Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə380/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   376   377   378   379   380   381   382   383   ...   470
Komediya obrazları: Rövşən, Murad, Kəblə Muxtar, Camal ("Əliqulu evlənir", "Aşnalar", 

"Küləklər" və "Nişanlı  qız", Sabit Rəhman), Həsənağa ("Göz həkimi",  İslam Səfərli), Dövran 

("Məzəlizadələr", Səttar Axundov), Silvio ("İki ağanın bir nökəri", Karlo Haldoni), Yevgeni 

Lukaşin ("Həmişə təmizlikdə", Emil Braginski və Eldar Ryazanov), Dəli Domrul ("Dəli Domrul", 

Altay Məmmədov). 

 

SƏDAYƏ MUSTAFAYEVA  



(15 İYUL 1926 - 13.8.2004) 

 

Yaradıcılığının yetkin dövrü Gəncə DDT ilə bağlıdır. Səmimi və emosional, dramatik və 



cazibəli aktrisadır. Teatrın uzunömürlü tamaşalarının  əksəriyyətində  əsas rolların ifaçısı olub. 

Komik səciyyəli, psixoloji tutumlu xarakterik personajlara da ustalıqla səhnə həyatı verib. 

Sədayə İsmayıl qızı Mustafayeva 15 iyul 1926-cı ildə Şəkidə doğulub və orta məktəbi orada 

bitirib. Yuxarı siniflərdə oxuyanda dram dərnəyində rollar oynayıb. Peşəkar səhnə yaradıcılığına on 

səkkiz yaşında o dövrdə Azərbaycanın qabaqcıl sənət ocaqlarından sayılan Şəki DDT-də başlayıb. 

Dövlət teatrında ilk addımlarından ona məsuliyyətli rollar tapşırılıb. 1940-cı illərin sonlarında Ağdaş 

və Göyçay teatrlarında aktrisalıq edib. 1950-ci ildən bugünə kimi Gəncə DDT-də zəngin yaradıcılıq 

irsi yaradıb. 

Rollar siyahısında faciə, dram, komediya, hətta məsxərə obrazları var. Ondan çox bədii filmə 

çəkilib. Səhnə xidmətlərinə görə ona Azərbaycan Respublikasının əməkdar artisti (20 may 1958) və 

xalq artisti (1981) fəxri adları verilib. 

Aktrisanın Gəncə teatrında yaratdığı əsas personajlar: Pəri, Sara və Gülnisə, Gülzar və Sitarə, 

Yaxşı, Sevər, Gültəkin ("Solğun çiçəklər", "Nəsrəddin şah", "Almaz", "Oqtay Eloğlu" və "Aydın", 

Cəfər Cabbarlı), Zərifə  və  Bənövşə, Gövhər ("Nişanlı  qız" və  "Əliqulu evlənir", Sabit Rəhman), 




Mehrican, Sədəf, Nargilə ("Atayevlər ailəsi", "Bahar suları" və "Sən həmişə  mənimləsən",  İlyas 

Əfəndiyev), Çin rəqqasəsi, Zəhra ("Səyavuş" və "Şeyx Sənan", Hüseyn Cavid), Gülnar və Xuraman 

("Vaqif", Səməd Vurğun), Sona ("Hacı Qara", Mirzə  Fətəli Axundzadə), Nazlı ("Ölülər", Cəlil 

Məmmədquluzadə), Səmayə və Gülsüm ("Kişilər" və "Yadındamı?", Altay Məmmədov), Bənövşə 

("Kəndçi qızı", Mirzə  İbrahimov), Ba-har ("Bahar", Məmmədhüseyn Təhmasib), Humay 

("Komsomol polması",  İsgəndər Coşqun), Sayad ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), 

Natəvan ("Xan qızı", Fəridə  Əlyarbəyli), Sədayə ("Sən yanmasan...", Nəbi Xəzri), Gülər ("Göz 

həkimi",  İslam Səfərli), Həcər ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Ulduz ("Yaxın adam", İsi 

Məlikzadə),  Şəlalə ("Şəlalə", Novruz Gəncəli), Zabitə ("Doğmalar", Rəhman  Əlizadə), Naciyə 

("Yad qızı", Orxan Kamal), Emiliya, Yelizaveta ("Otello" və "111 Riçard", Vilyam Şekspir), Şairgül 

("Şlkayət qəbul edilmir", Toktobolat Əbdülmöminov), Fenisa ("Kələkbaz sevgili", Lope de Veqa),  

Kəmalə ("Qanq qızı", Rabindranat Taqorun əsəri üzrə), Qoqiça ("Qərq edilmiş daşlar",  İlo 

Mosaşvili), Lütsiya ("Xərçənglər", Sergey Mixalkov), Dalbanezonun qızı ("Kəllə", Nazim Hikmət), 

Lu Sı Fm ("Tufan", Tsao Yuy), Fomida ("Odu atma, Prometey!", Mustay Kərim), Meli ("Tü1kü və 

üzüm", Gilerma Fiqeyredu), ksantina ("Sokratla söhbət", Edvard Radzinski), Nadejda Şevelyeva 

("Həmişə təmizlikdə", Edvard Braginski və Eldar Ryazanov). 

Aktrisa 13 avqust 2004-cü ildə Gəncədə vəfat edib. 

 

*  *  * 



 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   376   377   378   379   380   381   382   383   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin