Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə376/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   372   373   374   375   376   377   378   379   ...   470
Əlihüseyin Qafarlı 

(1911 - 1961) 

 

Aktyor   yaradıcılığının   ilkin   dövrü Gəncə Dövlət Dram Teatrı ilə bağlıdır   O, 1929_cu 

üdə BTİT-də aktyorluq fəaliyyətinə başlayıb və 1933-cü ildə  həmin kollektivlə  Gəncəyə köçüb. 

Aktyor burada doqquz il işləyib və teatrın aktyor məktəbinin müstəqil üslub-formada inkişafında 

müstəsna xidmətləri olub. 

Həm Bərbərzadə ("Xoşbəxtlər") kimi komik, Kürd Musa ("Vaqif") kimi epizod, həm də 

Aydın ("Aydın") və Yaqo ("Otello") kimi faciə rollarında böyük sənət ustalığı göstərə bilib. 

Onun Gəncə DDT-də oynadığı əsas rolları bunlardır: Pavlitski və Prixodko ("Üzləşdirmə", 

Tur qardaşları və Lev Şeynin), Aydın və Dövlət bəy, Qorxmaz, Allahverdi ("Aydın", "Od gəlini" və 



"1905-ci ildə", Cəfər Cabbarlı), Sardio ("Vətən oğlu", Georgi Mdivani), Şvandiya ("Düşmənlər", 

Konstantin Trenyov), Şeyx Sənan ("Şeyx Sənan", Hüseyn Cavid), Qoca Moor ("Qaçaqlar", Fridrix 

Şiller), Bərbərzadə ("Xoşbəxtlər", Sabit Rəhman), Brabansio və Yaqo ("Otello", Vilyam Şekspir), 

Teodoro ("Nə yardan doyur, nə  əldən qoyur", Lope de Veqa), Salmanov ("Toy", Sabit Rəhman), 

Qurban kişi ("Həyat", Mirzə  İbrahimov),  Şapur ("Fərhad və  Şirin", Səməd Vurğun), Taras 

("İntiqam", Zeynal Xəlil). 

Gəncə teatrında böyük uğurlar, geniş tamaşaçı məhəbbəti qazanan Əlihüseyin Qafarlı 1942-

ci ilin əvvəllərində kollektivdən ayrılıb. Bakıya gələn aktyor Azərbaycan Dövlət Musiqili komediya 

Teatrının truppasına daxil olub. Ömrünün axırma qədər bu sənət ocağında çalışıb. 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   372   373   374   375   376   377   378   379   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin