Səhnə yaradıcılığına dram aktyoru kimi başlayıb. Lakin yaradıcılığının estetik səciyyələri
əsasən musiqili komediya janrı ilə bağlıdır. Hacıbaba Ağarza oğlu Bağırov 12 iyun 1932-ci ildə
Bakıda doğulub. Aktyorluğa 1940-cı illərdə MDT-nin yardım heyətində başlayıb, burada üçillik
aktyorluq studiyasını bitirib. 1948-ci ildə Lənkəran DDT-də aktyor işləməyə gedib və bir il sonra bu
sənət ocağı bağlananda Bakıya qayıdıb. Bakı Dəmir Yolu Texnikumunda oxuyub, bir neçə il
müxtəlif mədəniyyət müəssisələrində çalışıb. 1960-cı ildə Gəncə DDT-də aktyorluq edib. 1962-ci
ildən isə MkT-nin truppasındadır.
Arada özü müstəqil Tənqid və Təbliğ Teatrı yaradaraq onun bədii rəhbəri olub. 1996-cı ildən
MKT-ya bədii rəhbər və direktorluq edir.
Hacıbaba Bağırov dramatik hərəkətlər toplusuna və plastik rəqs elementlərinə malik
aktyordur. O, mürəkkəb rəqs hərəkətlərini arioza və məzəli kupletlərlə paralel şəkildə ifa edir.
Daxilən ehtiraslı və coşğun aktyordur. Səhnədə dinamik ritm üzərində qurulan geniş
miqyaslı mizanları xoşlayır.
Qaravəlli tipli səhnə obrazlarında karnaval estetikası prinsiplərindən ustalıqla istifadə edir.
Həmin yaradıcılıq prinsipləri əsasında yaratdığı başlıca rollar bunlardır: Muradxan bəy ("Əlli
yaşında cavan", Zülfüqar bəy Hacıbəyov), Soltan bəy, Məşədi İbad ("Arşın mal alan" və "Məşədi
İbad", Üzeyir bəy Hacıbəyov), Uzun ("Toy kimindir?", Məhərrəm Əlizadə və Ağası Məşədibəyov),
İbişov, Dayandur ("Özümüz bilərik" və "O1madı elə, oldu belə", Şıxəli Qurbanov və Süleyman
Ələsgərov), Fəqan ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov), Cəbi
Cüməzadə ("Həmişəxanım", Salam Qədirzadə və Süleyman Ələsgərov), Nadir ("Qızılgül",
Məhərrəm Əlizadə və Soltan Hacıbəyov), Mitoş ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu),
Xudayar bəy ("Danabaş kəndinin əhvalatları", Cəlil Məmmədquluzadənin əsəri əsasında Cənnət
Səlimovanın librettosu və bəstəkar Oqtay Kazımov), Hüseynqulu ("Sizinlə gülə-gülə", "Bildirçinin
bəyliyi", "92 dəqiqə gülüş", Rüfət Əhmədzadə və Emin Sabitoğlu), Sevindik ("Sevindik qız axtarır",
Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Əsgər Nəcəfoviç ("Ləpələr", Əliağa Kürçaylı və Arif
Məlikov), Molla Sübhan ("Boşanaq, evlənərik", Əliağa Kürçaylı və Vasif Adıgözəlov), kiko ("Keto
və kote", Vladimir Dolidze), Qiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava), Bostan
("Təzə gəlin", Seyfəddin Dağlı və Cahangir Cahangirov), Qəhrəman ("Gözün aydın", Məhərrəm
Əlizadə və Fikrət Əmirov), Ağa Süruş ("Hacı Kərimin Aya səyahəti", Qulamrza Cəmşidi ilə
Əbülfəz Hüseyni və Azər Rzayev), Xandadaş ("Məmmədəli kurorta gedir", Atif Zeynalh və Tofiq
Bakıxanovla Nəriman Məmmədov), Atakişi ("Bankir adaxlı", Tamara Vəliyeva və Emin Sa-
bitoğlu), Şeytan, Nəsir və Misir ("Lənət şeytana", Firudin Aşurov və Vasif Adıgözəlov), Bilal ("Qız
görüşə tələsir", Adil Babayev və Tofiq Bakıxanovla Nəriman Məmmədov), Möhsün ("Ulduz", Sabit
Rəhman və Süleyman Ələsgərov).
Hacıbaba Bağırov 1 iyun 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr
1982-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Bir sıra bədii filmlərə çəkilib.
Dostları ilə paylaş: