Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə369/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   365   366   367   368   369   370   371   372   ...   470
KƏRIM SULTANOV (1919 - 1975) 

 

Gəncə Dövlət Dram Teatrının qüdrətli sənətkarlarından olub. Teatrın həm romantik, həm də 



realist üslublu tamaşalarında yüksək məharət göstərib. Yaradıcılığı xarakter zənginliyi ilə 

səciyyəvidir. Kərim Xankişi oğlu Sultanov 1916-cı ildə  Gəncədə doğulub. Uşaq yaşlarında ailəsi 

Şəkiyə köçüb və o, ibtidai təhsilini orada alıb. 1932-cü ildə Səməd Tağızadənin təşkil etdiyi dram 

dərnəyində həvəskar aktyorluğa başlayıb. Bir il sonra atasının iş yerini dəyişməsi ilə əlaqədar ailəsi 

Gəncəyə qayıdıb. O, buradakı  şəhər qadınlar klubunda Mir İbrahim Həmzəyevin rəhbərlik etdiyi 

dram dərnəyinə yazılıb. Kənd Təsərrüfatı  İnstitutuna qəbul olunub. Tələbə ola-ola 1934-cü il-də 




Gəncə DDT-nin direktoru Ələkbər Seyfinin dəvəti ilə kollektivin aktyor truppasına götürülüb. 1942 

- 1945-ci illərdə müharibədə olub və qayıdandan sonra yenə teatrda aktyorluğa başlayıb. 

Yaradıcılığı qırx ildən çox Gəncə teatrı ilə bağlı olan Kərim Sultanov səhnədə faciə, dram, 

məsxərə, satira, komediya, psixoloji dram janrlarında müxtəlif sosial mənşəli, müxtəlif forma və 

məzmunlu rollarda canlı, yüksək bədii dəyərli səhnə obrazları yaradıb. 

Yaradıcılığının daha parlaq rolları bunlardır: Mirzə Tağı, Toğrul, Yaşar, Bəhram, Eyvaz 

("Nəsrəddin şah", "Od gəlini", "Yaşar", "Solğun çiçəklər" və "1905-ci ildə", Cəfər Cabbarlı), Murad, 

Mürşüd, Nəsir bəy ("Aşnalar", "Xoşbəxtlər" və "Küləklər", Sabit Rəhman), Notarus ("Cancur 

Səməd", Jan Batist Molyer), Şvarts ("Qaçaqlar", Fridrix Şiller),  Şaliko ("Vaqif", Səməd Vurğun), 

İsgəndər ("Ölülər", Cəlil Məmmədquluzadə), Polis rəisi ("Kəllə", Nazim Hikmət), Məlik Məmməd 

("Məlik Məmməd", Əyyub Abbasov), Çjou Pin ("Tufan", Tsao Yuy), Platon, Rüstəm ("Şeyx Sənan" 

və "Səyavuş", Hüseyn Cavid), Cəlilzadə ("Kişilər", Altay Məmmədov), Lüsinda ("Kələkbaz 

sevgili", Lope de Veqa), Uğur ("Bahar suları", İlyas Əfəndiyev), Heydər bəy və Murov, Teymur ağa 

("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə  Fətəli Axundzadə), Lembidt Pedaye ("Azmış 

oğul", Eqon Rannet), Don Fernando ("Aldanmış adaxlı", Riçard Şeridan), Mateh ("Bura gəlin", Əziz 

Nesin), Qriqori Kuçumov ("Quduz pullar" Aleksandr Ostrovski), Fərhad ("Sənsiz",  Şıxəli 

Qurbanov), Yaqo ("Otello", Vilyam Şekspir), Yanar ("Sən yanmasan...", Nəbi Xəzri), Fyodor 

("Təbilçi qız", Anatoli Salnski), Aqnostos ("TÜ1kü və üzüm", Gilerma Fiqeyredu), Xoze ("Madrid", 

Mirzə  İbrahimov), Niyaz ("Şikayət qəbul edilmir", Toktobolat Əbdülmöminov), Rauf ("Göz 

həkimi",  İslam Səfərli), kareqlazev ("Xərçənglər", Sergey Mixalkov), Yeqor ("Vətən namusu", 

Georgi Mdivani), Pərviz (Böyük ürək", Həsən Seyidbəyli və  İmran Qasımov), Təhmas   bəy   

("Qaçaq   Nəbi",   Süleyman   Rüstəm),   Fəxrəddin ("Vicdan", Bəxtiyar Vahabzadə). 

Kərim Sultanov 1961-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif 

olunub. 1975-ci ildə Gəncə şəhərində vəfat edib. 

 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   365   366   367   368   369   370   371   372   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin