Əli Allahverdiyev
(1 fevral 1948)
Əməkdar artistdir, Gəncə teatrında 1960-cı illərin əvvəllərindən işləyir. Xarakterlər
aktyorudur.
Əsas rolları: Rövşən, Xosrov ("Əliqulu evlənir" və "Küləklər", Sabit Rəhman), İsgəndər,
Mirzə Cəlil ("Kişilər" və "Ulduzlar görüşəndə, Altay Məmmədov), Montano ("Otello", Vilyam
Şekspir), Pavel ("Həmişə təmizlikdə", Edvard Braginski və Eldar Ryazanov), Vasilkov ("Quduz
pullar", Aleksandr Ostrovski), Əhməd ("Qız atası", Əfqan Əsgərov), Xankişi ("Qatır Məmməd",
Zeynal Xəlil), İldırım ("Nəriman ata", Atif Zeynallı), Arif ("Qoruqlar", Əliağa Kürçaylı),
Məxvi ("Xan qızı", Fəridə Əylarbəyli), Ferrero ("Uzaq sahillərdə",İmran Qasımov və Həsən
Seyidbəyli), keşlkçi ("Antiqona", Sofoki), Sevva Vasilkov ("Quduz pullar", Aleksandr Ostrovski),
Səməd ("Böyük ürək", İmran Qasımov və Həsən Seyidbəyli), Pivonka ("Qəribə dilənçi", Yan
Saloviç), Oleq Komkov ("Mükafat", Aleksandr Gelman), İbad, Yaşar ("Almaz" və "Yaşar", Cəfər
Cabbarlı), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun), Həmid ("İlk busə", Abduqəhhar
İbrahimov), Aleksandr ("İki qardaş", Mixail Lermontov), Əsgər bəy ("Hacı Qara", Mirzə Fətəli
Axundzadə), Temir ("Boş barılar", Əhməd İsayev), kepkalı, komissar ("İvan İvanoviç var idimi?" və
"Demokiisin qılıncı", Nazim Hikmət), Ərşad ("Üçatılan", İlyas Əfəndiyev), Allahyar ("Dəli Kür",
İsmayıl Şıxlı), Əbdül ("İtkin gəlin", Əlibala Hacızadə), İzınirli, Rza ("72-ci palata" və "Yad qızı",
Orxan Kamal), Çingiz bəy ("Maral", Hüseyn Cavid), Rasim ("Yeddi oğlan və bir qız", Rövşən
Ağayev), Nüfuz ("Odu atına, Prometey!", Mustay Kərim), Qacar ("Vaqif", Səməd Vurğun).
Dostları ilə paylaş: |