Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə336/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   332   333   334   335   336   337   338   339   ...   470
AZƏRBAYCAN  DÖVLƏT MUSİQİLİ   

KOMEDİYA TEATRI (1956- 2004) 

 

1954-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrını yaratmağa hazırlıq prosesi və 



təşəbbüs kimi Dənizkənarı  bulvarın   nəzdində   "Musiqili   komediya   teatrı   ansambl Mahmudov, 

Kazım Zeynalov, Tofiq Qasımov, Yusif Quliyev, Gülağa Məmmədov. 

Aktrisalar: Aliyə (Alya da yazılıb) Terequlova, Xalidə Hüseynova, Fəxrəndə  Ağayeva 

(Ağazadə), Nəsibə Zeynalova, Firəngiz Şərifova, Nuriyyə Rəcəbova, Azər (Azəri) Talıbova, Cahan 

Talışinsnaya, Elmira Axundova, Nina Mironova, Fizzə Seyidbəyova, Nəcibə Məlikova. 

Teatrın rus bölməsi kollektivin fəaliyyət göstərdiyi on bir il ərzində müxtəlif tamaşalarla öz 

repertuarını zənginləşdirib. Kollektiv 1939-cu ildə Boris Aleksandrovun "Malinovkada toy", Üzeyir 

bəyin "Arşın mal alan", Ferents Leqarın "Şən dul qadın", 1940-cı ildə  İmre Kalmanın "Monmartr 

bənövşəsi", "Bayadera", "Silva", "Holland qız", "Sirk Kraliçası" ("Sirk şahzadəsi" adı ilə), Matvey 

Blanterin "Amur sahilində", Aleksey Ryabovun "Kolombina" və "Soroçin yarmarkası", Anton 

Rubinşteynin "Qarşılıqlı  məhəbbət", 1941-ci il-də Valentin Valentinovun "Od möbidəsi",  İmre 

Kalmanın "Vətənə  məhəbbət" (23 oktyabr),  1945-ci ildə "Borcianın bazu-bəndi",   1946-cı ildə  

"Əngin dəniz",   "Bir saatlıq sehrbaz", 1947-ci ildə Ferents Leqarın "Qraf Lüksemburq" və avqustda 

Oskar Feltsmanın "Özgə  qızı", 1948-ci ildə  İsaak Dunayevskinin "Azad ruzigar", "Dənizdəkilərin 

eşqinə", "Əyalət valisi", "Günəşli çiçək", Karl Tsellerin "Quşsatan", Ferents Leqarın "Qaraçı 

məhəbbəti" ("Qaraçının eşqi" kimi də yazılıb), 1949-cu ildə Sidni Consun "Keyşa" operettalarına 

quruluşlar verib. Teatr 1949-cu və 1956 - 1960-cı illərə  qədər yay aylarından öz tamaşalarını 

Ordubadi adına, Cabbarlı adına Yay teatrlarında və Yay bağında oynayıb. Bununla bərabər, 

Muskomediya yay mövsümlərində Dağüstü, Nizami, Dzerjinski (İndiki  Şuşa) parkiarında da 

tamaşalar göstərirdi. 

1946 - 1948-ci illərdə teatrın rus bölməsi müstəqil Azərbaycan Dövlət Rus Operetta Teatrı 

kimi qış aylarında Azadlıq (indiki Səməd Vurğun) küçəsində yerləşən Zabitlər evində, yay 

mövsümündə isə müxtəlif yay teatrlarında tamaşalar oynayıb. 

 



*   *   * 

 

 SSRİ hökumətinin qərarı ilə 1948-ci ilin sonlarından bütün dövlət teatrları özünü 



maliyyələşdirmə (təsərrüfat hesablı) iş üsuluna keçdi. Azərbaycanda bir-birinin ardınca  Şəmkir, 

Şamaxı,  Şəki, Qazax, Ağdam, Qapyagin (Füzuli), Ağdaş, Salyan, Sabirabad, Lənkəran, Qazax, 

Zaqatala, Ordubad, Göyçay, Şuşa dövlət teatrları  fəaliyyətlərini dayandırmağa məcbur oldular. 

Azərbaycan SSR Nazirlər Sovetinin 25 may 1949-cu il tarixli, 613 saylı  qərarı ilə  Cəlil 

Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrı da bağlandı. Rus Operetta 

Teatrı isə Ordubadi adına Yay teatrı ilə birləşdi. 

Aktyorlardan Lütfəli Abdullayev, Azər Talıbova, İbrahim Hüseynov, rəssam Əsgər (Ələsgər) 

Abbasov AMDT-yə, Firəngiz Şərifova, Nəcibə Behbudova GTT-yə, Məmmədsadıq Nuriyev Gəncə 

Dövlət Dram Teatrına,  Əhməd Səfayi Göyçay teatrına (az sonra o teatr da bağlandı), Abbasağa 

Hüseynov, Kamal Kərimov, Əlihüseyn Qafarlı Opera və Balet Teatrına keçdilər. Əhməd Anatollu 

və Nina Mironova təqaüdə  çıxdılar.  Şəmsəddin Fətullayev konservatoriyaya təhsilini davam 

etdirməyə göndərildi. Baletmeyster Ələsgər Hənifəzadə, Ağəli Məstanov və  Əliimran  Şirvanski 

(Dəmirov) Xalq Yaradıcılığı Evinin, Azərbaycan Dövlət Filarmoniyasının, Aliyə Terequlova, 

Nuriyyə  Rəcəbova, Nəsibə Zeynalova, İslam  Şərifov və başqaları  İncəsənət  İşləri  İdarəsinin 

sərəncamında qaldılar. 

 

 



 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   332   333   334   335   336   337   338   339   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin