Dərs vəsaiti baki nurlan 2 0 0 6 Elmi redaktoru



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə14/39
tarix21.04.2017
ölçüsü112 Kb.
#14972
1   ...   10   11   12   13   14   15   16   17   ...   39

145

yüz  döyüşçü  olub  elini  itirmiş,  xaqanını  itirmiş  xalqı,  kəniz 
olmuş,  qul  olmuş  xalqı,  türk  qanununu  dağıtmış  xalqı 
əcdadlarının qanunları ilə təşkil etmiş, öyrətmiş».
İsimlə  ifadə  olunan  təyinlər.  Qədim  türk  yazısı 
abidələrinin  dilində  isimlərin  təyin  kimi  işlənməsi  müasir  türk 
dillərinə  nisbətən  daha  geniş  yayılmışdır.  Ə.Ə.Rəcəblinin 
«Göytürk  dilinin  sintaksisi»  əsərində  qədim  türk  qəbilələrinin 
dilində  isimlərin  təyin  mövqeyində  işlənməsinin  on  səkkiz 
məna  növü  göstərilir.  Müəllif  teyin  kimi  işlənmiş  isimlərin 
həmin mena növlərini üç qrupda birləşdirir,
1.  Göytürk  dilində  teyin  kimi  işlənən,  lakin  müasir  türk 
dillərində  ismi  birləşmələrin  tərkibinə  daxil  olan,  amma  təyin 
kimi  işlənə  bilməyən  (ikinci  növ  təyini  söz  birləşmələrindəki 
kimi)  isim-təyinlər.
2.  Göytürk dilində  olduğu  kimi,  müasir türk dillərində  də 
təyin vəzifəsini yerinə yetirən isim-təyirlər.
3.  Göytürk  dilində  təyin  kimi  işlənən,  ancaq  müasir türk 
dillərində  (əsasən) mürəkkəb  sözün  tərkib  hissəsinə çevrilən  və 
daşlaşan isim-təyinlər.
Bu  eserdə  isimlərin  təiyn  mövqeyində  işlənməsini  geniş 
surətdə  araşdırmaq  mümkün  olmadığı  üçün  ismin  təiyn  kimi 
işlənməsinə  aid  bir  neçə  nümunə  təqdim  edilir:  Tölis,  tarduş 
bodunığ  anta  itmiş  (KT  ş  13)  «Tölis,  tarduş  xalqlarını  orada 
təşkil  etmiş».  Tarduş şad ara  badı  (T  41)  «Tarduş  şadı  aranı 
bağladı». Kağan  at hunta biz birtimiz (KT ş 20)  «Xaqan adı  bu 
zaman biz verdik».  Kurığaru  Yinçii  ügüzig keçə  Təmir kapığka 
təgi sülədim (KT c 4) «Qərbə İnci çayını keçərək Dəmir qapıya 
təki qoşun çəkdim». Altun başlığ yılan mən (IB  12) «Qızıl başlı 
ilanam».  İnim  Kül tigin  birlə,  eki şad birlə  ölü yitü  kazğandım 
(KT  ş  27)  «Kiçik  qardaşım  Kül  tigin  ilə,  iki  şad  ilə  əldən 
düşərək qazandım».
Saylarla  ifadə  olunan  təyinlər.  Sifət  kimi,  saym  da  əsas 
vəzifəsi təyin etməkdir.  Sifət əşyaları əlamət və ya keyfly-yətə 
görə təyin edirsə, say əşyaları kəmiyyətə görə təyin edir. Qədim 
türk  yazısı  abidələrinin  dilində  təyin  vəzifəsində  işlənən 
saylann  dörd  məna  qrupu  halında  birləşmiş  on  dörd  tipinin 
işlənməsinə  təsadüf edilir.  Təbii  ki,  burada saylann  təyin  kimi
146
işlənməsinin  bütün  məna  tipləri  haqqında  rnəlu-mat  vermək 
mümkün  deyildir.  Buna  görə  də  saym  təyin  kimi  işlənməsinə 
iki-üç nümunə verilir: Bu tabğaçda yıraya yeti ərən yağı boltı  (O 
5) «Bu tabğaçdan  şimala yeddi ərən yağı oldu».  Bunça kazğanıp 
kafjım  kağan  ıty ıl onınç ay altı  otuzka  uça  bardı  (BK c  10)  «Bu 
qədər  qazanıb  atam  xaqan  it  ili  onuncu  ayın  iyirmi  altısında 
vəfat etdi». Ekinti ay altı yegirmikə üç tuğlığ türk bodun  ...  (MÇ 
46)  «İkinci aym  on  altısında üç  bayraqlı  türk xalqı  ...»  ...  bir-iki 
atlığ  yablakın  üçün,  kara  bodunım  öltifj  (MÇ  17)  «...  bir-iki 
məşhur (adam) pis olduğu üçün, qara xalqım, öldün».
Əvəzliklərlə  ifadə  olunan  təyinlər.  Qədim  türk  yazısı 
abidələrinin dilində əvəzliklərin böyük hissəsi təyin vəzifəsində 
işlənə  bilmir.  Abidələrin dilində bu  və ol «o»  işarə əvəzlikləri, 
həmin əvəzliklərin -ça ədatı artırılmış bunça «bunca, bu qədər» 
və  ança  «onca,  o  qədər»  şəkilləri,  habelə  kamuğ  «hamı»  və 
«hansı»  sual  əvəzliyi  mənasında işlənən nə «nə» sual əvəzliyi 
təyin  vəzifəsində  işlənə  bilir;  məsələn:  Ol  kan  yok  boltukda 
kisrə  el yetmiş,  ıçğınmıs,  kaçışmıs  (O  1)  «O  xan  yox  olduqdan 
sonra cl sona yetmiş, dağılmış, qaçışmış».  Yigirmi kün olurıp hu 
taşka  bu  tamğa  kop  Yolığ  tigin  bitidim  (KT  c  ş)  «İyirmi  gün 
oturub bu daşa bu damğam tamamilə (mən) Yolığ tigin yazdım». 
Bunça barkığ,  bədizig,  uzığ  (türk bilgə)  kağan atm   Yolığ tigin 
mən ay artukı tört kün olurıp bitidim,  bədiztim (BK c q) «Bunca 
sərbadəni,  naxışı,  heykəli  (türk  müdrik)  xaqanın  kiçik qohumu 
Yolığ  tigin  mən  bir  ay  dörd  gün  oturub  yazdım,  naxışladım». 
Kamuğ  balıka  təgdim  (O  9)  «Bütün  şəhərlərə  hücum  etdim». 
Türk kara kamığ bodun ança timiş (KT ş 8-9) «Bütün türk qara 
xalqı  elə  demiş».  Nə  kağanka  isig,  küçig birür mən?  (KT  ş  9) 
«Hansı xaqana iş, güc verirəm». Nə butjı bar ertəçi ermis (T 57) 
«Nə qədər dərdi olası imiş».
İsm i söz  birləşmələri  ilə  ifadə  olunan  təyinlər.  Müasir 
türk  dillərində  olduğu  kimi,  qədim  türk  yazısı  abidələrinin 
dilində də təyinlər ismi söz birləşmələri -  ikinci və üçüncü növ 
təyini söz birləşmələri ilə də  ifadə olunur.  Məlum olduğu kimi, 
ikinci  və  üçüncü növ təyini  söz  birləşmələri  tərkib  hissələrinə 
parçalanmır,  bütövlükdə  sonra  gələn  sözə  və  ya  söz
147

birləşməsinə  yanaşıb  orm  təyin  edir;  məsələn:  Eletmiş  Yabğu 
oğlı lşbara  Tamğan,  Çor Yoğa inisi bilgə lşbara Tamğcm  Tarkan 
yamğılığ  bes yetmiş  eçim,  apam  ...  (0  4)  «Eletmiş  Yabğu  oğlu 
lşbara  Tamğan,  Çor  Yoğanın  kiçik  qardaşı  müdrik  lşbara 
Tamğan  Tarkan  bir  yerə  yığılmış  altmış  beş  böyük  və  kiçik 
qohumlarım...»  ...  iç buyurula Kül İrkin  başlayu buyurukbunça 
amtı  bəglər,  ka/Jım  kağanka  ərtənü  ...  (BK  c  14)  «...  saray 
buyuruku  bəy  Kül  İrkin  başda  olmaqla  buyuruqlar bunça indiki 
bəylər atam xaqana adətimizcə...»
Təyinin  quruluşca  növləri.  Qədim  türk  yazısı  abidə­
lərinin  dilində  quruluşuna  görə  təyinin  iki növü işlənir:  1)  sadə 
təyinlər və 2) mürəkkəb təyinlər.
1.  Sadə  təyinlər qədim  türk  yazısı  abidələrinin  dilində bir 
sözlə  ifadə  edilir.  Yuxanda nitq  hissələrin  işlənməsinə nümunə 
gətirilən bütün təyinlər sadədir.
2.  Mürəkkəb  təyinlər  iki  və  daha  artıq  müstəqil  sözdən 
ibarət  olan  təyinlərə  deyilir.  Qədim  türk  yazısı  abidələrinin 
dilində  ismi  söz  birləşmələri,  tərkibi  saylar  və  feli  sifət 
tərkibləri ilə ifadə edilmiş təyinlər mürəkkəb təyinlərdir.
ZƏRFLİK
Cümlənin  ikinci  dərəcəli  üzvlərindən  biri  də  zərflikdir. 
Türk  dillərində,  o  cümlədən  qədim  türk  yazısı  abidələrinin 
dilində  zərfliklər hərəkətin,  yaxud əlamətin əlamətini bildi-rən 
ikinci  dərəcəli  cümlə  üzvüdür.  Onlar  cümlədə  ən  çox  feli 
xəbərə  aid  olur  və  hərəkətin  (yaxud  əlamətin)  icra  tərzini, 
zamanını,  səbəbini,  məqsədini,  miqdarının  dərəcəsini,  şər-tini 
və  s.  bildirir.  Bununla  əlaqədar  olaraq,  müasir  türk  dil-lərində 
olduğu kimi,  qədim türk yazısı  abidələrinin dilində zərfliyin bu 
növlərinin  mövcudluğunu  göstərmək  olar:  1)  tərzi-hərəkət 
zərfliyi,  2)  yer zərfliyi,  3)  zaman zərfliyi, 4) sə-bəb zərfliyi,  5) 
məqsəd zərfliyi, 6) kəmiyyət zərfliyi, 7) qar-şılaşdırma zərfliyi.
Qədim  türk  yazısı  abidələrinin  dilində  zərfliklər  əmələ 
gəlmə  üsullarına,  istər  ifadə  edilmə  vasitələrinə,  istərsə  məna 
növlərinə  görə  müasir  türk  dillərində  işlənən  zərfliklərdən 
fərqlənmir.  Abidələrin  dilində  də  zərfliklər,  adətən,  zərflərlə
148
ifadə olunur.  Bundan başqa,  zərfliklər is-min qrammatik-məkani 
halları,  qoşmalı  isim  və  ismi  söz  birləşmələri,  feli  bağlama 
tərkibləri  və  qoşma  qəbul  etmiş  feli  sifət  tərkibləri  ilə  ifadə 
olunur.  Abidələrin  dilində  zərfliklər  quruluşuna  görə  sadə  və 
mürəkkəb deyə iki qrupa bölünür.
TƏRZ) -  HƏRƏKƏT ZƏRFLİYİ
Qədim  türk  yazısı  abidələrinin  dilində  tərzi-hərəkət 
zərfi ikləri  hal  və  hərəkətin  icra  tərzini,  keyfiyyətini  və 
müqayisəsini 
bildirir. 
Abidələrin 
dilində 
tərzi-hərəkət 
zərflikləri,  əsasən,  tərzi-hərəkət zərfləri,  ismin  hallan,  ismi  və 
feli söz birləşmələri ilə ifadə olunur.
Qədim  türk  yazısı  abidələrinin  dilində  tərzi-hərəkət 
zərflikləri bir neçə məna ifadə edir:
1.  Tərzi-hərəkət  zərflikləri  hərəkətin  icra  tərzini  bildirir; 
məsələn:  Şahımın  tükədi  esidgil  (КТ  c  1)  «Sözümü  tükənincə 
eşit».  Süçig sabın,  yımşak  ağın  arıp  ırak  bodunığ ança yağıtur 
ermis (KT c 5) «Şirin dili ilə, yumşaq hədiyyəsi ilə aldadıb uzaq 
xalqı eləcə yaxınlaşdırırmış». Eçim kağan olunpan türk bodunığ 
yiçə  itgi  (KT  ş  16)  «  Emim  xaqan  oturub  türk  xalqını  tənzim 
etdi».  Kögmən  aşa  kırkız  yeritjə  təgi  sülədimiz  (KT  ş  17) 
«Kögmən  (meşəli  dağlarını)  aşaraq  qırğız  yerinə  təki  qoşun 
çəkdik».  Keyik yiyü,  tabısğan yiyü olurur ertimiz (T 8)  «Kcyik 
yeyərək, dovşan yeyərək otururduq».
2.  Tərzi-hərəkət  zərfliyi  hərəkətin  icrasının  keyfiyyətini
bildirir;  məsələn:  Yəlmə,  karağu  edgüti  uyğul  (T  34)
«Kəşfiyyatı,  keşiyi  yaxşıca  təşkil  et».  Kuzğunuğ ığaçka bamış, 
katığdı  ba,  edgüti  ba  (IB  19)  «Quzğnu  ağaca  bağlamış, 
möhkəmcə bağla, yaxşıca bağla».
3.  Tərzi-hərəkət  zərfliyi  hərəkətin  icrası  prosesində 
əşyanın hal-vəziyyətini bildirir, məsələn: Bu yirdə olunp tabğaç 
bodun  birlə  tüzəltim (KT c 4-5)  «Bu yerdə  oturub tabğaç  xalqı 
ilə düzəlişdim».  Olurıpan türk bodunıtj ilin,  törüsin  tuta birmis 
(KT  ş  1)  «Oturub  türk  xalqının  elini,  qanununu  yaratmış». 
Antağının  üçün igidmiş kağanıfjın sabın almatın yir sayu bardığ
149

(КТ  с  8-9)  «Elə  olduğun  üçün  (səni)  yüksəltmiş  xaqanının 
sözünə qulaq asmadan yer boyu getdin».
4. 
Tərzi-hərəkət  zərfliyi  müqayisə  bildirir;  məsələn: 
Türgis  kağan  süsi  Bolçuda  otça,  borça  kəlti  (KT  ş  37)  «Türgiş 
xaqanın  qoşunu  Bolçuda  od  kimi,  şərab  kimi  gəldi».  Görür 
közim  körməz  təg,  bilir  biligim  bilməz  təg  bolu  (KT  şm  10) 
«Görən  gözüm  görməz  kimi,  bilən  biliyim  bilməz  kimi  oldu». 
TeQri təg teQridə bolmış türk bilgə kağan bu ödkə olurtım (KT c 
1)  «Tanrı  tək  tanrıda  olmuş  türk  müdrik  xaqanı  bu  vaxt  (taxta) 
oturdum».
Tərzi-hərəkət zərfliyinin  quruluşca növləri. Qədim türk 
yazısı  abidələrinin  dilində  tərzi-hərəkət  zərflikləri  quruluşuna 
görə sadə və mürəkkəb olur:
1.  Sadə  tərzi-hərəkət  zərflikləri  nitq  hissələri  ilə  (bir 
sözlə)  ifadə  edilir;  məsələn?  Sabımı  tükəti  esidgil  (KT  c  1) 
«Sözümü  tükənincəyədək  eşit».  OfJ tutuk yorçıq yaraklığ əligin 
tutdi (KT ş  32)  «On tutukun qaynını yaraqlı əli  ilə tutdu».  ...  bu 
sabımın  edgüti  esid,  katığdı  tirjlə  (KT  c  2)  «...bu  sözümü 
yaxşıca eşit, möhkəmcə dinlə».
2. 
Mürəkkəb 
tərzi-hərəkət 
zərflikləri 
ismi 
söz 
birləşmələri,  feli  bağlama  tərkibləri  və  qoşmalı  feli  sifət 
tərkibləri  ilə  ifadə  edilir;  məsələn:  Bilig  bilməz  kisi,  ol  sabığ 
alıp, yağru barıp,  üküs kişi,  öltig (KT c 7) «Bilik bilməz adam, o 
sözə  aldanıb  yaxın  gedib,  çoxlu  adam  öldün».  Körür  közüm 
körməz  təg,  bilir  biligim  bilməz  təg  holtı  (KT  şm  10)  «Görən 
gözüm görməyən kimi,  bilən biliyim bilməyən kimi oldu».  Eçim 
kağan  olurıpan  türk  bodumğ yiçə  itdi  (KT  ş  16)  «Əmim  xaqan 
oturub türk xalqım tənzim etdi».
YBR ZƏRFLİYİ
Yer  zərfliyi  hal  və  hərəkətin  icra  edildiyi  yeri  bildirən 
ikinci  dərəcəli  cümlə  üzvüdür.  Qədim  türk  yazısı  abidələri-nin 
dilində yer zərflikləri aşağıdakı mənaları ifadə edir:
1.  Hərəkətin  icra yerini  bildirən  zərfliklər:  Üzə kök tetjri, 
asra  yağız yir  kılıntukda  ekin  ara  kisi  oğlı  kılınmıs  (KT  ş  1)
150
«Üstdə  mavi  göy,  altda  qonur  yer  yarandıqda  ikisinin  arasında 
insan  oğlu  yaranmış»  Üzə  türk  tefjrisi,  türk  ıduk yiri,  subı  ança 
timis  (KT  ş  10)  «Üstdə  türk  tanrısı,  müqəddəs  türk  yeri,  suyu 
belə  demiş».  Ötükən  yışda yig  idi yok ermiş (KT c 4) «Ötükən 
meşəli dağlarında yaxşı sahib yox imiş».
2.  Hərəkətin  istiqamətini  göstərən  yer  zərflikləri: 
Kurığaru  Yinçü ügüz ...  keçə  Təmir kapığka təgji sülədim  (KT  c 
3-4)  «Qərbə  İnci  çayını  ...  keçərək  Dəmir  qapıya  təki  qoşun 
çəkdim».  Tüpütkə  kiçik  togmədim  (KT  c  3)  «Tibetə  azacıq 
çatmadım». An ta kalmışı yir sayu kop tum,  ölü yonyur ertig (KT 
c  9)  «Onda  (sağ)  qalmışlarm  yer  boyu  əldən  düşmüş  halda 
yürüyür  idin».  Kapağan  Eltəris  kağan  eli/jə  hlıntım  (O  4) 
«Fateh  Eltəris  xaqan  elinə  göndərildim».  Ol sub  kodı  bardımız 
(T 27) «O çay boyu getdik».
3.  Hərəkətin  çıxış  nöqtəsini  bildirən  yer  zərflikləri. 
Zəifliyin  bu  növü,  adətən,  hərəkət bildirən fellərə aid olur.  Bu 
tip  yer  zərflikləri  yer  zərfliyi,  yer  bildirən  isimİər,  təyini  söz 
birləşmələri  və  köməkçi  sözlərin  iştirak  etdiyi  birləşmə-lərlə 
ifadə  edilir;  məsələn:  Ö/Jdən  kağanğaru  sü  yoralım  (T  29) 
«Şərqdən  xaqana  qarşı  qoşun  yürüdək».  Ança  olurur  erikli 
oğuzdantan  köriig  kəlti  (T  8)  «Eləcə  otur-duğumuz  zaman 
oğuzlardan casus gəldi».  Tüpül kağanta Bölön kəlti (KT şm  12) 
«Tibet xaqanından Bölön gəldi».
4.  Hərəkətin  son nöqtəsini  bildirən yer zərflikləri.  Bu yer 
zərflikləri  hərəkətin  bitdiyi,  yaxud çatacağı son nöqtəni  bildirir 
və  hərəki  fellərə  aid  olur.  Bu  yer zərflikləri  qədim  türk yazısı 
abidələrinin dilində təg «-tək,  -dək» və təgi «təki, kimi, qədər» 
qoşmalarının  iştirakı  ilə  əmələ  gəlir.  Onların  işlənməsinin  iki 
tipinə  rast  gəlmək  olur.  Bu  qoşmalar  a)  yer  mənası  bildirən 
isimlərə  və  bəzən  isə  yer  zərfliklərinə,  b)  təyini  söz 
birləşmələrinə qoşularaq hərəkətin çatacağı son nöqtəni bildirən 
yer zərflikləri əmələ  gətirir;  məsələn:  llgərü Şantu/Jyazıka təgi 
sülədim  (KT  c  3)  «Şərqə  Şandun  düzünə  təki  qoşun  çəkdim». 
Yırağaru  Yer Bayırku yirifp  təgi sülədim (KT c 4) «Şimala  Yer 
Bayırku  yerinə  təki  qoşun  çəkdim».  Anta  keri  barıp  Yinçü 
ügüzig  keçə  Təmir  kapağka  təgi,  təzikkə  təgi  sü...  (KÇ  16)
151

«Onda  qərbə  gedib  İnci  çayını  keçərək  Dəmir  qapıya  təki, 
ərəblərə təki qoşun...»
5.  Hərəkətin  keçdiyi  yolu  bildirən yer  zərflikləri.  Qədim 
türk yazısı abidələrinin dilində cümlədə hərəkətin keçdiyi yolu 
bildirən  yer  zərflikləri  vəzifəsində  çıxış  edən  ikinci  dərəcəli 
cümlə  üzvünə,  demək  olar  ki,  təsadüf  edilmir.  «Hərəkətin 
keçdiyi yol» dedikdə iki nöqtə  arasında məsafə nəzərdə tutulur
bu  mənanı  ifadə edən yer zərflikləri  hərəkət  fellərinə  aid olur, 
iki  sözlə  -   birincisi  ismin  çıxışlıq  halı,  ikincisi  ismin  yönlük 
halında  işlənən  sözlərlə  ifadə  edilir,  bəzən  bu  sözlərə  (ikinci 
sözə)  istiqamət  bildirən  qoşmalar  da  qoşulur,  həmin  zərfi ik 
haradan-haraya  və  onun  törəmələri  olan  suallara  cavab  verir. 
Abidələrin  dilində  yer  zərfliyinin 
bu  növünün  işlənməsinə 
cüzəştlə  aşağıdakı  cümləni  nümunə  gətirmək  olar: 
İlgərü  kün 
toğsıka,  birigərü  kün  ortusnjaru,  kurığaru  kün  batçıJaQa, 
yırığaru tün ortusıQaru -  anta içrəki bodun kop ma Qa hörür 
(KT 
c  2)  «Şərqə  gündoğana,  cənuba  gün  ortasına,  qərbə  günbatana, 
şimala  gccə  ortasına  -  bu  qədər  yerin  içindəki  xalq  bütünlüklə 
mənə tabedir».
6.  Hərəkətin  keçdiyi  yolu  bildirən  yer  zərflikləri.  Bu, 
qədim  türk  yazısı  abidələrinin  dilində  az  işlənən  yer 
zərflikləridir,  hərəkət  felləri  ilə  işlənir,  haradan  və  haraya 
suallarından  birinə  cavab  verir.  Abidələrin  dilində  kodı  «boyu» 
və  sayu 
«boyu» 
köməkçi 
sözlərinin 
əmələ 
gətirdiyi 
birləşmələrlə  ifadə  edilir;  məsələn:  Anta  kalmışı  yir  sayu  kop 
turu,  ölü yorıyur ertig (КТ  c  9)  «Onda  (sağ)  qalmışın  yer  boyu 
tamamilə  əldən  düşmüş  halda  yürüyürdüm».  Antağının  üçün 
igidmiş kağanıQın sabın almatın yir sayu bardığ (KT c  8-9) «Elə 
olduğun üçün  (səni) yüksəltmiş xaqanının sözünə baxmadan yer 
boyu getdin».  Ol sub kodı bardımız (T 27)  «O çay boyu getdik». 
Sələ Qə  kodı  yorıpan  ...  ebin,  barkın  anta  bozdım  (BK  ş  37) 
«Şələnə boyu yürüş edib ... evini, sarayını onda dağıtdım».
Yer  zərfliyinin  quruluşca  növləri.  Qədim  türk  yazısı 
abidələrinin  dilində  quruluşuna  görə  yer  zərfiiklərinin  iki  növü 
vardır: sadə yer zərflikləri və mürəkkəb yer zərflikləri.
152
Sadə  yer  zəiflikləri  sadə  və  düzəltmə  sözlərlə  -   nitq 
hissələri  ilə  ifadə  olunur;  məsələn:  İçrə  aşsız,  taşra  tonsız 
yabız,  yablak bodunka  üzə  olurtım  (KT  ş  26)  «İçi  aşsız,  üstü 
donsuz,  pis  və  yava  xalqm  üstündə  oturdum».  Üzə  kök  teQri, 
asra yağız yir  kılıntukda  ekin  ara  kisi  oglı  kılmmıs  (KT  ş  1) 
«Üstdə  mavi  göy,  altda  qonur  yer  yarandıqda  ikisinin  arasında 
insan oğlu yaranmış».  Ol yirgəvii barsar,  türk bodun,  öltəçi sən 
(KT c 8) «O yerə getsən, türk xalqı, öləsisən».
Mürəkkəb  yer  zərflikləri  mürəkkəb  yer  adları,  ikinci  və 
üçüncü  növ  təyini  söz  birləşmələri  ilə  ifadə  olunur;  məsələn: 
Birigərü  Tokuz Ərsənkə təgi sülədim (KT c 3) «Cənuba Doqquz 
Ərsənə təki qoşun çəkdim». Kurığaru  Yinçü ügüz...  keçə Təmir 
kapığka  təgi sülədim  (KT c  3-4) «Qərbə İnci çayını...  keçərək 
Dəmir  qapıya  təki  qoşun  çəkdim».  Türk  sir  bodun yirində  idi 
yorımazun (T 11) «Türk sir xalqı yerində sahib yürüməsin».
ZAMAN ZƏRFLİYİ
Zaman zərfliyi hal və  hərəkətin icra zamanını bildirir.  Bu, 
zərfliyin  həm  ifadə  vasitələrinə,  həm də  məna çalarlarına görə 
ən  zəngin  növüdür.  Qədim  türk  yazısı  abidələrinin  dilində 
işlənən  zaman  zərflikləri  müasir  türk  dillərində  işlənən  zaman 
zərfliklərindən  istər  ifadə  vasitələrinə,  istərsə məna  çalarlarına 
görə nəinki zəifdir,  hətta bəzi məqamlarda üstündür.
Qədim  türk  yazısı  abidələrində  zaman  zərflikləri  zaman 
zərfi, zaman mənası  ifadə cdəıı isimlər, saylar, əvəzliklər, təyini 
söz  birləşmələri,  feli  bağlama  tərkibləri,  qoşmalı  birləşmələr 
(isim,  ləyini  söz  birləşmələri,  feli  bağlama  tərkiblərinə 
qoşmaların  birləşməsi)  vasitəsilə  ifadə  edilir.  Bu  da abidələrin 
dilində  zaman  zərfi iki ərinin,  bir  tərəfdən,  ifadə  vasitələrinin 
zənginliyini, digər tərəfdən, qədimliyini göstərir.
Qədim  türk  yazısı  abidələrinin  dilində  zaman  zərfliyi  1) 
hərəkət və ya əlamətin icra  zamanım, 2) hərəkət və ya əlamətin 
başlanğıc  zamanını,  3)  hərəkət  və ya  əlamətin  bitmə zamanını, 
4)  hərəkət  və  ya  əlamətin  həm  başlanğıc.,  həm  də  bitmə 
zamanını bildirir.
153

1.  Hərəkət  və  ya  əlamətin  icra  zamanını  bildirən 
zərfliklər.  Bu zərfliklər  feli xəbərlərə də,  ismi xəbərlərə də aid 
ola bilər. Onlar müxtəlif vasitələrlə ifadə edilir:
a)  Zaman  zərfləri,  habelə  ismin  yerlik  hal  şəkilçisi  qəbul 
etmiş  yir  «yer»  sözünün  müxtəlif  söz  birləşmələri  yaratması 
vasitəsilə;  məsələn:  Ol  amtı  ayığ уок  (КТ  c  3)  «İndi  iğtişaş 
yoxdur». İlim altı kam? (KT ş 9) «Elim indi hanı?»  Tölis,  tar duş 
bodunığ  anta  itmis,  yabğuğ,  şadığ  anta  birmis  (KT  ş  13-14) 
«Töliş və tarduş xalqlarım onda təşkil etmiş, yabğu və şadı onda 
bermiş». Bu yerdə matja kur ballı (BK ş 36) «Bu yerdə (yəni: bu 
vaxt) mənə şərəf çatdı».
b)  Zaman  zərflikləri  feli  bağlama  və  feli  bağlama 
tərkibləri ilə ifadə edilir. Qədim türk yazısı abidələrinin di-lində 
belə zaman zərflikləri ən çox -tukda,  -tükdə (-dukda,  -dükdə), - 
ı,  -i,  -u,  -ü  və  -matan,  -mətən  şəkilçili  feli  bağlama  və  feli 
bağlama  tərkibləri  ilə  ifadə  edilir;  məsələn:  Eçim  ka-ğan 
olurtukda  özüm  tarduş  bodun  üzə  şad ertim  (KT ş  17)  «Əmim 
xaqan  oturduqda  özüm  tarduş  xalqı  üzərində  şad  idim». 
Anlağının  üçün  igidmiş  kağamtjm sabın almatın yir sayu bardığ 
(KT c  8) «Elə olduğun üçün (səni) yüksəltmiş xaqanının sözünə 
qulaq asmadan yer boyu getdin».  Bolçuka tan üntürü təgdimiz (T 
35)  «Bolçuya dan söküləndə hücum etdik».
Qədim  türk  yazısı  abidələrinin  mətnlərində  ir/er  naqis 
felinin  erikli  forması  işlənir.  Bu  formanın  əmələ  gətirdiyi 
birləşmə də zaman zərfliklərinin bu tipinin məna çalarım əmələ 
gətirir;  məsələn:  Otuz  artukı  bir yaşm a  karluk  bodun  butjsız 
erür,  barur  erikli yağı  boltı  (BK  ş  28-29)  «Otuz  bir  yaşımda 
karluk xalqı  qayğısız, azad və sərbəst olduğu vaxtda yağı oldu». 
Anta olurır erikli oğuzdantan körüg kəlti (T 8) «Eləcə oturarkən 
oğuzlardan casus gəldi».
c)  Zaman  zərfliyinin  bu  tipi  yönlük  halda  işlənən  miqdar 
sayları ilə də idarə olunur; qədim türk yazısı abidələrinin dilində 
yönlük  halda  olan  miqdar  sayları  ilə  ifadə  olunan  belə  zaman 
zərflikləri Azəbaycan dilinə ismin yerlik halı ilə tərcümə edilir; 
məsələn:  Kül  tikin  kop yılka yegirmikə  uçdı  (KT  şm  ş)  «Kül 
tigin  qoyun  ilində  ayın  on  yeddisində  vəfat  etdi».  Tokuzınç  ay
154
yeti  otuzka yoğ ertürtimiz  (KT  şm  ş)  «Doqquzuncu aym  iyirmi 
yeddisində dəfn etdirdik».
ç) Say və yaş «yaş»  isminin birləşməsi vasitəsilə də bu tip 
zaman zərflikləri ifadə edilir; məsələn: Kül tigin yiti otuzyaşırja 
karluk  bodun  erür,  barur  erikli  yağı  boltı  (KT  şm  1)  «Kül 
tiginin  iyirmi  yeddi  yaşında  karluk  xalqı  azad  və  sərbəst  ikən 
yağı oldu». Kül tigin altı otuzyaşırja kırkız tapa sülədimiz (KT ş 
34-35)  «Kül  tiginin  otuz  altı  yaşında  qırğızlara  qarşı  qoşun 
çəkdik».
e)  Heyvan  təqvimində  il  adı  bildirən  isimlərlə  yıl  «il» 
sözünün  birləşməsi  ilə  də  bu  tip  zaman  zərflikləri  ifadə  edilir; 
məsələn:  Bunça kazğanıp karjım kağan ıt y ıl onınç ay altı otuzka 
uça bardı (BK c  10) «Bu qədər qazanıb atam xaqan it ili onuncu 
ayının iyirmi altısında vəfat etdi». Lağzınyıl bisinç ay yiti otuzka 
yoğ  ertürtim  (BK  c  10)  «Donuz  ili  beşinci  ayının  iyirmi 
yeddisində dəfn etdirdim».
ə)  Zaman  mənalı  isinilər  alət-birgəlik  halında  hərəkətin 
icra  zamanını  bildirən  zərflik  olur;  məsələn:  Otuz  artukı  səkiz 
yaşm a kişin kı/ay tapa xü/odim (BK c 2) «Otuz səkkiz yaşımda 
qışda  kıtaylara  qarşı  qoşun  çəkdim».  Otuz  artukı  tokuz yışıma 
yazın taiabı tapa sülodim (BK  c 2) «Otuz doqquz yaşımda yazda 
tatabilara qarşı qoşun çəkdim».
f)  zaman  mənalı  müxtəlif isimlər  yerlik  halda  işlənərək 
hal və hərəkətin icra zamanını bildirən zərflik olur; məsələn: Ol 
künto təgdi türk bodun  Təmir kapığka (T 46) «Həmin gündə türk 
xalqı Dəmir qapıya çatdı». Kül tigin ol sürjüsdə otuz yaşayur erti 
(KT şm 2) «Kül tigin həmin döyüşdə otuz yaşında idi».
g)  Zaman  mənalı  isimlər  yönlük  hal  şəkilçisi  qəbul  edib 
bu  tip  zaman  zərfliyi  vəzifəsini  yerinə  yetirir;  məsələn:  Onük 
yoğaru  sü yonp  tünli-kiinli yiti  ödüşkə  subsız  keçdim  (BK  c  ş) 
«önük yuxarı qoşun yürüdüb gecəli-gündüzlü yeddi sutka susuz 
getdim».  Ol tünkəyatıkı tuğ ebürü bardımız (T 26) «Həmin gecə 
yamaclarla bayraqları qaldıraraq getdik».
2. 
Hərəkətin  başlanğıc  zamanını  bildirən  zərfliklər.  Bu 
növ  zaman  zərflikləri,  əsasən,  feli  xəbərə  aid  olur,  lakin  ismi 
xəbərlərə  də  aid  ola  bilər.  Qədim  türk  yazısı  abidələrinin
155

dilində  bu  zərfliklərin  işləkliyi  zəifdir,  deməli,  ifadə  vasitələri 
də  dardır.  Abidələrin  dilində  zaman  zərfliyinin  bu  tipi  təkcə  - 
ğalı,  -gəli şəkilçili feli bağlama və həmin feli bağlamanın əmələ 
gətirdiyi  tərkiblə  ifadə  edilir;  məsələn:  Türk  bodun  olurğah, 
türk  kağan  olurğah  SantutJ balıka,  Taluy  ügüzkə  təgmis  yok 
ermis  (T  18)  «Türk  xalqı  oturalı,  türk  xaqanı  oturalı  Şandun 
şəhərinə, Dəniz çayma çatdığı yox imiş».
3. 
Hərəkətin  bitdiyi  zamanı  bildirən  zərfliklər.  Bu 
zərfliklə,  əsasən,  feli,  nadir  hallarda  ismi  xəbərlərə  aid  olur. 
Belə  zərfliklərin  üç  ifadə  məqamı  vardır:  a)  təg  «tək,  -dək» 
qoşmasının  ondan əvvəl  gələn yönlük  halda  işlənən  isim,  zərf 
və  təyini  söz  birləşmələrinə  qoşulması  vasitəsilə;  b)  kisrə 
«sonra»  qoşmasının  yerlik-çıxışlıq  halda  işlənən  ol  «o»  işarə 
əvəzliyinə (anta «ondan») qoşulması  vasitəsilə; c)  feli  bağlama 
və feli bağlama tərkibləri  ilə.
a)  təg  «tək,  -dək»  qoşmasının  yönlük  halda  olan  sözə 
qoşulması  ilə  ifadə  edilən  zaman zərflkləri:  Tabışğan y ıt bisinç 
ayka təg (MÇ 20-21) «Dovşan ili beşinci ayadək...»
b)  Qədim  türk  yazısı  abidələrinin  dilində  kisrə  «sonra» 
qoşması  ondan  ovvəl  işlənən  anta  «ondan»  sözünə  qoşularaq 
hərəkətin  bitməsi  mənası  ifadə  edən  zaman  zərfliyi  əmələ 
gətirir;  məsələn:  Anla  kisrə  Yer  Bayırku  Uluğ İrkin yağı  boltı 
(KT  ş  34)  «Ondan  sonra  Yer  Bayırkudan  olan  Ulu  İrkin  yağı 
oldu». Anta kisrə ka Qım  kağan uçdı (MÇ  12) «Ondan sonra atam 
xaqan vəfat etdi»,
c)  Bu  növ  zaman  zərflikləri  feli  bağlama  və  feli  bağlama 
tərkibləri  ilə  də  ifadə  olunur.  Qədim  turk  yazısı  abidələrinin 
dilidə  zaman  zərfliyi  vəzifəsində  işlənən  feli  bağlama formaları 
müxtəlif şəkilçilərlə  əmələ  gəlir;  məsələn:  Ol sabığ esidip  tiin 
udısıkım  kəlmədi,  küntiiz  olursıkım  kəlmədi  (T  12)  «O  xəbəri 
eşidib  gecə  yuxum  gəlmədi,  gündüz rahatlığım  gəlmədi».  Türk 
bəgləri  türk  atın  ıtı,  Tabğaçğı  bəglər  Tabğaç  atın  tutıpan 
Tabğaç  kağan ka  körmis  (KT  ş  7-8)  «Türk  bəyləri  türk  adını 
ataraq,  Tabğaçdakı  bəylər  Tabğaç  adını  götürüb  Tabğaç 
xaqanma tabe olmuş». Eçim kağan ili kamaşığ boluikınta,  bodun 
iligi  kəgi  boltukınla  izgil  bodun  birlə  süQüşdimiz  (KT  şm  3)
Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin