1954-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrını yaratmağa hazırlıq prosesi və
yaradıldı. Opera teatrında işləyən Soltan Dadaşov ansambla baş rejissor, AMDT-nin rejissoru
Ələsgər Şərifov isə bir müddət kollektivə bədii rəhbər təyin edildilər. Soltan Dadaşovun təklifi və
təşəbbüsü ilə truppa Üzeyir bəy Hacıbəyovun "Məşədi İbad" (8 fevral. Rəssam Əsgər Abbasov,
dirijorlar Xəlil Cəfərov və Çingiz Hacıbəyov, baletmeyster Əminə Dilbazi), iyun ayında "Arşın mal
alan" (rəssam Ənvər Almaszadə, dirijor Əfrasiyab Bədəlbəyli) və Ağası Məşədibəyovun "Toy
kimindir?" (mətn Məhərrəm Əlizadənindir. Rəssam Əsgər Abbasov) operettalarını tamaşaya
hazırladı. "Məşədi İbad"la "Arşın mal alan"ın quruluşunu Soltan Dadaşov, "Toy kimindir?"in səhnə
təfsirini isə Səfər Turabov vermişdilər. Tamaşaların afişa və proqramlarında yuxarıdan "Musiqili
komediya Teatrı" ("Dövlət" kəlməsi yox idi) və "Baş rejissor Soltan Dadaşov" sözləri yazılırdı. Bu,
Musiqili Komediya Teatrının bərpası və dövlət statusu alması üçün həqiqətən də məqsədyönlü
Tamaşaların üçündə də iştirak edən aktyorların bir qismi Opera və Balet Teatrının işçiləri
idilər. Bəşir Səfəroğlu, Məmmədsadıq Nuriyev, İmamverdi Bağırov, bir sözlə, əvvəllər ADMkT-də
işləmiş səhnə ustaları Filarmoniyanın muskomediya ansamblından tamaşada oynamağa dəvət
Musiqili komediya ansamblı əsasında MKT-nin Azərbaycan və rus bölmələrini bərpa etmək
üçün Mədəniyyət Nazirliyi 1956-cı ilin əvvəlində səmərəli işlər apardı. Aprel ayının 21-də Şəmsi
Bədəlbəyli yeni yaranan kollektivə direktor və bədii rəhbər təyin olundu. Çingiz Hacıbəyov teatra
dirijor, Əsgər Abbasov rəssam, Kamal Abbasov isə xormeyster götürüldülər. Rus bölMəsmə rejissor
M. Markben, baletmeyster Leonid Leonidov təyin edildilər. Teatrın iki bölməsinin truppasına, balet
Azərbaycan truppasında Əlihüseyn Qafarlı, Münəvvər kələntərli, Nəsibə Zeynalova, Lütfəli
Abdullayev, İbrahim Hüseynov (Şünasi), Bəşir Səfəroğlu, Nəcibə Behbudova, İmamverdi Bağırov,
Ədilə Nəsirova, Əliimran Şirvanski, Kamal Kərimov, Kübra Babayeva, Nina Mironova,
Məmmədsadıq Nuriyev kimi təcrübəli aktyorlar vardı. Həmin sənətkarlarla yanaşı, Azərbaycan
Dövlət konservatoriyasını, xoreoqrafiya və Asəf Zeynallı adına musiqi məktəblərini yenicə bitirmiş
Əzizağa (Ağababa) Qasımov, Məleykə Şahmərdanova, Şəfiqə Qasımova, rus bölməsində Tatyana
Sazikina, Yelena Marinina kimi gənc teatra dəvət almışdılar. Hətta Roza Əliyeva hələ tələbə idi,
ancaq ona Gülçöhrə kimi baş rol tapşırılmışdı.
Truppa müəyyən səviyyədə komplektləşəndən sonra "Arşın mal alan"ın məşqlərinə başlandı.
Tamaşanın rejissorluğunu teatrın bədii rəhbəri Şəmsi Bədəlbəyli edirdi. Səhnə tərtibatı mərhum
rəssam Rüstəm Mustafayevin eskizləri əsasında hazırlandı. Rəqslərin quruluşunu Əlibaba
Abdullayev verdi, dirijorluğu isə Çingiz Hacıbəyov etdi. Premyera avqustun 19-da Yay teatrında
bayram təntənəsi ilə göstərildi. Əsas partiyaları Kamal Kərimov və Lütfiyar İmanov (Əsgər), Roza
Əli yeva (Gülçöhrə), Əzizağa Qasımov (Süleyman), Şəfiqə Qasımova (Asya) oxuyurdular.
Komizınlə yoğrulmuş Soltan bəyi Əli hüseyn Qafarlı, məzəli Vəlini Lütfəli Abdullayev, koloritli
xanım-xatın Cahan xalanı Münəvvər Kələntərli, sadədil və biı qədər məsxərəli Tellini Məleykə
Şahmərdanova ifa edirdilər.
Şəmsi Bədəlbəyli teatrın açılışı üçün dramaturq Süleyman Rüstəmlə bəstəkar Səid
Rüstəmovun "Durna" operettasını da hazırlamışdı (rəssam Əsgər Abbasov, dirijor Çingiz Ha
cıbəyov). Bu tamaşa da Cabbarlı adına Yay teatrında (bağın da) avqustun 28-də göstərilib.
Teatr təzə açıldığına görə yeni əsərlər sarıdan müəyyən korluq çəkirdi. Sifariş verilmiş
dramaturq və bəstəkarlar gənc kollektivə təzə operetta təqdim etməmişdilər. Ona görə də teatr
vaxtilə oynadığı əsərlərə müraciət etmək məcburiyyətində qalırdı. "Durna"dan sonra MKT-də "Toy
kimindir?" (dramaturq Məhərrəm Əlizadə, bəstəkar Ağası Məşədibəyov) musiqili komediyası Səftər
Turabovun rejissorluğunda yenidən tamaşaya qoyuldu. Teatr 1956-cı ilin qış mövsümünü noyabrın
3-də "Məşədi İbad" operettasının yeni quruluşu ilə açdı. Bu dəfə rejissor Şəmsi Bədəlbəyli tamaşa
üzərində rəssam Əsgər Abbasovla və dirijor Çingiz Hacıbəyovla birlikdə işləmişdi.
Əlihüseyn Qafarlı əvvəllər neçə-neçə ifaçısı olmuş Məşədi İbadı tamam yeni yozumda
oynayırdı. Məşədi İbadın musiqi kupletlərini Əlihüseyn Qafarlı partituradakından yarım ton aşağıda
oxusa da, onun səsinin məlahəti, söz-musiqi-sifət ifadələri (həmçinin zahiri hərəkət), rəqslərindəki
ritmik ahəngdarlıq obraza təravət verir, onu məzəli və yapışıqlı edirdi.
Teatr 1957-ci ildə isə əvvəllər oynadığı dramaturq Məhərrəm Əlizadə ilə bəstəkar Fikrət
Əmirovun "Gözün aydın" (9 may. Quruluşçu rejissor Şəmsi Bədəlbəyli, rejissor Səftər Turabov,
rəssam Əsgər Abbasov, dirijor Çingiz Hacıbəyov) və dramaturq Sabit Rəhmanla bəstəkar Süleyman
Ələsgərovun "Ulduz" (28 dekabr. Quruluşçu rejissorlar Şəmsi Bədəlbəyli və Səftər Turabov, rəssam
Əsgər Abbasov) operettalarını yeni səhnə təfsirində tamaşaçılara göstərib.
1958-ci ildə teatrın repertuarında cəmi altı tamaşa vardı ki, bu da yeknəsəqliyə səbəb olurdu.
Milli Dram Teatrının quruluşçu rejissoru Əliheydər Ələkbərov 5 noyabr 1960-cı il-də MKT-yə baş
rejissor təyin edildi. Bu təyinat sonralar teatrın yaradıcılığında müəyyən faydalı dönüş yaratdı. Yeni
operetta axtarışlarını davam etdirən teatr on il (1958 - 1967) ərzində həm təcrübəli, həm də bu janrda
ilk addımlarını atan bəstəkarların təzə əsərlərini repertuarına daxil edə bilib. Bu dövr kollektivin
yaradıcılıq nailiyyətləri, ayrı-ayrı aktyorların və solistlərin əlvan ifaları baxımından da dəyərlidir.
Teatrın daha diqqətçəkən işləri aşağıdakılar olub.
Dostları ilə paylaş: