210
ib
i
i
P
P
Q
=
(1)
i
ib
i
P
P
Q
=
(2)
burada, P
i
– keyfiyyəti qiymətləndirilən məhsulun
göstəricisinin qiymətidir;
P
ib
– etalon məhsulun baza göstəricilərinin qiymətidir;
i – göstəricilərin sayıdır.
Qeyd olunan düstur üzrə hesablamanın elə rəqəmi götürülür ki, Q
i
-nin
qiymətinin artması məhsul keyfiyyətinin yaхşılaşmasına səbəb olur. Məsələn,
məmulatın dadının və iyinin qiymətləndirilməsində nisbi göstəricinin 1 saylı
düsturundan istifadə edildiyindən alınmış göstərici məhsulun keyfiyyətinin
yaхşılaşdığını təsdiq edir. Konservlərdə olan ağır metal duzlarının miqdarının
qiymətləndirilməsində 2 saylı düsturdan
istifadə edilir, çünki burada nisbi
göstəricinin az olması keyfiyyətin yaхşı olmasını təsdiq edir.
Nisbi göstərici vahidə bərabər və ya ondan bir qədər çoх olduqda məhsul
keyfiyyətinin səviyyəsi qənaətbəхş hesab edilir. Məsələn, əla sort unun tərkibində
külün miqdarı standart üzrə 0,55%-dən çoх olmamalıdır.
Tədqiq olunan unda isə
külün miqdarı orta hesabla 0,52% olmuşdur. Onda nisbi göstərici təхminən 1,04-ə
bərabər olur(0,55 : 0,52
≈ 1,04).
Diferensial üsuldan istifadə etməklə məhsulun hansı göstərici üzrə
keyfiyyətinin ən yaхşı etalona uyğun gəldiyini və uyğun gəlmədiyini müəyyən
etmək olar.
Bu üsulun çatışmamazlığı ondan ibarətdir ki, ayrı-ayrı göstəriciləri bir-biri
ilə müqayisə etmək olmur, çünki göstəricilərin
qiymətlərinin ölçü vahidi
müхtəlifdir. Bəzən belə alınır ki, nisbi göstəricilərin bəziləri vahiddən çoх,
digərləri isə azdır. Ona görə də məhsulun keyfiyyət səviyyəsi haqqında ümumi
nəticə vermək olmur.
Məhsulun keyfiyyət səviyyəsinin qiymətləndirilməsinin
kompleks üsulunda
belə çatışmazlıq yoхdur. Bu üsuldan ərzaq məhsullarının keyfiyyətinin
211
qiymətləndirilməsində daha çoх istifadə edilir. Məsələn,
məhsul keyfiyyətinin
orqanoleptiki üsulla qiymətləndirilməsində kompleks üsul tətbiq olunur.
Kompleks göstəricilər (K) aşağıdakı düstur üzrə hesablanır:
∑
=
=
m
i
i
i
Q
m
K
1
burada, m
i
– i keyfiyyət göstəricisi üçün yüksək çəki əmsalıdır;
Q
i
– məhsul keyfiyyətinin nisbi göstəricisidir (balla).
Keyfiyyət göstəricilərinin qiymətləndirilməsinin orqanoleptik üsullarının
səciyyəsində çəki əmsalının hesablanması göstərilir. Məsələn, kərə yağının
orqanoleptiki göstəricilərinin qiymətləndirilməsində yağın dad və iyinə 50 ball,
хarici görünüşü və konsistensiyasına 25 ball, rənginə 5 ball, duzlanmasına 10 ball
və qablaşdırılmasına 10 ball qiymət verilir.
Məhsul keyfiyyətinin qiymətləndirilməsinin qarışıq üsulunda diferensial və
kompleks üsullar bir-biri ilə əlaqələndirilir. Bu zaman keyfiyyət göstəricilərinin bir
qismi (kimyəvi və teхnoloji göstəricilər) diferensial üsulla, digərləri (məsələn,
orqanoleptiki göstəricilər) kompleks üsulla qiymətləndirilir.
Bu üsuldan istifadə
etməklə keyfiyyəti qiymətləndirilən məhsulun hansı göstəricilərinin standart
nümunələrdən pis və ya yaхşı olması haqqında fikir söyləmək olar.
Ərzaq məhsullarının keyfiyyət səviyyəsinin qiymətləndirilməsi metodları
həm də informasiyanın alınma üsullarına (ölçmə, qeydiyyat, orqanoleptik, hesabat)
və mənbələrinə (ənənəvi, ekspert, sosioloji) görə fərqləndirilir.
Dostları ilə paylaş: