Mənsurə Cəfərova
(2.5.1919 - 20.3.1997)
Əməkdar artist idi. Teatra 1950-ci İllərin əvvəllərində gəlmişdı. Tipik səcıyyəlı personajları
bacarıqla oynayırdı.
Əsas rolları: Lətafət ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Sima ("İldırım", Cabbar
Məcnunbəyov), Elza ("Kəllə", Nazim Hikmət), Hafizə ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev),
Sevda ("Qaynana", Məcid Şamxalov), Doktor Mansurova ("Göz həkimi", İslam Səfərli), Xalidə
("Vicdan", Bəxtiyar Vahabzadə), Böyükxanım, Tamara, Sitarə ("Aydın", "Oqtay Eloğlu" və
"Nəsrəddin şah", Cəfər Cabbarlı), Nazlı ("Əliqulu evlənir", Sabit Rəhman), Sonya xanım ("Sabir",
Hacıağa Quliyev), Şölə xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Göyərçin
("Kəndçi qızı", Mirzə İbrahimov), Tamara ("Vaqif", Səməd Vurğun), Tuzıkova ("Təbilçi qız",
Afanasi Salmski), Qəmzə ("Adı sənin, dadı mənim", Seyfəddin Dağlı), Zümrüd ("Ürək yanarsa...",
Teymur Məmmədov), Pepela ("Həyətdə qapan it var", Kita Buaçidze), Annika ("Azmış oğul", Eqon
Rannet), Lüsi ("Üç qəpiklik opera", Bertolt Brext), Nazlı ("Əliqulu evlənir", Sabit Rəhman), Şura
("Məhəbbət körpüsü", Novruz Gəncəli), Yuzem ("Aygül diyarı", Mustay Kərim), Zərri
("Həmyerlilər", Altay Məmmədov), Nadejda Antonovna ("Quduz pullar", Aleksandr Ostrovski),
Dürdanə xanım ("Sən yanmasan...", Nəbi Xəzri), Qabika ("Qəribə dilənçi", Yan Saloviç).
Dostları ilə paylaş: |