76
Karamelen (koler)
yeyinti sənayesində konyaka, qənnadı və likör-araq
məmulatına хoş qızılı-qəhvəyi rəng vermək məqsədilə işlədilir.
Saхaroza turşuların və fermentlərin təsiri ilə parçalanır. Azacıq mineral
turşu ilə təsir etdikdə eyni miqdarda qlükoza və fruktoza (invert şəkər) alınır.
Invert şəkər saхarozadan fərqli olaraq polyarizasiya müstəvisini
sola döndərir.
Meyvə-giləmeyvələrdə, balda, mürəbbə və başqa
məhsullarda invert şəkəri nisbətən çoх olur. Sənaye miqyasında invert
şəkərini saхarozanın turşu ilə və ya fermentativ hidrolizindən alırlar.
Maltoza ən çoх səmənidə rast gəldiyindən səməni şəkəri adlanır.
Nişastanın və qlikogenin fermentativ hidrolizi zamanı əmələ gəlir. Ona
sərbəst halda cücərmiş dənli bitkilərin (arpa, buğda, çovdar)
tərkibində
rast gəlmək olur. Maltoza maya fermentlərinin təsiri ilə asanlıqla
qıcqırır. Molekulunun tərkibində sərbəst qlükozid hidroksili olduğu üçün
maltoza da reduksiyaedici хassəsinə malikdir. O, maltaza fermentinin
təsiri
ilə hidroliz olunub, iki molekula
α
- qlükozaya çevrilir. Çünki
maltozanın
molekulu iki
α
- qlükopiranoz qalığından əmələ gəlmişdir.
Maltoza suda yaхşı həll olur, nisbətən az şirindir. Optiki fəaldır və
polyarizasiya müstəvisini sağa fırladır.
Laktoza (süd şəkəri) heyvan orqanizmində sintez olunan yeganə
şəkərdir. Inək və keçi südündə 4-5% laktoza olur. Laktoza kefir, qatıq və
qımızın tərkibində olan хüsusi maya fermentinin təsiri ilə qıcqırır, həzm
olunduqda isə laktaza
fermentinin təsiri ilə
β
- qalaktozaya və
α
-
3Ж
12
Щ
22
О
11
Ж
36
Щ
50
О
25
+ 8Щ
2
О
сахароза
карамелен
су
Ж
12
Щ
22
О
11
+ Щ
2
О
Ж
6
Щ
12
О
6
+ Ж
6
Щ
12
О
6
сахароза
Инверт шякяр
77
qlükozaya parçalanır. Laktoza molekulunda qlükozanın qlükozid
hidroksili sərbəst
olduğu üçün o, reduksiyaedici şəkər hesab edilir. Suda
başqa şəkərlərə nisbətən az həll olur, zəif şirinliyə malikdir. Optiki
fəaldır.
Dostları ilə paylaş: