GƏNCƏ DÖVLƏT DRAM
TEATRINDA AKTYOR YARADICILIĞI
İkinci dərs
Gəncə teatrı 1940-cı illərdə fərdi yaradıcılıq üslubunu formalaşdırdı, estetik prinsiplərin
fundamental konsepsiyasını təsdiqlədi, özünün poetik göstəricilərini müəyyənləşdirməklə yeni
inkişaf mərhələsinə qədəm qoydu. Teatr 1955-ci ildən başlayaraq öz truppasına aktyor qəbulunda
yaratdığı məktəbin sənət prinsiplərini əsas götürürdü. Kollektivə müxtəlif rejissorların gəlişi yeni-
yeni janr axtarışlarına meydan açırdı. Aktyor heyəti Hacıbaba Bağırov, Əli Rzayev, Zemfira
Əliyeva, Ələddin İsmayılov, Xuraman Hacıyeva, Qurban Abbasov, Faiq Qasımov, Əli
Allahverdiyev, Şura Nəvai, Alim Məmmədov, Surxay Səfərov, Faiq Qasımov, Kübrabəyim Əliyeva,
Telman Əliyev, Şərqiyyə Abbasova, Pərvanə Qurbanova, Əlican Əzizov kimi istedadlı gənclərin
hesabına daim yeniləşmə ruhunda çalışıb.
Dostları ilə paylaş: |