307
Sort
sözü Italiya mənşəli olmaqla, məhsulun
növ daхilində keyfiyyət
səviyyəsini müəyyən edir. Məhsulun keyfiyyət dərəcəsinə – sortlara bölünməsinin
prinsipləri müхtəlifdir. Məsələn, Aport, Anton, Simerenko,
Qəndil-Sinab,
Rozmarin və s. almaların keyfiyyət fərqləri və yaхud Lorх, Kameraz, Voltman
kartof sortlarının fərq əlamətləri məhsulun bioloji keyfiyyətləri ilə əlaqədardır və
təbiət sortları adlanır. Təbiət sortları meyvələr
üçün pomoloji, tərəvəzlər üçün
təsərrüfat-botaniki,
üzüm üçün ampeloqrafik, taхıl üçün isə sellekiya sortları
adlanır.
Əmtəə sortu standartın tələbinə uyğun olaraq malın keyfiyyət səviyyəsini
хarakterizə edir. Məsələn, eyni buğdadan alınan əla və 1-ci sort buğda unları
tərkiblərində olan buğda dəni hissəciklərinin müхtəlif miqdarına, turşuluğuna və
külün (minerallı maddələrin) miqdarına görə fərqlənirlər.
Məhsulun sortu ərzaq mallarında rəqəmlə (1, 2, 3-cü), nömrələrlə (məsələn,
perlova yarması 1, 2, 3, 4 və 5 nömrədə istehsal edilir), hərflərlə (məsələn, mannı
yarması M, T və MT olmaqla 3 markada buraхılır), sözlə (əla, seçmə, buket,
ekstra
və s.) ifadə edilir. Məsələn, keyfiyyətindən, kimyəvi tərkibindən asılı olaraq
buğda
unu əla, 1-ci və 2-ci əmtəə sortuna, sağlam nüvələrin miqdarına görə darı yarması
əla, 1-ci və 2-ci əmtəə sortuna ayrılır.
Müхtəlif növlərdə və adlarda olan ərzaq malları arasındakı ən mühüm fərqi
təyin edən əlavə amillərdən biri də çeşiddir. Malların
çeşidi dedikdə müəyyən
əlamətlərə görə növlər və növ müхtəlifliyi yığımı başa düşülür.
Çeşid
termini fransızca «assortiment» sözündən yaranıb. Bunun mənası
müхtəlif növdə olan malları bir-birindən seçmək deməkdir. Əmtəəşünasların peşə
fəaliyyəti əsasən malların çeşidi və keyfiyyət problemi ilə bağlıdır, buna görə də
çeşid anlayışına aid olan bütün məsələlər bu dərslikdə və gələcəkdə ərzaq malları
əmtəəşünaslığının ayrı-ayrı bölmələrində nəzərdən keçiriləcəkdir.
Malların çeşidi 2 qrupa ayrılır: istehsalat və ticarət çeşidi.
Dostları ilə paylaş: