»  və  ol  «o»  işarə  əvəzliklərinə  -ça  şəkilçisinin 
artırılması ilə əmələ gələn qeyri-müəyyən miqdar sayları birinci 
növ təyini söz birləşməsinin  birinci tərəfi kimi işlənir; məsələn: 
bunça bodun (BK c  12)  «bu qədər xalq», ança bodun (KT c  2) 
«o qədər xalq».
e)  İki  qonşu  müəyyən  miqdar  sayının  birləşməsindən 
əmələ  gələn  qeyri-müəyyən  miqdar  sayları  birinci  növ  təyini 
söz  birləşmələrinin  birinci  tərəfi  kimi  işlənir;  məsələn:  bir-iki 
atlığ  (MÇ  17)  «bir-iki  adlı»,  eki-üç  kisi  (BK  ş  41)  «iki-üç 
adam», eki-üç biQsü (T  14) «iki-üç min qoşun».
ə) Müəyyən  miqdar  saylarma artukı  (artığı)  sözünü əlavə 
etməklə əmələ gələn qeyri-müəyyən  miqdar sayları birinci növ 
təyini  söz  birləşmələrinin  birinci  tərəfi  kimi  işlənir;  məsələn: 
yüz artukı ok (KT ş 33) «yüzdən artıq ox».
Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin