Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə365/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   361   362   363   364   365   366   367   368   ...   470
Cənnət Səlimova  

(20 yanvar 1940) 

 



 Bakıda doğulub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini 

bitirib. Elə  həmin il Leninqrad Teatr Sənəti  İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 

görkəmli sənətkar Georgi Tovstonoqovdan beş il dərs alıb. Diplom tamaşası 1967-ci ildə RDT-də 

hazırladığı "Nağıl möcüzəsi" (Karney Çukovski) səhnə əsəri olub. Müxtəlif illərdə Sumqayıt Dövlət 

Dram Teatrında, Akademik Milli Dram Teatrında, Musiqili Komediya Teatrında, Gənc Tamaşaçılar 

Teatrında tamaşalar hazırlayıb. Opera və Balet Teatrında bəstəkar  Əfrasiyab Bədəlbəylinin 

"Söyüdlər ağlamaz", Fikrət  Əmirovun "Sevil", Cüzeppe Verdinin "Traviata", Rucero 

Leonkovallonun "Məzhəkəçilər", Cakomo Puççininin "Bohema" operalarına quruluş verib. 1990-cı 

ildən özünün yaratdığı Bakı kamera Teatrının bədii rəhbəridir. 

Cənnət Əlibəy qızı Səlimova 1968 - 1990-cı illərdə RDT-də quruluşçu rejissor və baş rejissor 

işləyib. Bu teatrda daha uğurlu quruluşları Anton Çexovun "Vanya dayı" (1968) və "İvanov" (1980), 

Fyodor Dostoyevskinin "Cinayət və cəza" (1971), "İdiot" (1973), Karlo Haldoninin "Mehmanxana 

sahibəsi" (1972), Bertolt Brextin "Kuraj ana" (1974), Hüseyn Cavidin "Şeyx Sənan" (1983), Cəfər 

Cabbarlının "Aydın" (1985), Marqaret Dyüranın "Tamaşaçıların baxması qadağandır"  (1990)   

tamaşaları sayılır. 

Sənətdə qazandığı nailiyyətlərə görə Cənnət Səlimova Azərbaycan Respublikasının əməkdar 

incəsənət xadimi (1976) və xalq artisti (24 may 1998) fəxri adlarına layiq görülüb. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   361   362   363   364   365   366   367   368   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin